https://sputnik.az/20230228/terrorculugun-maliyyelesdirilmesine-qarsi-mubarize-ucun-muhum-sened-imzalandi-452252691.html
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üçün mühüm sənəd imzalandı
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üçün mühüm sənəd imzalandı
Sputnik Azərbaycan
Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini birgə təhlil edilərək ildə bir dəfə prezidentə məlumat veriləcək. 28.02.2023, Sputnik Azərbaycan
2023-02-28T21:10+0400
2023-02-28T21:10+0400
2023-02-28T21:10+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
prezident ilham əliyevin sərəncamı
https://cdnn1.img.sputnik.az/img/40941/95/409419544_38:0:1000:541_1920x0_80_0_0_6ba9e2ddc943f33a31fadba294c97aa6.jpg
BAKI, 28 fevral — Sputnik. Prezident İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı"nda əksini tapıb. Milli Fəaliyyət Planında icraçı qismində nəzərdə tutulmuş mərkəzi icra hakimiyyəti orqanlarına, publik hüquqi şəxslərə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsın, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Auditorlar Palatasına və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına isə tövsiyə edilib ki: Milli Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq yaradılan Koordinasiya Şurasına (bundan sonra - Koordinasiya Şurası) və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına göndərsinlər; Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il yanvarın 31-dək Koordinasiya Şurasına və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etsinlər. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Koordinasiya Şurasına tövsiyə edilib ki, Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini birgə təhlil edib bu barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər. Koordinasiya Şurasına tövsiyə edilib ki, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Milli Fəaliyyət Planından irəli gələn digər zəruri tədbirlər görsün. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. İxtisaslaşmış struktur bölməsi yaradılacaq və kadr potensialı artırılacaq Fəaliyyət Planına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi 2023-cü il ərzində bu sahədə ixtisaslaşmış işçilərinin say tərkibinin optimallaşdırılması, mütəmadi və hədəfli təlim proqramlarının tətbiqi və işçi heyətinin potensialının gücləndirilməsi işlərini həyata keçirməlidir. Valyutanın bəyan edilməməsini müəyyən etmək üçün transsərhəd əməliyyatlar monitorinq ediləcək Həmçinin bu sənədə görə, valyuta sərvətlərinin bəyan edilməməsinin və ya düzgün bəyan edilməməsinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi cinayətləri və ya predikativ cinayətlərlə əlaqəli olması, yaxud onların müsadirəsi üçün kifayət qədər əsasların mövcudluğunu müəyyən etmək məqsədilə transsərhəd əməliyyatlar üzrə nəticəyönümlü monitorinqlərin həyata keçiriləcək. Sənədə əsasən, monitorinqlər Dövlət Gömrük Komitəsi tərəfindən 2023-cü ilin avqust ayından etibarən mütəmadi həyata keçiriləcək. Azərbaycanda birdəfəlik əməliyyatların monitorinqi mexanizmi qurulacaq Eyni zamanda Azərbaycanda imzalanmış sənədlə birdəfəlik əməliyyatların monitorinqi mexanizmi qurulacaq. Maliyyə Monitorinqi Xidməti 2023-cü ilin avqustunadək öhdəlik daşıyan şəxslərin fəaliyyət xüsusiyyətlərindən asılı olaraq birdəfəlik əməliyyat növlərinin siyahısının hazırlanmasını, bunun üçün birdəfəlik əməliyyatlarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması hallarının müəyyənləşdirilməsini, birdəfəlik əməliyyatlar üzrə əhatəli hesabatlılıq rejiminin yaradılmasını, birdəfəlik əməliyyatların monitorinqə cəlb edilməsini təmin etməlidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi Maliyyə Monitorinqi Xidməti ilə birgə birdəfəlik əməliyyat növlərinin siyahısı formalaşdırıldıqdan sonra mütəmadi birdəfəlik əməliyyat növlərinin siyahısı hazırlandıqdan sonra icra edilən birdəfəlik əməliyyatlar zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiqinə nəzarəti təmin etməlidirlər. Müraciətlərin uçotu sistemi qurulacaq Plana əsasən aldadılaraq adına hüquqi şəxs yaradılmış təsisçilərə məxsus hüquqi şəxslərə dair müraciətlərin uçotu sistemi qurulacaq. Fəaliyyət Planına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü ilin avqustuna qədər uçot sistemi barədə təkliflər hazırlamalı, sistemi yaratmalı və fəaliyyətini təmin etməlidir. Azərbaycanda şel şirkət olan müştərilər müəyyən ediləcək Müvafiq sənədlə öhdəlik daşıyan şəxslər tərəfindən hüquqi şəxslərlə işgüzar münasibətlərin məqsəd və mahiyyəti araşdırılacaq, bu çərçivədə onların şel şirkət (dövlət qeydiyyatına alınmış fiziki mövcudluğu olmayan hüquqi şəxslər) olub-olmamasının araşdırılmasına dair metodoloji meyarlar hazırlanacaq. Maliyyə Monitorinqi Xidməti 2023-cü ilin iyulunadək şel şirkət olan müştərilərin müəyyən edilməsini, müəyyən edilmiş şel şirkətlərdən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması məqsədilə istifadə olunmasının tipik üsul və vasitələrinin müəyyən edilməsini, şel şirkətlərdən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması məqsədilə istifadənin qarşısının alınmasını təmin etməlidir. Maliyyə Monitorinqi Xidməti 2023-cü ilin sentyabrınadək müəyyən edilmiş şel şirkətlərlə işgüzar münasibətlərin dayandırılmasına dair beynəlxalq təcrübənin öyrənilməsi və qanunvericiliyin təkmilləşdirilməsi zərurətinin araşdırılmasını da təmin etməlidir. Azərbaycanda kölgə iqtisadiyyatı qiymətləndiriləcək Eləcə də kölgə iqtisadiyyatı səviyyəsi makroiqtisadi, monetar və vergi nəzarəti aspektindən qiymətləndiriləcək. Sənədə əsasən, İqtisadiyyat Nazirliyi 2023-cü ildən müvafiq təhlillər əsasında kölgə iqtisadiyyatının azaldılması üçün təkliflər hazırlanacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40941/95/409419544_279:0:1000:541_1920x0_80_0_0_8ef2fe32937c754cf20ed855947967f8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, prezident ilham əliyevin sərəncamı
prezident ilham əliyev, prezident ilham əliyevin sərəncamı
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üçün mühüm sənəd imzalandı
Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini birgə təhlil edilərək ildə bir dəfə prezidentə məlumat veriləcək.
BAKI, 28 fevral — Sputnik. Prezident İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı"nda əksini tapıb.
Milli Fəaliyyət Planında icraçı qismində nəzərdə tutulmuş mərkəzi icra hakimiyyəti orqanlarına, publik hüquqi şəxslərə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsın, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının Auditorlar Palatasına və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına isə tövsiyə edilib ki:
Milli Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq yaradılan Koordinasiya Şurasına (bundan sonra - Koordinasiya Şurası) və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına göndərsinlər;
Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il yanvarın 31-dək Koordinasiya Şurasına və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etsinlər.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Koordinasiya Şurasına tövsiyə edilib ki, Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini birgə təhlil edib bu barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
Koordinasiya Şurasına tövsiyə edilib ki, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Milli Fəaliyyət Planından irəli gələn digər zəruri tədbirlər görsün. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
İxtisaslaşmış struktur bölməsi yaradılacaq və kadr potensialı artırılacaq
Fəaliyyət Planına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi 2023-cü il ərzində bu sahədə ixtisaslaşmış işçilərinin say tərkibinin optimallaşdırılması, mütəmadi və hədəfli təlim proqramlarının tətbiqi və işçi heyətinin potensialının gücləndirilməsi işlərini həyata keçirməlidir.
