Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Rusiya məhsulları Azərbaycanda sevilir - RF biznes missiyası

Abunə olmaq
Rusiya Federasiyasının biznes missiyası Azərbaycandan olan potensial tərəfdaşlara Rusiya məhsullarının dequstasiya dəstlərini yerindəcə sınaqdan keçirmək imkanı yaradıb.
BAKI, 1 mart — Sputnik. Bakıda Rusiya İxrac Mərkəzi (RİM) və Rusiya Federasiyasının Ticarət Nümayəndəliyinin dəstəyi ilə qida məhsulları istehsalçılarının biznes missiyası keçirilir.
Martın 2-dək davam edəcək tədbirdə Azərbaycan bazarına çıxmağı və ya ölkədə mövcudluğunu genişləndirməyi planlaşdıran Rusiya şirkətləri öz məhsullarını təqdim edirlər.
Potensial biznes partnyorları nəinki Rusiya şirkətləri ilə yerindəcə tanış ola, həm də biznes missiyasının iştirakçılarının təqdim etdiyi məhsullardan yerli aşpazların hazırladığı dequstasiya dəstlərinin dadına baxa biliblər.

"Bu dəfə biz ənənəvi işgüzar görüşlərə əlavə olaraq yerli aşpazlar tərəfindən Rusiya şirkətlərinin məhsullarından hazırlanan yeməklərin dequstasiyasını da daxil etməklə biznes missiyasının biznes proqramını şaxələndirmək qərarına gəldik. Tədbirin seçilmiş formatı, şübhəsiz ki, azərbaycanlı tərəfdaşlarımıza Rusiyanın qida məhsullarını daha yaxından tanımağa kömək edəcək", - deyə RİM-in beynəlxalq inkişaf üzrə direktoru Dmitri Yakovlev bildirib.

O qeyd edib ki, işgüzar missiyanın formatı Rusiya ixracatçılarına öz məhsullarının rəqabət üstünlükləri barədə yeni üsulla danışmağa imkan verir ki, bu da "Made in Russia" məhsullarının Azərbaycan bazarında təşviqi perspektivlərini genişləndirir.
Rusiyanın Bakıdakı ticarət nümayəndəsi Ruslan Mirsayapovun sözlərinə görə, Azərbaycanda Rusiya məhsullarını sevir, yüksək qiymətləndirir və rus istehsalçılarının mallarının keyfiyyətini bilirlər.
"Azərbaycan bazarı çox rəqabətlidir, lakin Rusiya İxrac Mərkəzinin Bakıdakı nümayəndəliyi və Rusiya Federasiyasının Ticarət Nümayəndəliyi hər zaman Rusiya biznesinə kömək etməyə və maksimum köməklik göstərməyə hazırdır", - deyə Mirsayapov bildirib.
Rusiya Federasiyasının ən böyük holdinqlərindən birinin ixrac satışı üzrə direktoru İqor Tsarakov "Sputnik Azərbaycan"a bildirib ki, holdinqin tərkibinə altı istehsal və logistika şirkəti daxildir.

"Holdinq şaquli inteqrasiya olunmuş müəssisədir. Bu gün biz 27 ölkəyə məhsul ixrac edirik. Bizim öz istehsalımız var - ən yüksək keyfiyyətli bərk buğdadan məhsul istehsal edən makaron fabriki", - deyə Tsarakov bildirib.

Şirkət nümayəndəsi onu da bildirib ki, çərşənbə günü Azərbaycandakı distribyutorla daha bir müqavilə imzalanacaq.
Sankt-Peterburq tortlar, desertlər və makaron istehsalı fabrikinin nümayəndəsi İvet Zuber agentliyə bildirib ki, bu, Rusiyada belə desertlər istehsal edən ilk müəssisədir.
"Biz yeni tərəfdaşlar tapmaq üçün gəlmişik, çünki Azərbaycan bazarını ən perspektivli və maraqlı bazarlardan biri hesab edirik. Ümid edirik ki, burada uzun müddətə tərəfdaşlar tapa biləcəyik", - Zuber paylaşımında belə yazıb.
Samaradan olan makaron istehsalçısının nümayəndəsi Aleksandr Lukyanov öz növbəsində qeyd edib ki, biznes missiyası üçün şirkətin brend məhsulları, eləcə də qənnadı sənayesi, restoran və kafelər üçün mallar təqdim olunub.
"Şirkətimiz qarğıdalı çubuqları, səhər yeməyi taxılları, şirniyyatlar istehsal edir. Burada 100-ə yaxın məhsul təqdim olunur", - deyə Lukyanov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0