https://sputnik.az/20230302/baxmut-qalasinin-biabirci-sonu-yaxinlasir-452312545.html
"Baxmut qalası"nın biabırçı sonu yaxınlaşır
"Baxmut qalası"nın biabırçı sonu yaxınlaşır
Sputnik Azərbaycan
NATO-nun "qayğısı" olmadan ukraynalıların 70 ildən artıq necə dinc və xoşbəxt yaşaya bilməsi sadəcə təəccüblüdür. 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T22:38+0400
2023-03-02T22:38+0400
2023-03-02T23:19+0400
kiyev
təhlil
nato
abş
avropa
https://cdnn1.img.sputnik.az/img/07e7/03/02/452334131_0:156:3089:1893_1920x0_80_0_0_8c3c0ea54fd487f41e593a5591a2ec00.jpg
Artyomovskdakı Ukrayna qoşunları əməliyyat mühasirəsində və atəş torbasındadırlar. Vəziyyət geri dönməzdir. Rusiya qüvvələri müxtəlif istiqamətlərdən şəhərə hücum edirlər. Ukrayna Silahlı Qüvvələrinin "Baxmut qalası" Artyomovskun ölüm qazanına çevrilir. Donbasın tam azad edilməsi yaxınlaşır. ABŞ və NATO-nun Ukrayna hərbi əməliyyat teatrında strategiyası hətta kosmosdan görünən biabırçı məğlubiyyətlə üzləşir. Yaz fəsli ərəfəsində "Vaqner" özəl hərbi şirkətin (ÖHŞ) hücum dəstələri Artyomovsk şəhərinin ətrafını - Paraskoviyevka, Berxovka, Yaqodnoye, Dubovo-Vasilyevka, Stupkini Ukrayna Silahlı Qüvvələrindən azad ediblər. Artyomovsk bəndinin ukraynalı təxribatçıları tərəfindən dağıdılması Rusiyanın hücumunu dayandırmayıb. Ukrayna Silahlı Qüvvələrinin komandanlığı "Baxmutda çətin vəziyyətin" və "fasiləsiz hücum əməliyyatların" olmasını elan edir. Rusiya qüvvələri artilleriya, tank, reaktiv yaylım atəş sistemi (RYAS) və təyyarələrdən fəal istifadə edir, Ukrayna bölmələrinin isə silah və sursata ciddi ehtiyacı var. Qərb həyəcan içindədir - Kiyev rejimi döyüş meydanında ümidləri doğrultmur. Ukrayna Silahlı Qüvvələri 2022-ci ilin avqustundan etibarən on minlərlə ukraynalı hərbçinin məhv edildiyi "Baxmut qalası"ndan "strateji olaraq geri çəkilməyə" hazırlaşırlar. Kiyev rejimi burada hər gün 500-ə yaxın əsgər və zabitini itirir. Ukraynada Baxmut/Artyomovsk şəhərinə düşən bütün döyüşçülər intiharçılar adlanır, çünki orada iki həftə ərzində ölüm və ya yaralanma ehtimalı 95 faizdir. Bu yaxınlarda Almaniya kəşfiyyatı USQ-nin böyük itkilərini təsdiqləyib, ABŞ dənizçisi Troy Offenbeker cəbhə xəttində ukraynalı əsgərinin ömrünün cəmi dörd saat olduğunu qeyd edib. Dünən Lvov vilayətində yerləşən "Kral Danil və Boris Consonun adını daşıyan "elit" 24-cü ayrı-ayrı mexanikləşdirilmiş briqada Artyomovsk şəhəri yaxınlığında məhv edilib (bayraq döyüş meydanına atılıb). Fevralın əvvəlində Prezident Vladimir Zelenski təkəbbürlə Baxmutu (Artyomovsk) təslim etməyəcəyini bəyan edib. Ancaq USQ-nin səfərbərlik ehtiyatları çox deyil və Rusiya Silahlı Qüvvələrinin gücü və Rusiya tarixinin inkişafı ABŞ-ın marionetlərindən asılı deyil. NATO-nun inanılmaz hərbi-iqtisadi potensialı haqqında mif məhv edilib. Otuz müttəfiq ölkə və onlara qoşulmuş iyirmi "ştatsız" ABŞ limitroflarının hamısı il ərzində öz silah "donorluğu" (yüz milyardlarla dollar və avro) ilə Ukrayna həbi əməliyyatlar teatrında Rusiya qoşunları qrupunun atəş, taktiki və strateji üstünlüyünə ciddi təsir göstərə bilməyiblər. Məlumdur ki, 60 ölkədən, əsasən Polşa, ABŞ, Kanada, Rumıniya, Böyük Britaniyadan bir neçə min muzdlu Ukrayna Silahlı Qüvvələrinin tərəfində fəaliyyət göstərir. İl ərzində üç minə yaxın əcnəbi "könüllü" məhv edilib, bir o qədəri də vətəninə qayıdıb. Əfqanıstan onlara cənnət kimi görünəcək Artyomovsk şəhəri ətrafındakı mühasirə halqası daralır. Hətta Kiyevdə də "Baxmut qalası" qarnizonunun mövqeyi kritik hesab olunur. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı Zelenskiyə bildirib ki, Rusiya qoşunları Boqdanovka və Xromovonu ələ keçirdikdən sonra əməliyyat mühasirəsi ölüm qazanına çevriləcək. Məğlubiyyət qaçılmazdır. Donetskdə Ukraynanın orada yeni müdafiə xəttinin yaradılması üçün Çasov Yarda Qərb silahlarının toplandığını bildiriblər. Eyni zamanda, Rusiya qüvvələri Kramatorsk, Slavyansk və Uqledardakı USQ obyektlərinə güclü artilleriya zərbələri endirirlər. Rusiya qoşunları Avdeyevkanın şimalındakı düşmənin müdafiə xəttini yarıb Krasnoqorovaya doğru irəliləyiblər. Bu istiqamət Avdeyevka istehkam rayonunda Ukrayna Silahlı Qüvvələrinin şimal-qərbdən cəbhə arxasına daxil olmağa imkan verir. Qərb analitiklərinin fikrincə Rusiya qüvvələri altıya qədər T-72 tankı, 12-ə qədər piyada döyüş maşını, daşınabilən tank əleyhinə idarəolunan raketlər (TƏİR), minaatanlar, qumbaraatanlar və yedəkli artilleriyası olan hücum bölmələrinin qüsursuz taktikası ilə USQ-nin müdafiəsini məhv edirlər. Bu fonda Ukrayna qoşunlarının Zaporojye istiqamətində yaz əks-hücum əməliyyatına hazırlığı ehtiyatsız görünür, lakin Kiyev marionetlərinin amerikalı sahibləri geosiyasi dividendlər və kütləvi qurbanlar tələb edirlər. Mifoloji "Leopardlar" Qərbə və Ukrayna Silahlı Qüvvələrinə kömək edəcəkmi? Donetsk rəhbəri Yan Qaqin bəyan edib ki, bu yaxınlarda Polşa tərəfindən verilmiş dörd "Leopard 2A4" tankı Artyomovskda yerləşdirilib. Və artıq Polşa muzdlularının ekipajı ilə birlikdə bu əsas döyüş tanklarından birinin ələ keçirilməsi ilə bağlı məlumatlar ortaya çıxıb. Almaniya "Leopardlar"ın tədarükünü təsdiqlədikdən sonra (Ukraynaya təkrar ixrac üçün icazə) məlum olub ki, Avropada kifayət qədər tank yoxdur, onlar çox köhnə və döyüş üçün yararsızdırlar. Pentaqon eyni vaxtda bəyan edir: "Dünya Ukraynanı qətiyyətlə dəstəkləyir" və "Ukrayna özü ona verilən silahların pulunu ödəməlidir". Sonuncusu obyektiv olaraq qeyri-mümkündür. İngiltərənin "Challenger 2" tanklarının özünəməxsus tədarükü ilə də müəyyən çaşqınlıq müşahidə olunur. Həqiqətən, ümidsiz bir işə vəsait yatırmağa dəyərmi? Britaniyanın "Daily Mail" qəzeti vəziyyətin "son dərəcə gərgin" olması və "Rusiyanın əks tərəfi təslim olmağa məcbur edərək Baxmuta hücumunu gücləndirməsi" ilə əlaqədar Vladimir Putinin "böyük hərbi