https://sputnik.az/20230302/minimum-ayliq-emek-haqqinin-orta-ayliq-emek-haqqina-nisbeti-411-e-catib-452319633.html
Minimum aylıq əmək haqqının orta aylıq əmək haqqına nisbəti 41,1%-ə çatıb
Minimum aylıq əmək haqqının orta aylıq əmək haqqına nisbəti 41,1%-ə çatıb
Sputnik Azərbaycan
Bu artım ölkəmizdə xalis minimum aylıq əmək haqqının xalis orta aylıq əmək haqqına nisbəti ilə bağlı göstəricinin qabaqcıl beynəlxalq normalara... 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T19:32+0400
2023-03-02T19:32+0400
2023-03-02T22:23+0400
sosial
cəmiyyət
əmək və əhalinin sosial müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 2 mart — Sputnik. Aparılan ardıcıl sosial islahatlar minimum aylıq əməkhaqqının da mütəmadi artımını təmin edir və son beş ildə bu istiqamətdə 2,7 dəfə artıma nail olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Bu artım ölkəmizdə xalis minimum aylıq əmək haqqının (345 manat) xalis orta aylıq əmək haqqına (1 yanvar 2023-cü il tarixə 839,4 manat) nisbəti ilə bağlı göstəricinin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində də mühüm irəliləyişə imkan verib. Həmin nisbət 2018-ci ildəki 26,5%-dən hazırda 41,1%-ə çatıb. Beləliklə, 2018-2022-ci illərdə bu göstərici 14,6% yüksəlib. Xatırladaq ki, minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sosial, əmək və əhalinin sosial müdafiə nazirliyi
sosial, əmək və əhalinin sosial müdafiə nazirliyi
Minimum aylıq əmək haqqının orta aylıq əmək haqqına nisbəti 41,1%-ə çatıb
19:32 02.03.2023 (Yenilənib: 22:23 02.03.2023) Bu artım ölkəmizdə xalis minimum aylıq əmək haqqının xalis orta aylıq əmək haqqına nisbəti ilə bağlı göstəricinin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində də mühüm irəliləyişə imkan verib.
BAKI, 2 mart — Sputnik. Aparılan ardıcıl sosial islahatlar minimum aylıq əməkhaqqının da mütəmadi artımını təmin edir və son beş ildə bu istiqamətdə 2,7 dəfə artıma nail olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bu artım ölkəmizdə xalis minimum aylıq əmək haqqının (345 manat) xalis orta aylıq əmək haqqına (1 yanvar 2023-cü il tarixə 839,4 manat) nisbəti ilə bağlı göstəricinin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində də mühüm irəliləyişə imkan verib.
Həmin nisbət 2018-ci ildəki 26,5%-dən hazırda 41,1%-ə çatıb. Beləliklə, 2018-2022-ci illərdə bu göstərici 14,6% yüksəlib.
Xatırladaq ki, minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.