SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya XİN rəhbəri Şəhidlər xiyabanını ziyarət edib

© Sputnik / Leyla AbdullayevaXaçmazda “Şəhidlər Xiyabanı”
Xaçmazda “Şəhidlər Xiyabanı” - Sputnik Azərbaycan, 1920, 28.02.2023
Abunə olmaq
Sergey Lavrov Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.
BAKI, 28 fevral — Sputnik. Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
S.Lavrov həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Xəbər lenti
0