Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mədəniyyət Nazirliyində kadr islahatları davam edir

© AP Photo / Sait Serkan Gurbuzməmur
məmur - Sputnik Azərbaycan, 1920, 01.03.2023
Abunə olmaq
Mədəniyyət Nazirliyində Aparat rəhbəri və müşavirlər təyin olunub. Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov, müşavir vəzifələrinə isə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç təyin olunub.
BAKI, 1 mart — Sputnik. Mədəniyyət Nazirliyinə yeni təyinatlar olub. Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin olunub.
Qeyd edək ki, bundan öncə həmin vəzifəni Vüqar Məmmədov icra edirdi. Vüqar Məmmədov ötən ilin aprel ayında təyin olunmuşdu.
Digər əmrlə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç müşavir vəzifələrinə təyin olunublar. Xatırladaq ki, bundan öncə müşavir vəzifəsinə Fuad Məmmədov təyin olunmuşdu.
Məlumat üçün bildirək ki, ötən ilin dekabrında Mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad olunub. Mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0