https://sputnik.az/20230301/toyuq-eti-ve-yumurta-bahalasmayacaq---murvet-hesenli-452241149.html
Toyuq əti və yumurta bahalaşmayacaq - Mürvət Həsənli
Toyuq əti və yumurta bahalaşmayacaq - Mürvət Həsənli
Sputnik Azərbaycan
Assosiasiyanın sədri qeyd edib ki, dövlət başçısının son fərmanı ilə quşçuluq sahəsində istifadə olunan mühüm dərman preparatlarının idxalı da ƏDV-dən azad... 01.03.2023, Sputnik Azərbaycan
2023-03-01T09:31+0400
2023-03-01T09:31+0400
2023-03-01T09:31+0400
toyuq əti
iqtisadiyyat
yumurta
istehsal
bahalaşma
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821494_0:111:3132:1873_1920x0_80_0_0_ee365ccc4ba5f221add0615334bcb339.jpg
BAKI, 1 mart — Sputnik. Azərbaycanda toyuq ətinin və süfrə yumurtasının qiymətlərində stabilləşmə müşahidə edilir. Qeyd edək ki, bu məhsulların bahalaşmasının qarşısını almaq üçün ötən il bir sıra tədbirlər həyata keçirilib. Bəs, növbəti aylarda bu məhsulların qiymətləri necə olacaq? Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, quşçuluq sahəsində yerli istehsalın qlobal bazarlardan qaynaqlanan bahalaşmadan qorunması, bununla da ölkə daxilində qiymətlərin artmasının qarşısının alınması üçün 2022-ci il ərzində bir sıra mühüm addımlar atılıb. Yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib O diqqətə çatdırıb ki, 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərar ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin 30 iyun tarixli "Satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı"nın təsdiq olunmasına dair qərarına əsasən 72 növdə yem və yem əlavələrinin satışı ƏDV-dən azad olunub. Daha sonra Prezident İlham Əliyev iyulun 1-də "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb. Bu fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarının idxalı da ƏDV-dən azad edilib. O qeyd edib ki, yemlərin idxalının ƏDV-dən azad olunması müddəti 1 yanvar 2023-cü ilədək, yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddəti isə 31 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdi. Lakin heyvandarlıq və quşçuluq sektorunda fəaliyyət göstərən müəssisələrin xahişini nəzərə alaraq Nazirlər Kabineti bu ilin fevralın 7-də yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddətini 2023-cü ilin sonunadək uzadıb. 2023-cü il fevralın 27-də isə Prezident İlham Əliyevin fərmanı ilə həmin məhsulların idxalının ƏDV-dən azad olunması müddəti 2024-cü ilin 1 yanvarına qədər artırılıb. Bu addımlar məhsulların maya dəyərinin artmasının qarşısını alacaq M.Həsənli bildirib ki, bu addımlar istehsal olunan məhsulların maya dəyərinin artmasının qarşısını alacaq: "2022-ci ildə qlobal bazarlarda qeydə alınan qiymət artırıcı proseslər Azərbaycana ciddi təsir edib. Azərbaycan hökuməti bu təsirləri yumşaltmaq məqsədilə bir sıra addımlar atıb - yem və yem əlavələrinin idxalı gömrük rüsumları və ƏDV-dən, ölkədə satışı ƏDV-dən azad edilib. Bu addımlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Hazırda yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir". Onun sözlərinə görə, quşçuluq təsərrüfatları ötən ilin payızında əlverişli bazar konyukturasını nəzərə alaraq quş əti və yumurtanın qiymətini xeyli dərəcədə endirməyə nail olublar: "Bu qiymət səviyyəsinin davam etməsi üçün dövlətin tətbiq etdiyi dəstək mexanizmlərinin bu il də qüvvədə olması vacib amil idi. Biz də bunu nəzərə alaraq, müvafiq dövlət qurumlarına müraciət etmişdik. Müraciətimizin müsbət qarşılanması