qələbəyə" yaxınlaşdığını yazıb. Qərbdə onlar Moskvanın əsas məqsədlərinə şübhəsiz nail olana qədər Rusiya xüsusi hərbi əməliyyatın (XHƏ) davam etdirilməsinin ciddi qaçılmazlığını dərk ediblər. Xüsusilə belə bir proqnozu İtaliya kəşfiyyatı milli parlamentə təqdim etdiyi illik hesabatda verib. Hətta ABŞ-da Rusiyanın iştirak etdiyi hərbi əməliyyatların "Əfqanıstanda və ya İraqda safari olmadığını" başa düşməyə başlayırlar. "The Washington Times" qəzeti etiraf edib: "Vaşinqtonun Ukrayna üzrə strategiyası işləmir". Münaqişə ABŞ-ın müxtəlif regionlardakı ölkələrdən geniş koalisiyalar yarada bilmədiyini göstərib və ABŞ-ın Avropadakı müttəfiqləri arasında adi güc balansını sarsıdıb - diqqət Almaniya və Fransadan Polşa və Baltikyanı ölkələrə keçib. Digər tərəfdən, Rusiya beynəlxalq əlaqələrini inkişaf etdirə bilib. "The American Conservative" jurnalı Ukraynanın yenidən Əfqanıstana çevrildiyini, NATO-nun məğlub olaraq çıxacağını qeyd edərək sual verib: "Əgər Avropanın gələcəyi təhlükədədirsə, niyə ən böyük narahatlıq Berlində, Brüsseldə, Parisdə deyil, Vaşinqtonda ifadə olunur?". Tarix göstərir ki, ABŞ "müxtəlif səbəblərə görə Ukraynada uduzacaq". NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynaya hərbi yardımın genişləndirilməsi Qərb ölkələrini eskalasiya ilə hədələyir, lakin Rusiyanın qələbəsi daha böyük risklər doğurur. NATO-nun "qayğısı" olmadan ukraynalıların 70 ildən artıq necə dinc və xoşbəxt yaşaya bilməsi sadəcə təəccüblüdür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/02/452334131_178:0:2909:2048_1920x0_80_0_0_2239642736dbb32524aec327af002ed3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
kiyev, nato, abş, avropa
"Baxmut qalası"nın biabırçı sonu yaxınlaşır
22:38 02.03.2023 (Yenilənib: 23:19 02.03.2023) NATO-nun "qayğısı" olmadan ukraynalıların 70 ildən artıq necə dinc və xoşbəxt yaşaya bilməsi sadəcə təəccüblüdür.
Artyomovskdakı Ukrayna qoşunları əməliyyat mühasirəsində və atəş torbasındadırlar. Vəziyyət geri dönməzdir. Rusiya qüvvələri müxtəlif istiqamətlərdən şəhərə hücum edirlər. Ukrayna Silahlı Qüvvələrinin "Baxmut qalası" Artyomovskun ölüm qazanına çevrilir. Donbasın tam azad edilməsi yaxınlaşır. ABŞ və NATO-nun Ukrayna hərbi əməliyyat teatrında strategiyası hətta kosmosdan görünən biabırçı məğlubiyyətlə üzləşir.
Yaz fəsli ərəfəsində "Vaqner" özəl hərbi şirkətin (ÖHŞ) hücum dəstələri Artyomovsk şəhərinin ətrafını - Paraskoviyevka, Berxovka, Yaqodnoye, Dubovo-Vasilyevka, Stupkini Ukrayna Silahlı Qüvvələrindən azad ediblər. Artyomovsk bəndinin ukraynalı təxribatçıları tərəfindən dağıdılması Rusiyanın hücumunu dayandırmayıb. Ukrayna Silahlı Qüvvələrinin komandanlığı "Baxmutda çətin vəziyyətin" və "fasiləsiz hücum əməliyyatların" olmasını elan edir. Rusiya qüvvələri artilleriya, tank, reaktiv yaylım atəş sistemi (RYAS) və təyyarələrdən fəal istifadə edir, Ukrayna bölmələrinin isə silah və sursata ciddi ehtiyacı var.
