https://sputnik.az/20230303/cin-xarici-sler-nazirliyi-abs-i-nuve-tehlukesinin-esas-menbeyi-adlandirib-452353677.html
Çin Xarici İşlər Nazirliyi ABŞ-ı nüvə təhlükəsinin əsas mənbəyi adlandırıb
Çin Xarici İşlər Nazirliyi ABŞ-ı nüvə təhlükəsinin əsas mənbəyi adlandırıb
Sputnik Azərbaycan
Nazirlikdən bildiriblər ki, Vaşinqton hegemonluğu qorumaq üçün Pekindən gələn təhlükə ilə bağlı nəzəriyyəni yayır. 03.03.2023, Sputnik Azərbaycan
2023-03-03T16:06+0400
2023-03-03T16:06+0400
2023-03-03T16:22+0400
çin
dünya xəbərləri
abş
nüvə təhlükəsizliyi
https://cdnn1.img.sputnik.az/img/42173/27/421732764_0:136:1470:963_1920x0_80_0_0_075ba9d67e41f67bd89cff8c0799ce3e.jpg
BAKI, 3 mart — Sputnik. Vaşinqton Pekini nüvə təhlükəsi mənbəyi kimi təqdim etməyə çalışır, lakin ən böyük təhlükə ilk növbədə ABŞ-dır. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib. Belə ki, diplomat ABŞ prezidentinin daxili təhlükəsizlik məsələləri üzrə köməkçisi Elizabet Şervud-Rendallın ÇXR-in artan strateji arsenalı fonunda təhdidləri minimuma endirmək üçün Çin ilə əlaqə saxlamağın zəruriliyi barədə sözlərini şərh edib. Mao Nin bildirib ki, Pekinin nüvə gücünün artırılması haqqında sözlər Vaşinqtona arsenallarının genişləndirilməsi, həmçinin hərbi hegemonluğun qorunması üçün bəhanə olaraq lazımdır. O, son illərdə ABŞ-ın nüvə üçlüyünü aqressiv şəkildə modernləşdirdiyini, Çinin isə balanslı mövqe tutduğunu qeyd edib. "ABŞ dünyanın ən böyük nüvə təhlükəsi mənbəyidir", - deyən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vaşinqtonu riskləri azaltmaq, eləcə də qlobal və regional sülhü qorumaq üçün tədbirlər görərək təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməyə çağırıb. Xatırladaq ki, martın 2-də Mao Nin Vaşinqtona müraciət edərək, xarici şirkətlərə təzyiqləri dayandıraraq bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinə hörmətlə yanaşmağa çağırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42173/27/421732764_3:0:1467:1098_1920x0_80_0_0_42a08d0a74b78bf673d5ec1755b7f40d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, abş, nüvə təhlükəsizliyi
çin, abş, nüvə təhlükəsizliyi
Çin Xarici İşlər Nazirliyi ABŞ-ı nüvə təhlükəsinin əsas mənbəyi adlandırıb
16:06 03.03.2023 (Yenilənib: 16:22 03.03.2023) Nazirlikdən bildiriblər ki, Vaşinqton hegemonluğu qorumaq üçün Pekindən gələn təhlükə ilə bağlı nəzəriyyəni yayır.
BAKI, 3 mart — Sputnik. Vaşinqton Pekini nüvə təhlükəsi mənbəyi kimi təqdim etməyə çalışır, lakin ən böyük təhlükə ilk növbədə ABŞ-dır. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.
Belə ki, diplomat ABŞ prezidentinin daxili təhlükəsizlik məsələləri üzrə köməkçisi Elizabet Şervud-Rendallın ÇXR-in artan strateji arsenalı fonunda təhdidləri minimuma endirmək üçün Çin ilə əlaqə saxlamağın zəruriliyi barədə sözlərini şərh edib.
Mao Nin bildirib ki, Pekinin nüvə gücünün artırılması haqqında sözlər Vaşinqtona arsenallarının genişləndirilməsi, həmçinin hərbi hegemonluğun qorunması üçün bəhanə olaraq lazımdır. O, son illərdə ABŞ-ın nüvə üçlüyünü aqressiv şəkildə modernləşdirdiyini, Çinin isə balanslı mövqe tutduğunu qeyd edib.
"ABŞ dünyanın ən böyük nüvə təhlükəsi mənbəyidir", - deyən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vaşinqtonu riskləri azaltmaq, eləcə də qlobal və regional sülhü qorumaq üçün tədbirlər görərək təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməyə çağırıb.
Xatırladaq ki, martın 2-də Mao Nin Vaşinqtona müraciət edərək, xarici şirkətlərə təzyiqləri dayandıraraq bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinə hörmətlə yanaşmağa çağırıb.