Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

QAİ Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsini xahiş edib

© Photo : AZERTAGQərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası
Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası - Sputnik Azərbaycan, 1920, 01.03.2023
Abunə olmaq
İcma həmçinin Avropa İttifaqının Ermənistandakı missiyası ilə insan hüquqları, humanitar məsələlər, mülki şəxslərin qorunması kimi mövzular üzrə əməkdaşlığa hazır olduğunu bildirib.
BAKI, 1 mart — Sputnik. Qərbi Azərbaycan İcması (QAİ) Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə məktub göndərib. İcmadan verilən xəbərə görə, məktubda Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz vətənlərinə qayıtmalarına Avropa İttifaqının dəstək verməsini və Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) bu ölkədən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi sahəsində müvafiq etimad quruculuğu tədbirləri həyata keçirməsini xahiş edilib.
Məktubda Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını təşviq edən səyləri alqışlanmaqla bərabər, davamlı sülhün bərqərar edilməsi üçün Ermənistandan qovulmuş azərbaycanlıların qayıtmalarının zəruri şərti olduğu vurğulanıb.
© AP Photo / Olivier MatthysAvropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, arxiv şəkli
Шарль Мишель, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.03.2023
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, arxiv şəkli
Həmçinin, EUMA-nın mandatının etnik əsasda ayrı-seçkilik olmadan Ermənistanda insan hüquqlarına hörmətin təmin edilməsinə və etimad quruculuğuna dair vəzifələr ehtiva etdiyinə diqqəti çəkən İcma, Missiyanı Ermənistandan qovulmuş azərbaycanlıların hüquq və təhlükəsizliyi ilə məşğul olmağa, o cümlədən, onların öz evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni abidlərini ziyarət edə bilmələrinə şərait yaratmağa çağırıb.
İcma həmçinin Avropa İttifaqının Ermənistandakı missiyası ilə insan hüquqları, humanitar məsələlər, mülki şəxslərin qorunması kimi mövzular üzrə əməkdaşlığa hazır olduğunu bildirib.
Qərbi Azərbaycan İcması
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
Bildirilib ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Məlumat verilib ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
BMT  - Sputnik Azərbaycan, 1920, 31.01.2023
SİYASƏT
Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti BMT sənədi kimi yayılıb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0