https://sputnik.az/20230302/terter-isi-uzre-daha-bir-herbciye-cinayet-isi-acilib-mehkemesi-baslayir-452314143.html
"Tərtər işi" üzrə daha bir hərbçiyə cinayət işi açılıb, məhkəməsi başlayır
"Tərtər işi" üzrə daha bir hərbçiyə cinayət işi açılıb, məhkəməsi başlayır
Sputnik Azərbaycan
İttiham olunan Rəşidov Ülvi Nazim oğlu mayordur, o, 2-ci Ordu Korpusunda çalışıb, adıçəkilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə əvvəllər məlumat... 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T14:15+0400
2023-03-02T14:15+0400
2023-03-02T14:45+0400
məhkəmə
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/09/02/427835497_0:0:3083:1734_1920x0_80_0_0_4e231f20ce88c2ea1b76b9e1f3ad1dbe.jpg
BAKI, 2 mart — Sputnik. "Tərtər işi" ilə bağlı daha 5 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Həmin şəxslər general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovdur. İttiham olunan Rəşidov Ülvi Nazim oğlu mayordur. O, 2-ci Ordu Korpusunda çalışıb. Ülvi Rəşidovun cinayət məsuliyyətinə cəlb olunması barədə əvvəllər məlumat yayılmayıb. Əldə etdiyimiz xəbərə görə, onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barəsində istintaq dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş yaxın günlərdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək. Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Təqsiləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/02/427835497_192:0:2923:2048_1920x0_80_0_0_6eb5a8fe4f2888b77dea2a96ed31351d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə
"Tərtər işi" üzrə daha bir hərbçiyə cinayət işi açılıb, məhkəməsi başlayır
14:15 02.03.2023 (Yenilənib: 14:45 02.03.2023) İttiham olunan Rəşidov Ülvi Nazim oğlu mayordur, o, 2-ci Ordu Korpusunda çalışıb, adıçəkilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə əvvəllər məlumat yayılmayıb.
BAKI, 2 mart — Sputnik. "Tərtər işi" ilə bağlı daha 5 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Həmin şəxslər general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovdur.
İttiham olunan Rəşidov Ülvi Nazim oğlu mayordur. O, 2-ci Ordu Korpusunda çalışıb. Ülvi Rəşidovun cinayət məsuliyyətinə cəlb olunması barədə əvvəllər məlumat yayılmayıb.
Əldə etdiyimiz xəbərə görə, onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barəsində istintaq dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş yaxın günlərdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Təqsiləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar (APA).