https://sputnik.az/20230301/azerbaycan-musiqicileri-beynelxalq-festivalda-cixis-edibler---vdeo-452278671.html
Azərbaycan musiqiçiləri beynəlxalq festivalda çıxış ediblər - VİDEO
Azərbaycan musiqiçiləri beynəlxalq festivalda çıxış ediblər - VİDEO
Sputnik Azərbaycan
Azərbaycan milli musiqi alətlərində ifalar isə konsertə xüsusi rəng qatıb, milli musiqinin özünəməxsus xüsusiyyətləri yüksək səviyyədə təqdim olunub. 01.03.2023, Sputnik Azərbaycan
2023-03-01T22:46+0400
2023-03-01T22:46+0400
2023-03-01T22:46+0400
musiqi
mədəniyyət
akkord
vyana
caz
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0f/426468045_0:160:3073:1888_1920x0_80_0_0_0f1edfc9e9ad376a3262bcbc9053788c.jpg
BAKI, 1 mart — Sputnik. Azərbaycan musiqiçiləri Vyanada Beynəlxalq Akkordeon Festivalında ilk dəfə konsert proqramı ilə iştirak ediblər. Bu barədə Xalq artisti Ənvər Sadıqov özünün sosial media hesabında məlumat verib. Onun rəhbərlik etdiyi "Qaytağı" instrumental ansamblı festival çərçivəsində Vyana şəhərinin məşhur "Porgy & Bess" caz klubunda konsert verib. Konsertdən öncə elan edilib ki, martın 26-dək keçiriləcək sayca 24-cü Beynəlxalq Akkordeon Festivalı dünyanın müxtəlif ölkələrindən peşəkar və yeni istedadları bir araya gətirir, bir ay boyunca Vyanada müxtəlif məkanlarda konsertlər təşkil edir. Builki festivalın xüsusiyyətlərindən biri isə ilk dəfə olaraq Azərbaycanın bu festivalda təmsil olunmasıdır, uğurlu əməkdaşlıq və dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə xüsusi təşəkkür elan edilib. Vyanada musiqisevərlərin sevimli məkanları sırasında yer alan və anşlaqla keçən konsertdə həmçinin görkəmli caz pianoçusu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab da iştirak edib. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları əsasında hazırlanmış kompozisiyalarla yanaşı, Ənvər Sadıqov və Emil Əfrasiyabın müəllifi olduğu əsərlər də böyük maraqla qarşılanıb. Dahi bəstəkarlar Volfqanq Amadeus Motsart və Üzeyir Hacıbəylinin əsərləri əsasındakı kompozisiya isə alqışlara səbəb olub. Eyni zamanda silahlı münaqişələr və təbii fəlakətlər zamanı həlak olmuş insanlara ithafən ifa edilən "Atama məktub" əsəri kövrək və duyğulu ab-hava yaradıb. Konsertə Azərbaycan bəstəkarları Qara Qarayev və Rauf Hacıyevin əsərlərindən ibarət kompozisiyalar ilə yekun vurulub. Azərbaycan xalq və bəstəkar mahnıları, muğam, klassik, eləcə də caz musiqisinin komponentlərindən ibarət proqram sürəkli alqışlarla qarşılanıb. Konsert "Porgy & Bess" caz klubunun canlı yayım portalı vasitəsilə yayımlanıb, eləcə də "Emap.fm" internet radio kanalı vasitəsilə səsyazısı olaraq qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0f/426468045_170:0:2901:2048_1920x0_80_0_0_3bb16782d7e24f384746dc540f74dbe1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
musiqi, akkord, vyana, caz
musiqi, akkord, vyana, caz
Azərbaycan musiqiçiləri beynəlxalq festivalda çıxış ediblər - VİDEO
Azərbaycan milli musiqi alətlərində ifalar isə konsertə xüsusi rəng qatıb, milli musiqinin özünəməxsus xüsusiyyətləri yüksək səviyyədə təqdim olunub.
BAKI, 1 mart — Sputnik. Azərbaycan musiqiçiləri Vyanada Beynəlxalq Akkordeon Festivalında ilk dəfə konsert proqramı ilə iştirak ediblər.
Bu barədə Xalq artisti Ənvər Sadıqov özünün sosial media hesabında məlumat verib. Onun rəhbərlik etdiyi "Qaytağı" instrumental ansamblı festival çərçivəsində Vyana şəhərinin məşhur "Porgy & Bess" caz klubunda konsert verib.
Konsertdən öncə elan edilib ki, martın 26-dək keçiriləcək sayca 24-cü Beynəlxalq Akkordeon Festivalı dünyanın müxtəlif ölkələrindən peşəkar və yeni istedadları bir araya gətirir, bir ay boyunca Vyanada müxtəlif məkanlarda konsertlər təşkil edir. Builki festivalın xüsusiyyətlərindən biri isə ilk dəfə olaraq Azərbaycanın bu festivalda təmsil olunmasıdır, uğurlu əməkdaşlıq və dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə xüsusi təşəkkür elan edilib.
Vyanada musiqisevərlərin sevimli məkanları sırasında yer alan və anşlaqla keçən konsertdə həmçinin görkəmli caz pianoçusu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab da iştirak edib. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları əsasında hazırlanmış kompozisiyalarla yanaşı, Ənvər Sadıqov və Emil Əfrasiyabın müəllifi olduğu əsərlər də böyük maraqla qarşılanıb. Dahi bəstəkarlar Volfqanq Amadeus Motsart və Üzeyir Hacıbəylinin əsərləri əsasındakı kompozisiya isə alqışlara səbəb olub. Eyni zamanda silahlı münaqişələr və təbii fəlakətlər zamanı həlak olmuş insanlara ithafən ifa edilən "Atama məktub" əsəri kövrək və duyğulu ab-hava yaradıb.
Konsertə Azərbaycan bəstəkarları Qara Qarayev və Rauf Hacıyevin əsərlərindən ibarət kompozisiyalar ilə yekun vurulub. Azərbaycan xalq və bəstəkar mahnıları, muğam, klassik, eləcə də caz musiqisinin komponentlərindən ibarət proqram sürəkli alqışlarla qarşılanıb.
Konsert "Porgy & Bess" caz klubunun canlı yayım portalı vasitəsilə yayımlanıb, eləcə də "Emap.fm" internet radio kanalı vasitəsilə səsyazısı olaraq qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.