DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə və BMT Rusiya məhsullarının bazarlara çıxması üçün Qərbdən zəmanət istəyirlər

© AFP 2023 / NATALIA KOLESNIKOVATaxıl, arxiv şəkli
Taxıl, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.02.2023
Abunə olmaq
Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bir müddət əvvəl Ankaranın Rusiya kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması ilə bağlı Vaşinqtondan zəmanət aldığını bildirib.
BAKI, 28 fevral — Sputnik. Türkiyə və BMT Rusiya kənd təsərrüfatı məhsulları və ammonyakın bazarlara çıxması üçün "dəmir-beton" kimi möhkəm zəmanətlər əldə etməyə çalışır, Qərbin onları ictimaiyyətə açıqlamasını gözləyirlər ki, bu da "taxıl müqaviləsinin" uzadılmasına və effektiv fəaliyyət göstərməsinə kömək edəcək.
Bu barədə "RİA Novosti"yə danışıqlardan məlumatlı mənbə bildirib.
"Taxıl müqaviləsi" martın 18-də başa çatır. Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bir müddət əvvəl Ankaranın Rusiya kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması ilə bağlı Vaşinqtondan zəmanət aldığını bildirib və ABŞ-ı bunu ictimaiyyətə açıqlamağa çağırıb.
"Bəli, biz Qərb ölkələrindən zəmanət almaq istəyirik ki, heç bir maneə (Rusiya məhsullarının və ammonyak istehsalı üzrə) olmayacaq. Hazırda logistika, sığorta və ödəniş baxımından maneələr var. İstərdim ki, Qərb ölkələrindən "dəmir-beton" kimi möhkəm təminatlar alınsın və bu, ictimaiyyətə açıqlansın. Bu, əlbəttə ki, Qara dəniz taxıl təşəbbüsünün maneəsiz işinə kömək edəcək", - deyə agentliyin həmsöhbəti bildirib.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilənin müddəti 2022-ci il noyabrın 18-də başa çatıB, lakin tərəflərdən hər hansı biri etiraz etməsə, 120 gün ərzində - 18 mart tarixinə qədər avtomatik uzadılması nəzərdə tutulub. Rusiya Xarici İşlər Nazirliyi "belə etirazların alınmadığını" bildirib, eyni zamanda qeyd edib ki, Rusiya tərəfi Ukrayna taxılının ixracına dair "Qara dəniz təşəbbüsü"nün müddət və həcmdə heç bir dəyişiklik olmadan texniki uzadılmasına icazə verir.
Taxıl razılaşmasının özü, Rusiyanın ərzaq və gübrə ixracının blokdan çıxarılmasını da əhatə edən paket razılaşmasının tərkib hissəsidir, Moskva məhz bunun tam yerinə yetirilmədiyini qeyd edib. Halbuki, BMT tərəfindən məhdudiyyətlərin aradan qaldırılacağına dair təminatlar verilmişdi.
Xəbər lenti
0