Qərb həyəcan içindədir - Kiyev rejimi döyüş meydanında ümidləri doğrultmur. Ukrayna Silahlı Qüvvələri 2022-ci ilin avqustundan etibarən on minlərlə ukraynalı hərbçinin məhv edildiyi "Baxmut qalası"ndan "strateji olaraq geri çəkilməyə" hazırlaşırlar. Kiyev rejimi burada hər gün 500-ə yaxın əsgər və zabitini itirir.
Ukraynada Baxmut/Artyomovsk şəhərinə düşən bütün döyüşçülər intiharçılar adlanır, çünki orada iki həftə ərzində ölüm və ya yaralanma ehtimalı 95 faizdir. Bu yaxınlarda Almaniya kəşfiyyatı USQ-nin böyük itkilərini təsdiqləyib, ABŞ dənizçisi Troy Offenbeker cəbhə xəttində ukraynalı əsgərinin ömrünün cəmi dörd saat olduğunu qeyd edib.
Dünən Lvov vilayətində yerləşən "Kral Danil və Boris Consonun adını daşıyan "elit" 24-cü ayrı-ayrı mexanikləşdirilmiş briqada Artyomovsk şəhəri yaxınlığında məhv edilib (bayraq döyüş meydanına atılıb). Fevralın əvvəlində Prezident Vladimir Zelenski təkəbbürlə Baxmutu (Artyomovsk) təslim etməyəcəyini bəyan edib. Ancaq USQ-nin səfərbərlik ehtiyatları çox deyil və Rusiya Silahlı Qüvvələrinin gücü və Rusiya tarixinin inkişafı ABŞ-ın marionetlərindən asılı deyil.
NATO-nun inanılmaz hərbi-iqtisadi potensialı haqqında mif məhv edilib. Otuz müttəfiq ölkə və onlara qoşulmuş iyirmi "ştatsız" ABŞ limitroflarının hamısı il ərzində öz silah "donorluğu" (yüz milyardlarla dollar və avro) ilə Ukrayna həbi əməliyyatlar teatrında Rusiya qoşunları qrupunun atəş, taktiki və strateji üstünlüyünə ciddi təsir göstərə bilməyiblər.
Məlumdur ki, 60 ölkədən, əsasən Polşa, ABŞ, Kanada, Rumıniya, Böyük Britaniyadan bir neçə min muzdlu Ukrayna Silahlı Qüvvələrinin tərəfində fəaliyyət göstərir. İl ərzində üç minə yaxın əcnəbi "könüllü" məhv edilib, bir o qədəri də vətəninə qayıdıb.
Əfqanıstan onlara cənnət kimi görünəcək
Artyomovsk şəhəri ətrafındakı mühasirə halqası daralır. Hətta Kiyevdə də "Baxmut qalası" qarnizonunun mövqeyi kritik hesab olunur. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı Zelenskiyə bildirib ki, Rusiya qoşunları Boqdanovka və Xromovonu ələ keçirdikdən sonra əməliyyat mühasirəsi ölüm qazanına çevriləcək. Məğlubiyyət qaçılmazdır. Donetskdə Ukraynanın orada yeni müdafiə xəttinin yaradılması üçün Çasov Yarda Qərb silahlarının toplandığını bildiriblər.
Eyni zamanda, Rusiya qüvvələri Kramatorsk, Slavyansk və Uqledardakı USQ obyektlərinə güclü artilleriya zərbələri endirirlər. Rusiya qoşunları Avdeyevkanın şimalındakı düşmənin müdafiə xəttini yarıb Krasnoqorovaya doğru irəliləyiblər. Bu istiqamət Avdeyevka istehkam rayonunda Ukrayna Silahlı Qüvvələrinin şimal-qərbdən cəbhə arxasına daxil olmağa imkan verir.
