https://sputnik.az/20230302/prezidenti-lham-eliyev-rafael-qrossi-ile-gorusub-452319849.html
Metsamor AES Azərbaycan, Türkiyə, Ermənistan və bütün regiona böyük nüvə təhlükəsi yaradır
Metsamor AES Azərbaycan, Türkiyə, Ermənistan və bütün regiona böyük nüvə təhlükəsi yaradır
Sputnik Azərbaycan
Prezident İlham Əliyev Rafael Mariano Qrossi ilə görüşdə deyib ki, Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılması... 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T17:20+0400
2023-03-02T17:20+0400
2023-03-02T17:27+0400
özbəkistan
siyasət
qoşulmama hərəkatı
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e7/03/02/452325238_0:96:915:611_1920x0_80_0_0_8208c946936688f0bc9cff13778a8397.jpg
BAKI, 2 mart — Sputnik. Prezident İlham Əliyev Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossinin diqqətinə çatdırıb.Bunu dövlət başçısı martın 2-də Rafael Mariano Qrossini qəbul edən zaman bildirib.Belə ki, Prezident nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirib, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki probemlərinin olduğunu diqqətə çatdırıb və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulayıb.Görüşdə Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirilib, bu xüsusda nüvə silahının yaradılması cəhdlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyi ilə bağlı narahatlıq ifadə olunub.***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar. Xatırladaq ki, QH-yə sədrliyin üç il müddətinə nəzərdə tutulmasına baxmayaraq, ötən ilin iyul ayında Hərəkat üzvlərinin yekdil qərarı ilə ölkəmizin Hərəkata sədrlik müddəti 2023-cü ilin sonunadək uzadılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/02/452325238_0:0:892:669_1920x0_80_0_0_d4b9c792d1cac84afbf6c2d6965ab6ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
özbəkistan, qoşulmama hərəkatı, prezident ilham əliyev
özbəkistan, qoşulmama hərəkatı, prezident ilham əliyev
Metsamor AES Azərbaycan, Türkiyə, Ermənistan və bütün regiona böyük nüvə təhlükəsi yaradır
17:20 02.03.2023 (Yenilənib: 17:27 02.03.2023) Prezident İlham Əliyev Rafael Mariano Qrossi ilə görüşdə deyib ki, Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılması narahatlıq doğurur.
BAKI, 2 mart — Sputnik. Prezident İlham Əliyev Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossinin diqqətinə çatdırıb.
Bunu dövlət başçısı martın 2-də Rafael Mariano Qrossini qəbul edən zaman bildirib.
Belə ki, Prezident nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirib, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki probemlərinin olduğunu diqqətə çatdırıb və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulayıb.
Görüşdə Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirilib, bu xüsusda nüvə silahının yaradılması cəhdlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyi ilə bağlı narahatlıq ifadə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir.
Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.
Xatırladaq ki, QH-yə sədrliyin üç il müddətinə nəzərdə tutulmasına baxmayaraq, ötən ilin iyul ayında Hərəkat üzvlərinin yekdil qərarı ilə ölkəmizin Hərəkata sədrlik müddəti 2023-cü ilin sonunadək uzadılıb.