https://sputnik.az/20230301/cinde-guclu-istehsal-gostericileri-nefti-bahalasdirir-452264042.html
Çində güclü istehsal göstəriciləri nefti bahalaşdırır
Çində güclü istehsal göstəriciləri nefti bahalaşdırır
Sputnik Azərbaycan
Çin iqtisadiyyatı karantin tədbirləri ləğv edildikdən sonra güclü şəkildə bərpa olunmağa doğru hərəkət edir. 01.03.2023, Sputnik Azərbaycan
2023-03-01T12:18+0400
2023-03-01T12:18+0400
2023-03-01T12:18+0400
neft
neft-qaz
qiymət
çin
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449135147_0:123:3202:1924_1920x0_80_0_0_7e1b48072c5d1f9dd70b80ca5ef2d3cc.jpg
BAKI, 1 mart — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,44 dollar artaraq 83,89 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,42 dollar bahalaşaraq 77,47 dollar təşkil edib. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,67 dollar və ya 2% artaraq 85,01 dollar təşkil edib. Qeyd edək ki, neftin bahalaşmasının səbəbi Çində istehsal və xidmət sektorlarında göstəricilərin açıqlanmasıdır. Çində istehsal sektorunda fevral ayında son 11 ilin ən yüksək aylıq artımı qeydə alınıb. Çin iqtisadiyyatı karantin tədbirləri ləğv edildikdən sonra güclü şəkildə bərpa olunmağa doğru hərəkət edir. Çin rəsmiləri daha öncə COVID-19 üzərində "həlledici qələbə" qazandıqlarını elan etmişdilər. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449135147_237:0:2966:2047_1920x0_80_0_0_131f83977a9827b1e5ad96d9b4139c32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, çin
Çində güclü istehsal göstəriciləri nefti bahalaşdırır
Çin iqtisadiyyatı karantin tədbirləri ləğv edildikdən sonra güclü şəkildə bərpa olunmağa doğru hərəkət edir.
BAKI, 1 mart — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,44 dollar artaraq 83,89 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,42 dollar bahalaşaraq 77,47 dollar təşkil edib.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,67 dollar və ya 2% artaraq 85,01 dollar təşkil edib.
Qeyd edək ki, neftin bahalaşmasının səbəbi Çində istehsal və xidmət sektorlarında göstəricilərin açıqlanmasıdır. Çində istehsal sektorunda fevral ayında son 11 ilin ən yüksək aylıq artımı qeydə alınıb. Çin iqtisadiyyatı karantin tədbirləri ləğv edildikdən sonra güclü şəkildə bərpa olunmağa doğru hərəkət edir. Çin rəsmiləri daha öncə COVID-19 üzərində "həlledici qələbə" qazandıqlarını elan etmişdilər.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.