https://sputnik.az/20230303/azerikimyaya-mexsus-zavodda-noqsanlar-askarlanib---vdeo-452337520.html
“Azərikimya”ya məxsus zavodda nöqsanlar aşkarlanıb - VİDEO
“Azərikimya”ya məxsus zavodda nöqsanlar aşkarlanıb - VİDEO
Sputnik Azərbaycan
Yoxlama zamanı zavodda insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək ciddi pozuntular aşkar edilib. 03.03.2023, Sputnik Azərbaycan
2023-03-03T10:59+0400
2023-03-03T10:59+0400
2023-03-03T10:59+0400
kimya
cəmiyyət
fhn
nöqsan
azərkimya” istehsalat birliyinin etilen-polietilen zavodu
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/06/433941633_0:231:2811:1812_1920x0_80_0_0_d3f530db6cb3238876cca6661fbe9ed4.jpg
BAKI, 3 mart — Sputnik. "Azərikimya" İstehsalat Birliyinə məxsus Etilen-Polietilen zavodunda nöqsanlar aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 86 ünvanında yerləşən "Azərikimya" İstehsalat Birliyinə məxsus Etilen-Polietilen zavodunun 01 saylı piroliz sahəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı zavodda insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək ciddi pozuntular aşkar edilib. Belə ki, piroliz sahəsində istismar edilən F10 A/B buxar qızdırıcısının bloklayıcı və mühafizə sistemlərinin, habelə idarəetmə dolabının ləğv edildiyi müəyyən edilib. Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, buxar qızdırıcısının istismarı dayandırılıb. Bununla yanaşı, Agentliyin müfəttişləri tərəfindən aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün "Azərikimya" İB qarşısında məsələ qaldırılıb, F10 A/B buxar qızdırıcısının müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən İB-nin rəhbərliyinə izah olunub. Aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün zavod rəhbərliyinə təqdim edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/06/433941633_0:0:2729:2047_1920x0_80_0_0_b65df6c5dd1432bacaf2a7723373af63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kimya, fhn, nöqsan, azərkimya” istehsalat birliyinin etilen-polietilen zavodu
kimya, fhn, nöqsan, azərkimya” istehsalat birliyinin etilen-polietilen zavodu
“Azərikimya”ya məxsus zavodda nöqsanlar aşkarlanıb - VİDEO
Yoxlama zamanı zavodda insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək ciddi pozuntular aşkar edilib.
BAKI, 3 mart — Sputnik. "Azərikimya" İstehsalat Birliyinə məxsus Etilen-Polietilen zavodunda nöqsanlar aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 86 ünvanında yerləşən "Azərikimya" İstehsalat Birliyinə məxsus Etilen-Polietilen zavodunun 01 saylı piroliz sahəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı zavodda insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək ciddi pozuntular aşkar edilib. Belə ki, piroliz sahəsində istismar edilən F10 A/B buxar qızdırıcısının bloklayıcı və mühafizə sistemlərinin, habelə idarəetmə dolabının ləğv edildiyi müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, buxar qızdırıcısının istismarı dayandırılıb.
Bununla yanaşı, Agentliyin müfəttişləri tərəfindən aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün "Azərikimya" İB qarşısında məsələ qaldırılıb, F10 A/B buxar qızdırıcısının müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən İB-nin rəhbərliyinə izah olunub.
Aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün zavod rəhbərliyinə təqdim edilib.