İstanbul rəhbərliyi metroda səhra xəstəxanaları yerləşdirməyə hazırdır
21:51 01.03.2023 (Yenilənib: 13:46 03.03.2023)
© AP Photo / Emrah Gurelİstanbula mənzərə
© AP Photo / Emrah Gurel
Abunə olmaq
Pelin Alpkökin qeyd edib ki, 2021-ci ildə başlanan metro estakadalarının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.
BAKI, 1 mart — Sputnik. İstanbul metrosu zəlzələ baş verəcəyi təqdirdə ən təhlükəsiz yerlərdən biridir, metro stansiyalarında səhra xəstəxanalarının yerləşdirilməsi planları hazırlanıb. Bu barədə İstanbul bələdiyyə baş katibinin köməkçisi Pelin Alpkökin bildirib.
İstanbul meri Əkrəm İmamoğlu bələdiyyənin zəlzələyə hazırlıqla bağlı planlarının təqdimatında deyib ki, təbii fəlakətin nə vaxt baş verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil.
"Zəlzələ baş verəcəyi təqdirdə İstanbuldakı metropoliten sistemi ən etibarlı və təhlükəsiz yerdir. O təcili havalandırma, müxtəlif təxliyə sistemləri ilə təchiz olunub və bütün bunlar beynəlxalq standartlara cavab verir", - deyə Alpkökin bildirib.
İstanbul bələdiyyə baş katibinin köməkçisi bildirib ki, təbii fəlakətdən sonra stansiyalar zərərçəkənlərin yerləşdirilməsi üçün logistik mərkəz kimi istifadəyə hazırdır:
"Biz təcili hallarda stansiyalarda səhra xəstəxanalarının yerləşdirilməsi məqsədilə proseslərin rəqəmsallaşdırılması üzərində çalışırıq".
Onun sözlərinə görə, 2021-ci ildə başlanan metro estakadalarının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.
© Photo : Baku Metro Closed Joint-Stock Company“Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı Türkiyənin İstanbul metrosunda, arxiv şəkli
“Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı Türkiyənin İstanbul metrosunda, arxiv şəkli
© Photo : Baku Metro Closed Joint-Stock Company
Bu yaxınlarda məlum olub ki, İstanbul Universitetinin Tibb fakültəsinin binalarının əhəmiyyətli hissəsi yoxlamalar zamanı onların seysmik dayanıqlığının kifayət qədər olmadığı aşkar edildikdən sonra istismardan çıxarılacaq, təcili yardım və pediatriya istisna olmaqla, bütün əməliyyatlar və xəstələrin qəbulu dayandırılacaq. Analoji qərar Kağıthanə rayonundakı dövlət xəstəxanasına da şamil edilib.
İstanbul Bələdiyyə sədri keçən həftə təxminən 10 min nəfər əhalisi olan ən yüksək çökmə riski olaraq təsnif edilən ilk 318 binanın sökülməsinə başlayıb. Həmçinin risk altında olan 93 məktəbdən olan təxminən 52,000 şagird də təhlükəsiz binalara köçürülüb.
Türkiyənin seysmologiya üzrə professoru Halük Eyidoğan RİA Novosti-yə bildirib ki, alimlərin bir neçə ildir ki, Mərmərə dənizi bölgəsində proqnozlaşdırdıqları dağıdıcı zəlzələ təkcə İstanbula deyil, eyni zamanda ümumi əhalisi 25 milyondan çox olan daha altı vilayətə də təhlükə yaradır.
O qeyd edib ki, zəlzələ riski ümumiyyətlə yüksəkdir, çünki Şimali Anadolu qırağının qollarından biri məhz İstanbul sahillərində Mərmərə dənizindən keçir.
İstanbul Bələdiyyəsinin və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin apardığı tədqiqata əsasən nəticələri 2008-ci ildə açıqlanan araşdırmaya görə, 2030-cu ilə qədər İstanbulda 7,5-7,7 bal gücündə zəlzələ gözlənilir. Proqnozlaşdırılan qurbanların sayı 70-90 min nəfər ola bilər, 1 milyondan çox insan evsiz qala bilər.
İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlu fevralın 10-da bildirib ki, İstanbulda güclü zəlzələ baş verəcəyi təqdirdə ən azı 90 min bina yüksək risk altındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.