SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Antonio Vitorino ilə görüşdü

© Photo : MFA AzerbaijanCeyhun Bayramov Antonio Vitorino ilə görüşdü
Ceyhun Bayramov Antonio Vitorino ilə görüşdü - Sputnik Azərbaycan, 1920, 01.03.2023
Abunə olmaq
Azərbaycan XİN rəhbəri ölkənin uğurlu miqrasiya siyasəti və bu sahədə aparılmış institusional islahatlar nəticəsində Azərbaycanda miqrasiya məsələlərinin effektiv şəkildə tənzimləndiyini vurğulayıb.
BAKI, 1 mart — Sputnik. Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino ilə görüşüb.
XİN-in məlumatına görə, görüş zamanı Azərbaycan Respublikası və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, beynəlxalq miqrasiya gündəliyində duran məsələlər və bu sahədə gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatı ilə əlaqələrinin inkişafına əhəmiyyət verdiyini bildirən nazir Ceyhun Bayramov ölkənin uğurlu miqrasiya siyasəti və bu sahədə aparılmış institusional islahatlar nəticəsində Azərbaycanda miqrasiya məsələlərinin effektiv şəkildə tənzimləndiyini vurğulayıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verib, məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Bu xüsusda, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" və onun tədbirlər planına uyğun olaraq qarşıda duran məsələlərin icrası haqqında ətraflı söhbət aparılıb.
Həmçinin BMqT-nin qaçqın və məcburi köçkünlərə dəstək tədbirlərində iştirakı, bu sahədə birgə əməkdaşlıq imkanları müzakirə olunub.
İkitərəfli əməkdaşlığın uğurla davam etdiyini bildirən Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino Azərbaycanda miqrasiyanın idarə edilməsi sahəsində görülən işləri alqışlayıb və rəhbərlik etdiyi təşkilatın gələcəkdə də miqrasiya proseslərinin idarə edilməsi sahəsində Azərbaycan hökumətinə dəstəyin davam etdirilməsinə hazır olduğunu ifadə edib. Bu çərçivədə, təşkilatın regional təlim mərkəzinin təsis edilməsinin əhəmiyyətli addım olduğu vurğulanıb.
Görüşdə, həmçinin nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində görülən işlər və təşəbbüslər barədə məlumat verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0