https://sputnik.az/20230302/bmt-bas-katibi-azerbaycan-prezidentinin-tesebbusu-teqdirelayiqdir-452307934.html
BMT Baş katibi: Azərbaycan Prezidentinin təşəbbüsü təqdirəlayiqdir
BMT Baş katibi: Azərbaycan Prezidentinin təşəbbüsü təqdirəlayiqdir
Sputnik Azərbaycan
Antonio Quttereş müraciətində bildirib ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etdiyinə görə... 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T13:20+0400
2023-03-02T13:20+0400
2023-03-02T13:31+0400
siyasət
bmt
antonio quterreş
birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
qoşulmama hərəkatı
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852030_0:178:3010:1871_1920x0_80_0_0_77fca672a6241b1d40e4f41f41f9f249.jpg
BAKI, 2 mart — Sputnik. Bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə BMT baş katibi Antonio Quttereşin müraciəti oxunub. Antonio Quttereş müraciətində bildirib ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana təşəkkür edir: "İllər keçdikcə beynəlxalq platformalarda Qoşulmama Hərəkatının rolu artır. 21-ci əsrdə Qoşulmama Hərəkatının çoxtərəflilik baxımından əhəmiyyəti daha da artır. Davamlı inkişaf, iqlim dəyişikliklərinə qarşı mübarizə tədbirləri və sülhü qorumaq üçün tədbirlər görüb. Pandemiya dünyada hər kəsə təsir göstərib, 6,5 milyon insan dünyasını dəyişib, bərabərsizliyi daha da artırıb. Pandemiya eyni zamanda, işsizliyə də böyük təsir göstərib, qadınlar, gənclər işsiz qaldılar. Pandemiya sarsıdıcı təsirə malik olub". Qeyd edilib ki, insan kapitalı aşağı olan ölkələrə pandemiyaya daha mənfi təsir göstərib: "Bərpa tədbirlərini effektiv etmək istəyiriksə, qlobal idarəetmə sistemində müdaxilə etməliyik. Biz qlobal idarəetmə arxitekturasını elə qurmalıyıq ki, çoxtərəfli platformalar öz mandat və səlahiyyətləri çərçivəsində işləri görə bilsinlər və Dayanıqlı İnkişaf Məqsədləri üçün tədbirlər görə bilsinlər. Beləliklə, Qoşulmama Hərəkatının üzv sayına görə çoxtərəfli əməkdaşlığın gücləndirilməsində mühüm rol oynamaq imkanı var". BMT Baş katibi nəzərə çatdırıb ki, Qoşulmama Hərəkatının Parlament şəbəkəsi və Azərbaycan Prezidentinin parlamentlərarası əlaqələrin gücləndirilməsi istiqamətində təşəbbüsü təqdirəlayiqdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852030_141:0:2870:2047_1920x0_80_0_0_a7e1ed849450d079bd2f45abfb85552b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bmt, antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş, qoşulmama hərəkatı
bmt, antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş, qoşulmama hərəkatı
BMT Baş katibi: Azərbaycan Prezidentinin təşəbbüsü təqdirəlayiqdir
13:20 02.03.2023 (Yenilənib: 13:31 02.03.2023) Antonio Quttereş müraciətində bildirib ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana təşəkkür edir.
BAKI, 2 mart — Sputnik. Bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə BMT baş katibi Antonio Quttereşin müraciəti oxunub.
Antonio Quttereş müraciətində bildirib ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana təşəkkür edir:
"İllər keçdikcə beynəlxalq platformalarda Qoşulmama Hərəkatının rolu artır. 21-ci əsrdə Qoşulmama Hərəkatının çoxtərəflilik baxımından əhəmiyyəti daha da artır. Davamlı inkişaf, iqlim dəyişikliklərinə qarşı mübarizə tədbirləri və sülhü qorumaq üçün tədbirlər görüb. Pandemiya dünyada hər kəsə təsir göstərib, 6,5 milyon insan dünyasını dəyişib, bərabərsizliyi daha da artırıb. Pandemiya eyni zamanda, işsizliyə də böyük təsir göstərib, qadınlar, gənclər işsiz qaldılar. Pandemiya sarsıdıcı təsirə malik olub".
Qeyd edilib ki, insan kapitalı aşağı olan ölkələrə pandemiyaya daha mənfi təsir göstərib: "Bərpa tədbirlərini effektiv etmək istəyiriksə, qlobal idarəetmə sistemində müdaxilə etməliyik. Biz qlobal idarəetmə arxitekturasını elə qurmalıyıq ki, çoxtərəfli platformalar öz mandat və səlahiyyətləri çərçivəsində işləri görə bilsinlər və Dayanıqlı İnkişaf Məqsədləri üçün tədbirlər görə bilsinlər. Beləliklə, Qoşulmama Hərəkatının üzv sayına görə çoxtərəfli əməkdaşlığın gücləndirilməsində mühüm rol oynamaq imkanı var".
BMT Baş katibi nəzərə çatdırıb ki, Qoşulmama Hərəkatının Parlament şəbəkəsi və Azərbaycan Prezidentinin parlamentlərarası əlaqələrin gücləndirilməsi istiqamətində təşəbbüsü təqdirəlayiqdir.