https://sputnik.az/20230301/fransada-ovladinin-fotolarini-internete-yerlesdiren-sexsler-mesuliyyete-celb-oluna-biler-452288917.html
Fransada övladının fotolarını internetə yerləşdirən şəxslər məsuliyyətə cəlb oluna bilər
Fransada övladının fotolarını internetə yerləşdirən şəxslər məsuliyyətə cəlb oluna bilər
Sputnik Azərbaycan
Fransa uşaqları onların fotolarının internetdə həddindən artıq yayılmasından qorumağa çalışır. Təəssüf ki, əksər hallarda bu, gələcəkdə hansı nəticələrə səbəb... 01.03.2023, Sputnik Azərbaycan
2023-03-01T20:49+0400
2023-03-01T20:49+0400
2023-03-01T21:58+0400
fransa
dünya xəbərləri
uşaq
fotoşəkil
cinsi istismar
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436909660_684:589:2524:1624_1920x0_80_0_0_4873b60121bd34f6b542945c7aea5495.jpg
BAKI, 1 mart — Sputnik. Fhansa Milli assambleyasının hüquq komitəsinin üzvləri uşaqların öz fotoları üzərində hüquqlarının müdafiəsi ilə bağlı qanun layihəsini yekdilliklə qəbul ediblər. Bu barədə "Avropa həqiqəti"i nəşri məlumat yayıb.Qanun layihəsinin təşəbbüskarı olan Prezident Emmanuel Makronun partiyasını təmsil edən deputat Bruno Studer müsahibəsində bildirib ki, "valideynlərə mesaj" uşaqlarının məxfiliyini qorumağın valideynlərin vəzifəsi olmasının çatdırılmasıdır. İtkin düşən və İstismar Edilən Uşaqlar üçün Milli Mərkəzdən verilən məlumata görə, uşaqlara qarşı cinsi zorakılıq törətmiş cinayətkarlar tərəfindən paylaşılan fotoların yarısı ilkin olaraq valideynlər tərəfindən sosial mediada yerləşdirilmiş şəkillərdir. Qanun layihəsinə əsasən, hər iki valideyn övladının foto hüquqlarına görə birgə məsuliyyət daşıyacaq.Valideynlər arasında fikir ayrılığı yarandıqda, hakim onlardan birinə digərinin icazəsi olmadan uşağın fotolarını dərc etməyi qadağan edə bilər.Xüsusi hallarda isə valideynlər "əgər hər iki valideyn tərəfindən uşağın fotosunun yayılması uşağın ləyaqətinə və ya mənəvi tamlığına ciddi təsir edərsə" övladlarının fotolarına aid valideynlik hüquqlarını itirə bilərlər. Qanun layihəsinin qüvvəyə minməsi üçün o, Fransa parlamentinin hər iki palatası tərəfindən təsdiqlənməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436909660_738:603:2440:1879_1920x0_80_0_0_c6ee1f1f144106184bf7a40f7ea9d899.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
fransa, uşaq, fotoşəkil, cinsi istismar
fransa, uşaq, fotoşəkil, cinsi istismar
Fransada övladının fotolarını internetə yerləşdirən şəxslər məsuliyyətə cəlb oluna bilər
20:49 01.03.2023 (Yenilənib: 21:58 01.03.2023) Fransa uşaqları onların fotolarının internetdə həddindən artıq yayılmasından qorumağa çalışır. Təəssüf ki, əksər hallarda bu, gələcəkdə hansı nəticələrə səbəb ola biləcəyini düşünmədən valideynlərin özləri tərəfindən edilir. Bu barədə "Politico" nəşri məlumat yayıb.
BAKI, 1 mart — Sputnik. Fhansa Milli assambleyasının hüquq komitəsinin üzvləri uşaqların öz fotoları üzərində hüquqlarının müdafiəsi ilə bağlı qanun layihəsini yekdilliklə qəbul ediblər. Bu barədə "Avropa həqiqəti"i nəşri məlumat yayıb.
Qanun layihəsinin təşəbbüskarı olan Prezident Emmanuel Makronun partiyasını təmsil edən deputat Bruno Studer müsahibəsində bildirib ki, "valideynlərə mesaj" uşaqlarının məxfiliyini qorumağın valideynlərin vəzifəsi olmasının çatdırılmasıdır.
"Orta hesabla, uşaqların 13 yaşına qədər - hətta onlara hesab yaratmağa icazə verilməmişdən əvvəl sosial mediada 1300 fotoşəkli yayılır" – deyə o, əlavə edib.
İtkin düşən və İstismar Edilən Uşaqlar üçün Milli Mərkəzdən verilən məlumata görə, uşaqlara qarşı cinsi zorakılıq törətmiş cinayətkarlar tərəfindən paylaşılan fotoların yarısı ilkin olaraq valideynlər tərəfindən sosial mediada yerləşdirilmiş şəkillərdir.
Qanun layihəsinə əsasən, hər iki valideyn övladının foto hüquqlarına görə birgə məsuliyyət daşıyacaq.
Valideynlər arasında fikir ayrılığı yarandıqda, hakim onlardan birinə digərinin icazəsi olmadan uşağın fotolarını dərc etməyi qadağan edə bilər.
Xüsusi hallarda isə valideynlər "əgər hər iki valideyn tərəfindən uşağın fotosunun yayılması uşağın ləyaqətinə və ya mənəvi tamlığına ciddi təsir edərsə" övladlarının fotolarına aid valideynlik hüquqlarını itirə bilərlər.
Qanun layihəsinin qüvvəyə minməsi üçün o, Fransa parlamentinin hər iki palatası tərəfindən təsdiqlənməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.