göstərir ki, Azərbaycan dövləti üçün başda Prezident olmaqla, daxili bazarı inflyasiya yaradan amillərin təsirindən qorumaq, əhalinin xərclərinin artmasının qarşısını almaq ən ümdə məsələlərdən biri olaraq qalır". Dərman preparatlarının idxalı da ƏDV-dən azad edilib M.Həsənli həmçinin qeyd edib ki, dövlət başçısının son fərmanı ilə quşçuluq sahəsində istifadə olunan mühüm dərman preparatlarının idxalı da ƏDV-dən azad edilib: "Bu, quşçuluq təsərrüfatlarının xərclərinin azaldılması baxımından ciddi addımdır. Quşçuluq təsərrüfatları adından, müvafiq dövlət qurumlarına, xüsusilə də Prezidentə bu dəstəyə görə minnətdarlığımızı bildirirəm". "2023-cü ilin sonuna kimi toyuq əti və süfrə yumurtasının qiymətinin bahalaşması ehtimalı yoxdur", - deyə o, diqqətə çatdırıb. Toyuq əti və yumurtanın qiyməti sabitdir Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin dekabr ayında yerli toyuq ətinin 1 kiloqramının orta qiyməti 5,78 manat olub. Bu ilin yanvar ayında yerli toyuq ətinin qiymətində dəyişiklik olmayıb və əvvəlki qiymətində qalıb. Yanvar və dekabr aylarında toyuq yumurtasının 10 ədədi 2,17 manata olub. Bu da son iki ayda yumurtanın qiymətində dəyişikliyin olmadığını göstərir. Yumurta istehsalı artıb Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar ayında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 45,6 min ton ət, 182,1 milyon ədəd yumurta istehsal edilib. 2022-ci ilin yanvar ayına nisbətən ət istehsalı 2,8 faiz, yumurta istehsalı 16 faiz artıb. 2022-ci ildə isə 2021-ci illə müqayisədə yumurta istehsalı 9,8 faiz artaraq 2 milyard 18,1 milyon ədəd olub. Ötən il quşçuluq müəssisələrində diri çəkidə 78,6 min ton quş əti və 880,0 milyon ədəd yumurta istehsal olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821494_244:0:2889:1984_1920x0_80_0_0_bab7ae7b52eb2e25e07c66befecd8a81.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
toyuq əti, yumurta, istehsal, bahalaşma
toyuq əti, yumurta, istehsal, bahalaşma
Toyuq əti və yumurta bahalaşmayacaq - Mürvət Həsənli
Assosiasiyanın sədri qeyd edib ki, dövlət başçısının son fərmanı ilə quşçuluq sahəsində istifadə olunan mühüm dərman preparatlarının idxalı da ƏDV-dən azad edilib. Bu, quşçuluq təsərrüfatlarının xərclərinin azaldılması baxımından ciddi addımdır.
BAKI, 1 mart — Sputnik. Azərbaycanda toyuq ətinin və süfrə yumurtasının qiymətlərində stabilləşmə müşahidə edilir.
Qeyd edək ki, bu məhsulların bahalaşmasının qarşısını almaq üçün ötən il bir sıra tədbirlər həyata keçirilib. Bəs, növbəti aylarda bu məhsulların qiymətləri necə olacaq?
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, quşçuluq sahəsində yerli istehsalın qlobal bazarlardan qaynaqlanan bahalaşmadan qorunması, bununla da ölkə daxilində qiymətlərin artmasının qarşısının alınması üçün 2022-ci il ərzində bir sıra mühüm addımlar atılıb.
Yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib
O diqqətə çatdırıb ki, 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərar ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin 30 iyun tarixli "Satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı"nın təsdiq olunmasına dair qərarına əsasən 72 növdə yem və yem əlavələrinin satışı ƏDV-dən azad olunub. Daha sonra Prezident İlham Əliyev iyulun 1-də "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb. Bu fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarının idxalı da ƏDV-dən azad edilib.
