https://sputnik.az/20230303/arzu-nagiyev-dunyanin-taleyinin-sadece-5-olkeden-asili-olmasi-edaletli-deyil-452360825.html
Arzu Nağıyev: dünyanın taleyinin sadəcə 5 ölkədən asılı olması ədalətli deyil
Arzu Nağıyev: dünyanın taleyinin sadəcə 5 ölkədən asılı olması ədalətli deyil
Sputnik Azərbaycan
Millət vəkili Qoşulmama Hərəkatının Bakı sammitindən çıxan nəticələri şərh edib 03.03.2023, Sputnik Azərbaycan
2023-03-03T20:25+0400
2023-03-03T20:25+0400
2023-03-03T20:25+0400
arzu nağıyev
təhlil
qoşulmama hərəkatı
bmt
bmt tş
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448149538_0:104:2000:1229_1920x0_80_0_0_fe3ca9e20f58ebd489a6ad0dff8b337e.jpg
BAKI, 3 mart — Sputnik. Martın 1-3-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammiti keçirildi. Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar. Sammitinin yekununda onun nəticələrini özündə əks edən sənəd qəbul edilib. Sputnik Azərbaycan Qoşulmama Hərəkatının Bakıda keçirilmiş sammitinin nəticələri ilə bağlı millət vəkili Arzu Nağıyevlə həmsöhbət olub. Millət vəkili bildirib ki, Qoşulmama Hərəkatı bu gün beynəlxalq arenada öz təsir gücünə görə əhəmiyyətli bir təşkilata çevrilib: "Təşkilat özündə heç bir hərbi bloka üzv olmayan ölkələri birləşdirir. Bu ölkələr hərbi bloklara qoşulmasalar da, özlərinin hərbi doktrinaları mövcuddur. Azərbaycanın Qoşulmama Hərəkatında rolu və sədrliyinin müstəsna əhəmiyyəti var. Azərbaycanın sədrlik etdiyi dövr ərzində təşkilatın nüfuzu kifayət qədər yüksəldilib, BMT-də müvafiq qətnamələrin qəbul edilməsinə nail olunub". Deputat onu da qeyd edib ki, Bakıda 120-dən ölkənin təmsilçi ilə iştirak etdiyi sammit xüsusilə əhəmiyyətlidir: "Hərəkatın iştirakçı ölkələrinin digər beynəlxalq platformalarda onun fəaliyyətinə verdiyi dəstək Qoşulmama Hərəkatının önəmi göstərir. Sammit çərçivəsində müxtəlif platformalarda vacib müzakirələr aparılıb. Əsas məqam da ondan ibarətdir ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin sədrlik etdiyi təşkilatın sammiti çox qətiyyətli çıxışlarla yadda qaldı. Xüsusən də Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı qətiyyətli mövqe ortaya qoyuldu. İştirakçı ölkələrin nümayəndələri Fransanın yeni kaloniyalaşdırma siyasətini sərt şəkildə tənqid etdilər. Bundan başqa BMT-nin qərarlarının 5 daimi üzvdən asılı olması xüsusilə qeyd edildi. Bununla bağlı ortaya qoyulan mövqe də yetərincə və prinsipiallığı ilə seçilirdi". "Nəzərə almaq lazımdır ki, bu gün dünya nizamı dəyişir, qlobal səviyyədə dəyişikliklərin astanasında olan dünyanın taleyinin sadəcə 5 ölkədən asılı olması ədalətli deyil. Bu gün beynəlxalq hüquq daha üstün olmalıdır. Qloballaşan dünyanın dəyişikliklərə ehtiyacı var və BMT də bu dəyişikliklərə uyğun olaraq yeni vəziyyətə uyğunlaşdırılmalıdır. Qoşulmama Hərəkatı bu dəyişikliklərın reallaşdırıması üçün önəmli rola malikdir. Təşkilata üzv ölkələrin yekdil mövqe ilə çıxış etməsi də onun təsir gücünü artıran amillər sırasındadır. Eyni zamanda hesab edirəm ki, Hərəkata üzv ölkələr nəinki təşkilat çərçivəsində, həmçinin ikitərəfli münasibətlərdə əməkdaşlığın genişləndirilməsini davam etdirməlidir", - Nağıyev deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448149538_112:0:1889:1333_1920x0_80_0_0_06104216383cba56ea2e826015f9e912.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
arzu nağıyev, qoşulmama hərəkatı, bmt, bmt tş
arzu nağıyev, qoşulmama hərəkatı, bmt, bmt tş
Arzu Nağıyev: dünyanın taleyinin sadəcə 5 ölkədən asılı olması ədalətli deyil
Millət vəkili Qoşulmama Hərəkatının Bakı sammitindən çıxan nəticələri şərh edib
BAKI, 3 mart — Sputnik. Martın 1-3-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammiti keçirildi.
Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.
Sammitinin yekununda onun nəticələrini özündə əks edən sənəd qəbul edilib.
Sputnik Azərbaycan Qoşulmama Hərəkatının Bakıda keçirilmiş sammitinin nəticələri ilə bağlı millət vəkili Arzu Nağıyevlə həmsöhbət olub.
Millət vəkili bildirib ki, Qoşulmama Hərəkatı bu gün beynəlxalq arenada öz təsir gücünə görə əhəmiyyətli bir təşkilata çevrilib: "Təşkilat özündə heç bir hərbi bloka üzv olmayan ölkələri birləşdirir. Bu ölkələr hərbi bloklara qoşulmasalar da, özlərinin hərbi doktrinaları mövcuddur. Azərbaycanın Qoşulmama Hərəkatında rolu və sədrliyinin müstəsna əhəmiyyəti var. Azərbaycanın sədrlik etdiyi dövr ərzində təşkilatın nüfuzu kifayət qədər yüksəldilib, BMT-də müvafiq qətnamələrin qəbul edilməsinə nail olunub".
Deputat onu da qeyd edib ki, Bakıda 120-dən ölkənin təmsilçi ilə iştirak etdiyi sammit xüsusilə əhəmiyyətlidir: "Hərəkatın iştirakçı ölkələrinin digər beynəlxalq platformalarda onun fəaliyyətinə verdiyi dəstək Qoşulmama Hərəkatının önəmi göstərir. Sammit çərçivəsində müxtəlif platformalarda vacib müzakirələr aparılıb. Əsas məqam da ondan ibarətdir ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin sədrlik etdiyi təşkilatın sammiti çox qətiyyətli çıxışlarla yadda qaldı. Xüsusən də Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı qətiyyətli mövqe ortaya qoyuldu. İştirakçı ölkələrin nümayəndələri Fransanın yeni kaloniyalaşdırma siyasətini sərt şəkildə tənqid etdilər. Bundan başqa BMT-nin qərarlarının 5 daimi üzvdən asılı olması xüsusilə qeyd edildi. Bununla bağlı ortaya qoyulan mövqe də yetərincə və prinsipiallığı ilə seçilirdi".
"Nəzərə almaq lazımdır ki, bu gün dünya nizamı dəyişir, qlobal səviyyədə dəyişikliklərin astanasında olan dünyanın taleyinin sadəcə 5 ölkədən asılı olması ədalətli deyil. Bu gün beynəlxalq hüquq daha üstün olmalıdır. Qloballaşan dünyanın dəyişikliklərə ehtiyacı var və BMT də bu dəyişikliklərə uyğun olaraq yeni vəziyyətə uyğunlaşdırılmalıdır. Qoşulmama Hərəkatı bu dəyişikliklərın reallaşdırıması üçün önəmli rola malikdir. Təşkilata üzv ölkələrin yekdil mövqe ilə çıxış etməsi də onun təsir gücünü artıran amillər sırasındadır. Eyni zamanda hesab edirəm ki, Hərəkata üzv ölkələr nəinki təşkilat çərçivəsində, həmçinin ikitərəfli münasibətlərdə əməkdaşlığın genişləndirilməsini davam etdirməlidir", - Nağıyev deyib.