https://sputnik.az/20230301/medeniyyet-nazirinin-muavini-kim-oldu-452284052.html
Mədəniyyət nazirinin müavini kim oldu?
Mədəniyyət nazirinin müavini kim oldu?
Sputnik Azərbaycan
Mədəniyyət nazirliyində kadr islahatları davam edir. Belə ki, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad... 01.03.2023, Sputnik Azərbaycan
2023-03-01T19:02+0400
2023-03-01T19:02+0400
2023-03-01T20:18+0400
mədəniyyət nazirliyi
mədəniyyət
nazir müavini
sərəncam
https://cdnn1.img.sputnik.az/img/07e7/03/01/452283832_0:0:924:520_1920x0_80_0_0_1d923eceef2d9ab93964ea6a27dbac7c.jpg
BAKI, 1 mart — Sputnik. Səadət Vidadi qızı Yusifova Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.Qeyd edək ki, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Xatırladaq ki, Sevda Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini, Vaqif Əliyev isə Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub. Səadət Yusifova kimdir? 1974-cü ildə anadan olan Səadət Yusifova buna qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdir, daha sonra Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir olub. Hüquq üzrə fəlsəfə doktoru S.Yusifova əvvəllər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. O həmçinin 1998-ci ildə "Hər gün" qəzetində jurnalist kimi fəaliyyət göstərib. Daha sonra BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi işləyib. S.Yusifova 2013-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə medalla da təltif olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/01/452283832_0:0:840:630_1920x0_80_0_0_6f9ebcbf766d4f67d78e43d81ccfab9a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mədəniyyət nazirliyi, nazir müavini, sərəncam
mədəniyyət nazirliyi, nazir müavini, sərəncam
Mədəniyyət nazirinin müavini kim oldu?
19:02 01.03.2023 (Yenilənib: 20:18 01.03.2023) Mədəniyyət nazirliyində kadr islahatları davam edir. Belə ki, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.
BAKI, 1 mart — Sputnik. Səadət Vidadi qızı Yusifova Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Xatırladaq ki, Sevda Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini, Vaqif Əliyev isə Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
1974-cü ildə anadan olan Səadət Yusifova buna qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdir, daha sonra Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir olub. Hüquq üzrə fəlsəfə doktoru S.Yusifova əvvəllər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
O həmçinin 1998-ci ildə "Hər gün" qəzetində jurnalist kimi fəaliyyət göstərib. Daha sonra BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi işləyib.
S.Yusifova 2013-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə medalla da təltif olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.