DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın Baş Qərargah rəisi qırx dörd günlük müharibə ilə bağlı dindirilə bilər

© SputnikErməni
Erməni - Sputnik Azərbaycan, 1920, 02.03.2023
Abunə olmaq
Onlar yararsız raketlərin alınmasında və döyüşlərdə istifadə olunmasında ittiham edilirlər .
BAKI, 2 mart — Sputnik. Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan 44 günlük müharibə ilə bağlı dindirilə bilər.
Sputnik Ermənistan-ın xəbərinə görə, bu barədə yerli "Joqovurd" qəzeti yazıb.
Bildirilib ki, Ermənistanda parlamentdə müharibə ilə bağlı araşdırma aparan komissiya bu barədə qərar qəbul edə bilər.
Qeyd olunub ki, E.Asryanın sələfləri Artak Davtyan, Onik Qasparyan və həbsdə olan keçmiş müdafiə nazirləri, o cümlədən David Tonoyan da dindirilə bilər.
Onlar yararsız raketlərin alınmasında və döyüşlərdə istifadə olunmasında ittiham edilirlər.
Xəbər lenti
0