https://sputnik.az/20230302/telebelerin-kutlevi-formada-zeherlenmesine-gore-randan-cavab-gozlenilir-452309452.html
Tələbələrin kütləvi formada zəhərlənməsinə görə İrandan cavab gözlənilir
Tələbələrin kütləvi formada zəhərlənməsinə görə İrandan cavab gözlənilir
Sputnik Azərbaycan
Ned Prays İranda zəhərlənmə hallarının çox narahatedici olduğunu bildirib. 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T21:22+0400
2023-03-02T21:22+0400
2023-03-02T21:22+0400
zəhərlənmə
dünya xəbərləri
iran
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1b/426067149_0:127:3188:1920_1920x0_80_0_0_a467058a044e0f1c0239e53e8fac8552.jpg
BAKI, 2 mart — Sputnik. Qızların, qadınların təhsil almaq hüququ var. İranda tələbə qızların zəhərlənməsi faktlarına aydınlıq gətirilməsini gözləyirik. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays "Amerikanın Səsi"nin farsça redaksiyasının əməkdaşının İranda şagird və tələbələr arasında kütləvi zəhərlənmə ilə bağlı sualına cavabında bildirib. O, İranda zəhərlənmə hallarının çox narahatedici olduğunu bildirib. N.Prays buna görə İranın dövlət rəsmilərini günahlandırıb: "Biz hakimiyyətin zəhərlənmə ilə bağlı hərtərəfli araşdırma aparmasını, bunun qarşısını almasını və günahkarların məsuliyyətə cəlb edilməsi üçün mümkün olan hər şeyi etməsini gözləyirik". Başqa bir məlumata görə, İranda zəhərlənən şagird və tələbələrin valideynlərinin etiraz aksiyasına Tehran rejiminin hərbi-polis qüvvələri hücum edib. Bildirilib ki, mülki geyimli polislər zəhərlənmiş şagirdlərin analarını vəhşicəsinə döyüblər. İran parlamentinin keçmiş üzvü Mahmud Sadeqi bu hadisə ilə bağlı sosial şəbəkə səhifəsində yazıb: "Şagirdlərin analarını döyən bu hakimiyyətin mülki geyimli qüvvələri haradan çıxır?". Qeyd edək ki, sosial şəbəkələrdə hərbi-polis qüvvələrinin valideynlərə hücumu ilə bağlı video da yayılıb (Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1b/426067149_230:0:2959:2047_1920x0_80_0_0_f7db58a70ec0afed81f1ac7423864ac7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəhərlənmə, iran
Tələbələrin kütləvi formada zəhərlənməsinə görə İrandan cavab gözlənilir
Ned Prays İranda zəhərlənmə hallarının çox narahatedici olduğunu bildirib.
BAKI, 2 mart — Sputnik. Qızların, qadınların təhsil almaq hüququ var. İranda tələbə qızların zəhərlənməsi faktlarına aydınlıq gətirilməsini gözləyirik.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays "Amerikanın Səsi"nin farsça redaksiyasının əməkdaşının İranda şagird və tələbələr arasında kütləvi zəhərlənmə ilə bağlı sualına cavabında bildirib.
O, İranda zəhərlənmə hallarının çox narahatedici olduğunu bildirib. N.Prays buna görə İranın dövlət rəsmilərini günahlandırıb: "Biz hakimiyyətin zəhərlənmə ilə bağlı hərtərəfli araşdırma aparmasını, bunun qarşısını almasını və günahkarların məsuliyyətə cəlb edilməsi üçün mümkün olan hər şeyi etməsini gözləyirik".
Başqa bir məlumata görə, İranda zəhərlənən şagird və tələbələrin valideynlərinin etiraz aksiyasına Tehran rejiminin hərbi-polis qüvvələri hücum edib. Bildirilib ki, mülki geyimli polislər zəhərlənmiş şagirdlərin analarını vəhşicəsinə döyüblər.
İran parlamentinin keçmiş üzvü Mahmud Sadeqi bu hadisə ilə bağlı sosial şəbəkə səhifəsində yazıb: "Şagirdlərin analarını döyən bu hakimiyyətin mülki geyimli qüvvələri haradan çıxır?".
Qeyd edək ki, sosial şəbəkələrdə hərbi-polis qüvvələrinin valideynlərə hücumu ilə bağlı video da yayılıb (Report).