CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qadınlara qarşı zorakılıqla mübarizədə Avropa İttifaqı Azərbaycanla sıx əməkdaşlıq edir"

© Sputnik / Zulfiyya GuluyevaMəişət zorakılığına məruz qalmış qadınların sığınacağı
Məişət zorakılığına məruz qalmış qadınların sığınacağı - Sputnik Azərbaycan, 1920, 01.03.2023
Abunə olmaq
Diplomat vurğulayıb ki, biz dövlət orqanları ilə yanaşı, həm də bu məsələdə çox mühüm rolu olan vətəndaş cəmiyyəti ilə birlikdə işləyirik, qadınlara qarşı zorakılığın qarşısının alınmasına və dəhşətli halların kökünün kəsilməsinə yardım etməyə çalışırıq.
BAKI, 1 mart — Sputnik. "Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması və bu istiqamətdə məlumatlılığın artırılması ilə bağlı Azərbaycanla intensiv işləyirik". Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
Diplomat bildirib ki, gender bərabərliyi və qadınlara qarşı zorakılıq hallarının məhdudlaşdırılması ilə bağlı İstanbul Konvensiyası önəmli sənəddir. İstanbul Konvensiyası standartların etalonudur.
Diplomat vurğulayıb ki, qadınlara qarşı zorakılıqla mübarizə hallarının aradan qaldırılması ilə bağlı Aİ Azərbaycanla çox sıx əməkdaşlıq edir: "Biz dövlət orqanları ilə yanaşı, həm də bu məsələdə çox mühüm rolu olan vətəndaş cəmiyyəti ilə birlikdə işləyirik, qadınlara qarşı zorakılığın qarşısının alınmasına və bu sahədə maarifləndirilmənin aparılmasına, dəhşətli halların kökünün kəsilməsinə yardım etməyə çalışırıq. Əməkdaşlığımız çox intensivdir və biz buna davam edəcəyik" (APA).
Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib ki, cəmiyyətimiz məişət zorakılığı məsələlərində vahid mövqe sərgiləməlidir.
Komitə sədrinin sözlərinə görə, qadınların məişət zorakılığına məruz qalması məsələlərində komitə digər əlaqədar dövlət qurumları ilə fəaliyyət həyata keçirir: "Konkret faktlarla bağlı məsələlər məqamı gəldikdə açıqlanır. Əmin olun ki, dövlət orqanları bu kimi hadisələrə biganə qalmır və hər kəs öz üzərinə düşəni vəzifəni yerinə yetirməyə çalışır".
Qurum rəhbəri qeyd edib ki, qadınlar və uşaqlar öz evində öz yaxınları tərəfindən zorakılığa məruz qalmamalı, onların həyatına qəsd edilməməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0