Qərb analitiklərinin fikrincə Rusiya qüvvələri altıya qədər T-72 tankı, 12-ə qədər piyada döyüş maşını, daşınabilən tank əleyhinə idarəolunan raketlər (TƏİR), minaatanlar, qumbaraatanlar və yedəkli artilleriyası olan hücum bölmələrinin qüsursuz taktikası ilə USQ-nin müdafiəsini məhv edirlər. Bu fonda Ukrayna qoşunlarının Zaporojye istiqamətində yaz əks-hücum əməliyyatına hazırlığı ehtiyatsız görünür, lakin Kiyev marionetlərinin amerikalı sahibləri geosiyasi dividendlər və kütləvi qurbanlar tələb edirlər.
Mifoloji "Leopardlar" Qərbə və Ukrayna Silahlı Qüvvələrinə kömək edəcəkmi? Donetsk rəhbəri Yan Qaqin bəyan edib ki, bu yaxınlarda Polşa tərəfindən verilmiş dörd "Leopard 2A4" tankı Artyomovskda yerləşdirilib. Və artıq Polşa muzdlularının ekipajı ilə birlikdə bu əsas döyüş tanklarından birinin ələ keçirilməsi ilə bağlı məlumatlar ortaya çıxıb.
Almaniya "Leopardlar"ın tədarükünü təsdiqlədikdən sonra (Ukraynaya təkrar ixrac üçün icazə) məlum olub ki, Avropada kifayət qədər tank yoxdur, onlar çox köhnə və döyüş üçün yararsızdırlar. Pentaqon eyni vaxtda bəyan edir: "Dünya Ukraynanı qətiyyətlə dəstəkləyir" və "Ukrayna özü ona verilən silahların pulunu ödəməlidir". Sonuncusu obyektiv olaraq qeyri-mümkündür. İngiltərənin "Challenger 2" tanklarının özünəməxsus tədarükü ilə də müəyyən çaşqınlıq müşahidə olunur. Həqiqətən, ümidsiz bir işə vəsait yatırmağa dəyərmi?
Britaniyanın "Daily Mail" qəzeti vəziyyətin "son dərəcə gərgin" olması və "Rusiyanın əks tərəfi təslim olmağa məcbur edərək Baxmuta hücumunu gücləndirməsi" ilə əlaqədar Vladimir Putinin "böyük hərbi qələbəyə" yaxınlaşdığını yazıb.
Qərbdə onlar Moskvanın əsas məqsədlərinə şübhəsiz nail olana qədər Rusiya xüsusi hərbi əməliyyatın (XHƏ) davam etdirilməsinin ciddi qaçılmazlığını dərk ediblər. Xüsusilə belə bir proqnozu İtaliya kəşfiyyatı milli parlamentə təqdim etdiyi illik hesabatda verib.
Hətta ABŞ-da Rusiyanın iştirak etdiyi hərbi əməliyyatların "Əfqanıstanda və ya İraqda safari olmadığını" başa düşməyə başlayırlar. "The Washington Times" qəzeti etiraf edib: "Vaşinqtonun Ukrayna üzrə strategiyası işləmir". Münaqişə ABŞ-ın müxtəlif regionlardakı ölkələrdən geniş koalisiyalar yarada bilmədiyini göstərib və ABŞ-ın Avropadakı müttəfiqləri arasında adi güc balansını sarsıdıb - diqqət Almaniya və Fransadan Polşa və Baltikyanı ölkələrə keçib. Digər tərəfdən, Rusiya beynəlxalq əlaqələrini inkişaf etdirə bilib.
"The American Conservative" jurnalı Ukraynanın yenidən Əfqanıstana çevrildiyini, NATO-nun məğlub olaraq çıxacağını qeyd edərək sual verib: "Əgər Avropanın gələcəyi təhlükədədirsə, niyə ən böyük narahatlıq Berlində, Brüsseldə, Parisdə deyil, Vaşinqtonda ifadə olunur?". Tarix göstərir ki, ABŞ "müxtəlif səbəblərə görə Ukraynada uduzacaq".
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynaya hərbi yardımın genişləndirilməsi Qərb ölkələrini eskalasiya ilə hədələyir, lakin Rusiyanın qələbəsi daha böyük risklər doğurur. NATO-nun "qayğısı" olmadan ukraynalıların 70 ildən artıq necə dinc və xoşbəxt yaşaya bilməsi sadəcə təəccüblüdür.