O qeyd edib ki, yemlərin idxalının ƏDV-dən azad olunması müddəti 1 yanvar 2023-cü ilədək, yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddəti isə 31 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdi. Lakin heyvandarlıq və quşçuluq sektorunda fəaliyyət göstərən müəssisələrin xahişini nəzərə alaraq Nazirlər Kabineti bu ilin fevralın 7-də yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddətini 2023-cü ilin sonunadək uzadıb. 2023-cü il fevralın 27-də isə Prezident İlham Əliyevin fərmanı ilə həmin məhsulların idxalının ƏDV-dən azad olunması müddəti 2024-cü ilin 1 yanvarına qədər artırılıb.
Bu addımlar məhsulların maya dəyərinin artmasının qarşısını alacaq
M.Həsənli bildirib ki, bu addımlar istehsal olunan məhsulların maya dəyərinin artmasının qarşısını alacaq: "2022-ci ildə qlobal bazarlarda qeydə alınan qiymət artırıcı proseslər Azərbaycana ciddi təsir edib. Azərbaycan hökuməti bu təsirləri yumşaltmaq məqsədilə bir sıra addımlar atıb - yem və yem əlavələrinin idxalı gömrük rüsumları və ƏDV-dən, ölkədə satışı ƏDV-dən azad edilib. Bu addımlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Hazırda yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir".
Onun sözlərinə görə, quşçuluq təsərrüfatları ötən ilin payızında əlverişli bazar konyukturasını nəzərə alaraq quş əti və yumurtanın qiymətini xeyli dərəcədə endirməyə nail olublar: "Bu qiymət səviyyəsinin davam etməsi üçün dövlətin tətbiq etdiyi dəstək mexanizmlərinin bu il də qüvvədə olması vacib amil idi. Biz də bunu nəzərə alaraq, müvafiq dövlət qurumlarına müraciət etmişdik. Müraciətimizin müsbət qarşılanması göstərir ki, Azərbaycan dövləti üçün başda Prezident olmaqla, daxili bazarı inflyasiya yaradan amillərin təsirindən qorumaq, əhalinin xərclərinin artmasının qarşısını almaq ən ümdə məsələlərdən biri olaraq qalır".
Dərman preparatlarının idxalı da ƏDV-dən azad edilib
M.Həsənli həmçinin qeyd edib ki, dövlət başçısının son fərmanı ilə quşçuluq sahəsində istifadə olunan mühüm dərman preparatlarının idxalı da ƏDV-dən azad edilib: "Bu, quşçuluq təsərrüfatlarının xərclərinin azaldılması baxımından ciddi addımdır. Quşçuluq təsərrüfatları adından, müvafiq dövlət qurumlarına, xüsusilə də Prezidentə bu dəstəyə görə minnətdarlığımızı bildirirəm".
"2023-cü ilin sonuna kimi toyuq əti və süfrə yumurtasının qiymətinin bahalaşması ehtimalı yoxdur", - deyə o, diqqətə çatdırıb.
Toyuq əti və yumurtanın qiyməti sabitdir
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin dekabr ayında yerli toyuq ətinin 1 kiloqramının orta qiyməti 5,78 manat olub. Bu ilin yanvar ayında yerli toyuq ətinin qiymətində dəyişiklik olmayıb və əvvəlki qiymətində qalıb.
Yanvar və dekabr aylarında toyuq yumurtasının 10 ədədi 2,17 manata olub. Bu da son iki ayda yumurtanın qiymətində dəyişikliyin olmadığını göstərir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar ayında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 45,6 min ton ət, 182,1 milyon ədəd yumurta istehsal edilib. 2022-ci ilin yanvar ayına nisbətən ət istehsalı 2,8 faiz, yumurta istehsalı 16 faiz artıb.
2022-ci ildə isə 2021-ci illə müqayisədə yumurta istehsalı 9,8 faiz artaraq 2 milyard 18,1 milyon ədəd olub. Ötən il quşçuluq müəssisələrində diri çəkidə 78,6 min ton quş əti və 880,0 milyon ədəd yumurta istehsal olunub.