https://sputnik.az/20230301/erdogan-prezident-seckilerinin-tarixinin-deyismeyeceyini-bildirib-452275396.html
Ərdoğan prezident seçkilərinin tarixinin dəyişməyəcəyini bildirib
Ərdoğan prezident seçkilərinin tarixinin dəyişməyəcəyini bildirib
Sputnik Azərbaycan
Türkiyə lideri xalqın mayın 14-də lazım olanı edəcəyinə ümidvar olduğunu dilə gətirib. 01.03.2023, Sputnik Azərbaycan
2023-03-01T15:00+0400
2023-03-01T15:00+0400
2023-03-01T15:00+0400
ərdoğan
dünya xəbərləri
türkiyə
prezident seçkisi
https://cdnn1.img.sputnik.az/img/07e7/01/09/450478849_0:202:2922:1846_1920x0_80_0_0_449b111d928c3067b10df7e541037e92.jpg
BAKI, 1 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin tarixinin dəyişməyəcəyini bildirib. Bu barədə Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib. Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Onu da qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 45 min nəfəri ötüb. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, təbii fəlakət 45 min 89 nəfərin ölümünə səbəb olub. Fevralın 6-da baş verən güclü zəlzələdən sonra indiyə qədər 11 min 20 afterşok qeydə alınıb. Eyni zamanda zəlzələ bölgəsindən 1 milyon 971 min 589 şəxs təxliyə edilib. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 mindən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və on minlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/09/450478849_96:0:2827:2048_1920x0_80_0_0_ff33b81b73a37ecf94353fe5bcf819c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ərdoğan, türkiyə, prezident seçkisi
ərdoğan, türkiyə, prezident seçkisi
Ərdoğan prezident seçkilərinin tarixinin dəyişməyəcəyini bildirib
Türkiyə lideri xalqın mayın 14-də lazım olanı edəcəyinə ümidvar olduğunu dilə gətirib.
BAKI, 1 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin tarixinin dəyişməyəcəyini bildirib.
Bu barədə Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.
"Ümid edirəm ki, bu xalq mayın 14-də lazım olanı edəcək. Dediyimiz hər şeyi etməyə və etdiyimiz hər şeyin hesabını verməyə borcluyuq", - deyə R.T.Ərdoğan qeyd edib.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident seçkilərinin keçirilməsi planlaşdırılır.
Onu da qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 45 min nəfəri ötüb. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, təbii fəlakət 45 min 89 nəfərin ölümünə səbəb olub. Fevralın 6-da baş verən güclü zəlzələdən sonra indiyə qədər 11 min 20 afterşok qeydə alınıb. Eyni zamanda zəlzələ bölgəsindən 1 milyon 971 min 589 şəxs təxliyə edilib.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 mindən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və on minlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.