https://sputnik.az/20230301/bu-institutun-direktoru-deyisdi---nazirden-yeni-teyinat-452281805.html
Bu institutun direktoru dəyişdi - Nazirdən yeni təyinat
Bu institutun direktoru dəyişdi - Nazirdən yeni təyinat
Sputnik Azərbaycan
Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Lətif Zeyniyev Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 01.03.2023, Sputnik Azərbaycan
2023-03-01T16:54+0400
2023-03-01T16:54+0400
2023-03-01T16:57+0400
məmur
səhiyyə
təyinat
k.fərəcova adına elmi-tədqiqat pediatriya institutu
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830074_0:312:3000:2000_1920x0_80_0_0_c7a65444f34dcfee4a45e31f06a3ac97.jpg
BAKI, 1 mart — Sputnik. Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib. Sputnik Azərbaycan xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Lətif Zeyniyev Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Qeyd edək ki, Lətif Zeyniyev Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib. 2003-2004-cü illərdə M.Nağıyev adına Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında "Uşaq cərrahiyyəsi" ixtisası üzrə internatura keçib. 2004-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasında əyani aspirantura təhsili alıb. 2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasında assistent kimi çalışıb. 2010-cu ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "Tibb üzrə fəlsəfə doktoru" alimlik dərəcəsini alıb. 2014-2023-cü illərdə Almaniyanın Hannover, Düsseldorf və Ştutqart şəhərlərində uşaq cərrahı olaraq assistent - həkim, mütəxəssis - həkim, baş mütəxəssis - həkim, idarəedici baş mütəxəssis - həkim vəzifələrində fəaliyyət göstərib. Xatırladaq ki,bundan əvvəl İnstituta rəhbərlik tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayevə həvalə edilmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830074_333:0:3000:2000_1920x0_80_0_0_16634c5370ecab82cc74ac5b90b97a51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məmur, təyinat, k.fərəcova adına elmi-tədqiqat pediatriya institutu
məmur, təyinat, k.fərəcova adına elmi-tədqiqat pediatriya institutu
Bu institutun direktoru dəyişdi - Nazirdən yeni təyinat
16:54 01.03.2023 (Yenilənib: 16:57 01.03.2023) Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Lətif Zeyniyev Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
BAKI, 1 mart — Sputnik. Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib. Sputnik Azərbaycan xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Lətif Zeyniyev Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Lətif Zeyniyev Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib. 2003-2004-cü illərdə M.Nağıyev adına Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında "Uşaq cərrahiyyəsi" ixtisası üzrə internatura keçib. 2004-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasında əyani aspirantura təhsili alıb.
2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasında assistent kimi çalışıb. 2010-cu ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "Tibb üzrə fəlsəfə doktoru" alimlik dərəcəsini alıb.
2014-2023-cü illərdə Almaniyanın Hannover, Düsseldorf və Ştutqart şəhərlərində uşaq cərrahı olaraq assistent - həkim, mütəxəssis - həkim, baş mütəxəssis - həkim, idarəedici baş mütəxəssis - həkim vəzifələrində fəaliyyət göstərib.
Xatırladaq ki,bundan əvvəl İnstituta rəhbərlik tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayevə həvalə edilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.