Qanunsuz ov edən əcnəbilər saxlanılıblar
11:18 01.03.2023 (Yenilənib: 11:23 01.03.2023)
© AFP 2024 / LIONEL BONAVENTUREOvçu, arxiv şəkli
© AFP 2024 / LIONEL BONAVENTURE
Abunə olmaq
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Khaled Vkhsa Alzaid və Ahmad Fmf Aloudah olduğu müəyyən edilib.
BAKI, 1 mart — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İmişli rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıblar.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Khaled Vkhsa Alzaid və Ahmad Fmf Aloudah olduğu müəyyən edilib.
B.Məhəmmədov bildirib ki, faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Ov qaydaları
ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü;
ovçu - ovçuluq fəaliyyətini həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs;
ov aləti - həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələri;
brakonyerlik - qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulması ilə ov aparılması və təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan vəhşi heyvanların hər hansı vasitə ilə icazəsiz ovlanması.
Azərbaycan Respublikasının ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin həyata keçirilməsi, habelə ov obyektlərinin mühafizəsi, artırılması və istifadəsi "Ovçuluq haqqında" qanunla nizamlanır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarına əsasən Azərbaycan Respublikası ərazisində ov edərkən aşağıdakılar qadağandır:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə ov etmək;
Ovçuluq bileti və ov etmək üçün icazə olmadan ov etmək;
Ov yerlərində heyvanlar arasında qorxulu yoluxucu xəstəliklər baş verdikdə ov etmək;
Başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə etməklə ov etmək;
Ov üçün verilmiş icazədə göstərilməyən yerdə ov etmək;
Ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədən ov etmək;
Ov üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov etmək;
Daxili işlər orqanlarının xüsusi icazəsi olmayan silahlardan istifadə etmək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.