Valyutanın bəyan edilməməsini müəyyən etmək üçün transsərhəd əməliyyatlar monitorinq ediləcək
Həmçinin bu sənədə görə, valyuta sərvətlərinin bəyan edilməməsinin və ya düzgün bəyan edilməməsinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi cinayətləri və ya predikativ cinayətlərlə əlaqəli olması, yaxud onların müsadirəsi üçün kifayət qədər əsasların mövcudluğunu müəyyən etmək məqsədilə transsərhəd əməliyyatlar üzrə nəticəyönümlü monitorinqlərin həyata keçiriləcək. Sənədə əsasən, monitorinqlər Dövlət Gömrük Komitəsi tərəfindən 2023-cü ilin avqust ayından etibarən mütəmadi həyata keçiriləcək.
Azərbaycanda birdəfəlik əməliyyatların monitorinqi mexanizmi qurulacaq
Eyni zamanda Azərbaycanda imzalanmış sənədlə birdəfəlik əməliyyatların monitorinqi mexanizmi qurulacaq. Maliyyə Monitorinqi Xidməti 2023-cü ilin avqustunadək öhdəlik daşıyan şəxslərin fəaliyyət xüsusiyyətlərindən asılı olaraq birdəfəlik əməliyyat növlərinin siyahısının hazırlanmasını, bunun üçün birdəfəlik əməliyyatlarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması hallarının müəyyənləşdirilməsini, birdəfəlik əməliyyatlar üzrə əhatəli hesabatlılıq rejiminin yaradılmasını, birdəfəlik əməliyyatların monitorinqə cəlb edilməsini təmin etməlidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi Maliyyə Monitorinqi Xidməti ilə birgə birdəfəlik əməliyyat növlərinin siyahısı formalaşdırıldıqdan sonra mütəmadi birdəfəlik əməliyyat növlərinin siyahısı hazırlandıqdan sonra icra edilən birdəfəlik əməliyyatlar zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiqinə nəzarəti təmin etməlidirlər.
Müraciətlərin uçotu sistemi qurulacaq
Plana əsasən aldadılaraq adına hüquqi şəxs yaradılmış təsisçilərə məxsus hüquqi şəxslərə dair müraciətlərin uçotu sistemi qurulacaq. Fəaliyyət Planına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü ilin avqustuna qədər uçot sistemi barədə təkliflər hazırlamalı, sistemi yaratmalı və fəaliyyətini təmin etməlidir.
Azərbaycanda şel şirkət olan müştərilər müəyyən ediləcək
Müvafiq sənədlə öhdəlik daşıyan şəxslər tərəfindən hüquqi şəxslərlə işgüzar münasibətlərin məqsəd və mahiyyəti araşdırılacaq, bu çərçivədə onların şel şirkət (dövlət qeydiyyatına alınmış fiziki mövcudluğu olmayan hüquqi şəxslər) olub-olmamasının araşdırılmasına dair metodoloji meyarlar hazırlanacaq. Maliyyə Monitorinqi Xidməti 2023-cü ilin iyulunadək şel şirkət olan müştərilərin müəyyən edilməsini, müəyyən edilmiş şel şirkətlərdən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması məqsədilə istifadə olunmasının tipik üsul və vasitələrinin müəyyən edilməsini, şel şirkətlərdən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması məqsədilə istifadənin qarşısının alınmasını təmin etməlidir.
Maliyyə Monitorinqi Xidməti 2023-cü ilin sentyabrınadək müəyyən edilmiş şel şirkətlərlə işgüzar münasibətlərin dayandırılmasına dair beynəlxalq təcrübənin öyrənilməsi və qanunvericiliyin təkmilləşdirilməsi zərurətinin araşdırılmasını da təmin etməlidir.
Azərbaycanda kölgə iqtisadiyyatı qiymətləndiriləcək
Eləcə də kölgə iqtisadiyyatı səviyyəsi makroiqtisadi, monetar və vergi nəzarəti aspektindən qiymətləndiriləcək. Sənədə əsasən, İqtisadiyyat Nazirliyi 2023-cü ildən müvafiq təhlillər əsasında kölgə iqtisadiyyatının azaldılması üçün təkliflər hazırlanacaq.