CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

RF-lə Azərbaycan arasında quru sərhəd açılmalıdır - Turizm böyük məbləğdə qazanc itirir

© Sputnik / Zarina OrudzhalievaAzərbaycan-Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi - Sputnik Azərbaycan, 1920, 01.03.2023
Abunə olmaq
Natiq Cəfərli bildirib ki, may ayından başlayaraq Rusiyadan Azərbaycana uçuşların sayı artmalıdır.
BAKI, 1 mart — Sputnik. Rusiyada bu yay istirahətlərini özləri planlaşdıran turistlər Soçi, Bakı və İstanbulda dincəlmək qərarına gəliblər. Tutu.ru portalının apardığı sorğuya görə, rusiyalılar artıq yay üçün aktiv şəkildə reyslər bron edirlər. Xarici ölkələrə səyahət etmək istəyən rusiyalılar üç şəhəri - Bakı, Antalya və İstanbulu seçirlər. Səyahətçilər paytaxtın hava qovşağından bu şəhərlərə uçmağı planlaşdırırlar.
Bəs görəsən, Azərbaycan rusiyalı turistlərin daha çox marağını cəlb etmək üçün hansı addımları atmalıdır?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan turizmdən daha çox gəlir götürmək istəyirsə, mütləq quru sərhədləri açmalıdır. Həmsöhbətimiz bildirir ki, Gürcüstan ötən il Azərbaycandan altı dəfə çox turist qəbul edib. N.Cəfərli bildirib ki, Azərbaycanla Rusiya arasında quru sərhədlərin bağlanması turist axınına mane olur.
Onun sözlərinə görə, hava yolu nəqliyyatının baha olması səbəbindən istirahət üçün Azərbaycanı seçən turistlər istiqamətlərini dəyişdirmək məcburiyyətində qalırlar:

"Rusiyadan Azərbaycana hava yolu ilə 27 reys həyata keçirilsə də, qiymətlər çox bahadır. Quru sərhədlərin bağlı olduğu dövrdə turistlər hava nəqliyyatından asılı vəziyyətdə qalırlar. Əgər quru sərhədləri açsalar, bu hava nəqliyyatında qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq. Hazırkı şəraitdə isə AZAL qiymətləri diktə edir. Nəticədə zərər Azərbaycana, Azərbaycan turizminə dəyir".

N.Cəfərli qeyd edib ki, Rusiyanın başqa şirkətlərinə də reyslər üçün imkanlar yaradılmalıdır.
"May ayından başlayaraq Rusiyadan Azərbaycana uçuşların sayı artmalıdır. Azərbaycanda hava nəqliyyatının baha olması turistlərin Türkiyəyə üstünlük verməsinə gətirib çıxardır", - deyə iqtisadçı bildirib.
N.Cəfərli bildirib ki, Azərbaycanda qiymətlər Gürcüstandan azı iki dəfə bahadır.
Qeyd edək ki, Moskva-Bakı reysi üzrə uçuş qiyməti 27841 rubldur. Moskva-İstanbul reysi üzrə isə bu qiymət 23500 rubl təşkil edir.
Xəbər lenti
0