CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nə qədər iş yeri açılıb və bağlanıb - STATİSTİKA

© Depositphotos.com / Fizkesİki kişi və qadın
İki kişi və qadın - Sputnik Azərbaycan, 1920, 02.03.2023
Abunə olmaq
Ölkəmizdə keçən il yeni iş yerlərinin 80 faizi Bakı şəhərində yaradılıb. Yeni iş yerlərinin əksəriyyəti qeyri-dövlət sektorunda açılıb.
BAKI, 2 mart — Sputnik. Azərbaycanda ötən il yeni iş yerlərinin sayı artmaqla yanaşı, bağlanan iş yerlərinin sayı da artıb. Yeni açılmış iş yerlərinin əksəriyyəti Bakı şəhərinin payına düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il Azərbaycanda 71,3 min yeni iş yerləri açılıb. Yeni iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 80,2 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 19,2 faizi digər regionların, o cümlədən 3,3 faizi Abşeron-Xızı, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,0 faizi Şirvan-Salyan, 1,7 faizi Gəncə-Daşkəsən, 1,3 faizi Qarabağ, 1,3 faizi Qazax-Tovuz, 1,3 faizi Lənkəran-Astara, 1,2 faizi Mərkəzi Aran, 0,9 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 8,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 23,7 faizi tikinti, 16,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 10,7 faizi emal sənayesi, 8,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,2 faizi peşə, elmi və texniki fəaliyyət, 5,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,1 faizi təhsil, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi informasiya və rabitə, 10,2 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
CC0 / rawpixel / Businessmenİş adamı, arxiv şəkli
Бизнесмены, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.03.2023
İş adamı, arxiv şəkli
2022-ci ildə ölkədə 11,9 min iş yeri bağlanıb
Bununla yanaşı, 2022-ci il ərzində ölkədə 11,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 39,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 57,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
2021-ci ildə 69 min yeni iş yerləri açılıb
Xatırladaq ki, 2021-ci il ərzində ölkədə 69,0 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 88,8 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 77,1 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 22,3 faizi digər regionların, o cümlədən 4,7 faizi Abşeron-Xızı, 3,8 faizi Gəncə-Daşkəsən, 2,3 faizi Lənkəran-Astara, 2,2 faizi Quba-Xaçmaz, 2,0 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Şirvan-Salyan, 1,3 faizi Mərkəzi Aran, 1,0 faizi Qarabağ, 1,0 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 10,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2,1 faizi isə digər tədbirlər üzrə yaradılıb.
2021-ci ildə 11,6 min iş yeri bağlanıb
Bununla yanaşı, 2021-ci il ərzində ölkədə 11,6 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 30,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 32,0 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 68,0 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0