CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki dövlət proqramının qəbulu təklif olunur

© Sputnik / Murad OrujovРабочее место депутата парламента Азербайджана
Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan, 1920, 03.03.2023
Abunə olmaq
“Ahıl vətəndaşların sosial hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı”nın qəbul edilməsi təklif edilir.
BAKI, 3 mart - Sputnik. “Ahıl vətəndaşların sosial hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı” və “Biznes və insan hüquqları üzrə Dövlət Proqramı”nın hazırlanması təklif olunur.
APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.
Sənəddə ahıl şəxslərin sosial-hüquqi müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədilə “Ahıl vətəndaşların sosial hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı”nın qəbul edilməsi təklif edilir.
Eyni zamanda sənəddə BMT-nin “Biznes və insan hüquqları üzrə rəhbər prinsiplər”ini və “Biznes və insan hüquqları üzrə Milli Fəaliyyət Proqramlarına dair Təlimat”ını, eləcə də bu sahədə xarici ölkələrin müsbət təcrübəsini nəzərə alaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarına hörmət və riayət edilməsini, hüquq-müdafiə vasitələrinin daha əlçatan olmasını təmin etmək, korporativ sosial məsuliyyətin təbliği və tətbiqi ilə sahibkarların ölkənin sosial iqtisadi həyatında daha fəal iştirakına şərait yaratmaq, bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq məqsədilə “Biznes və insan hüquqları üzrə Dövlət Proqramı”nın hazırlanması və qəbul edilməsi təklif edilib.
Xəbər lenti
0