https://sputnik.az/20230301/terter-isi-ile-bagli-heqiqete-uygun-olmayan-informasiyalar-yayilib---bas-prokurorluq-452284212.html
"Tərtər işi" ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb - Baş Prokurorluq
"Tərtər işi" ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb - Baş Prokurorluq
Sputnik Azərbaycan
Qurumdan bildirilib ki, paylaşılan məlumatlarda istintaq olunmuş 3 cinayət işi üzrə zərərçəkmiş şəxslərin sayı 700 nəfər göstərilsə də, həmin hadisələrə dair 2... 01.03.2023, Sputnik Azərbaycan
2023-03-01T17:52+0400
2023-03-01T17:52+0400
2023-03-01T17:52+0400
tərtər işi
cəmiyyət
baş prokurorluq
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168662_0:370:2785:1936_1920x0_80_0_0_97314edfde9428e45121d9a6346ac8e4.jpg
BAKI, 1 mart — Sputnik. "Bəzi sosial media səhifələrində şərti olaraq "Tərtər işi" adlandırılan cinayət işinə dair həqiqətə uyğun olmayan informasiyalar yayılıb". Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib. O da bildirilib ki, qeyd edilən cinayət işləri üzrə 9 nəfər təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş digər şəxslər və cinayət xarakterli xüsusatlar üzrə cinayət təqibi davam etdirilir: Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub.Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168662_0:0:2581:1936_1920x0_80_0_0_c06a66e4919605540215642e6883a3f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
tərtər işi, baş prokurorluq
tərtər işi, baş prokurorluq
"Tərtər işi" ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb - Baş Prokurorluq
Qurumdan bildirilib ki, paylaşılan məlumatlarda istintaq olunmuş 3 cinayət işi üzrə zərərçəkmiş şəxslərin sayı 700 nəfər göstərilsə də, həmin hadisələrə dair 2 cinayət işi üzrə 452 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
BAKI, 1 mart — Sputnik. "Bəzi sosial media səhifələrində şərti olaraq "Tərtər işi" adlandırılan cinayət işinə dair həqiqətə uyğun olmayan informasiyalar yayılıb". Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
"Paylaşılan məlumatlarda istintaq olunmuş 3 cinayət işi üzrə zərərçəkmiş şəxslərin sayı 700 nəfər göstərilsə də, bildiririk ki, həmin hadisələrə dair 2 cinayət işi üzrə 452 nəfər zərərçəkmiş şəxs qismində tanınıb", - deyə məlumatda bildirilir.
O da bildirilib ki, qeyd edilən cinayət işləri üzrə 9 nəfər təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş digər şəxslər və cinayət xarakterli xüsusatlar üzrə cinayət təqibi davam etdirilir:
"Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən dövlət qurumları ilə dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur".
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.