https://sputnik.az/20230302/ermenistan-tezlikle-a-nin-mulki-missiyasinin-fealiyyetini-tenzimleyen-sazis-imzalayacaq-452330414.html
Ermənistan tezliklə Aİ-nin mülki missiyasının fəaliyyətini tənzimləyən saziş imzalayacaq
Ermənistan tezliklə Aİ-nin mülki missiyasının fəaliyyətini tənzimləyən saziş imzalayacaq
Sputnik Azərbaycan
Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T20:27+0400
2023-03-02T20:27+0400
2023-03-02T22:20+0400
dünya xəbərləri
ermənistan
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333645_0:0:3355:1887_1920x0_80_0_0_5b700405913e131937101c5a9d2740a8.jpg
BAKI, 2 mart - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanacağının anonsunu verib.Bu barədə o, Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib."Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma bizim razılaşmamız var ki, onun fəaliyyətini tənzimləyən saziş gələcəkdə müzakirə olunmalı və imzalanmalıdır", - Paşinyan bildirib.Vaxta gəlincə, baş nazir qeyd edib ki, hər şey artıq formalaşmış və əldə edilmiş razılaşmalar ətrafında razılığın nə vaxt əldə olunmasından asılıdır. Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası məskunlaşıb. Aİ missiyası mülki elan edilsə də, onun tərkibindəki 50 nəfər silahlı jandarmdır. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333645_0:0:2731:2048_1920x0_80_0_0_ce5a9c0dce13ed605f0c04a0ce94ffb0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
ermənistan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
Ermənistan tezliklə Aİ-nin mülki missiyasının fəaliyyətini tənzimləyən saziş imzalayacaq
20:27 02.03.2023 (Yenilənib: 22:20 02.03.2023) Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir.
BAKI, 2 mart - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanacağının anonsunu verib.
Bu barədə o, Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib.
"Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma bizim razılaşmamız var ki, onun fəaliyyətini tənzimləyən saziş gələcəkdə müzakirə olunmalı və imzalanmalıdır", - Paşinyan bildirib.
Vaxta gəlincə, baş nazir qeyd edib ki, hər şey artıq formalaşmış və əldə edilmiş razılaşmalar ətrafında razılığın nə vaxt əldə olunmasından asılıdır.
Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası məskunlaşıb. Aİ missiyası mülki elan edilsə də, onun tərkibindəki 50 nəfər silahlı jandarmdır. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.