NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bazarında durğunluq yaşanır

© AFP 2023 / DELIL SOULEIMANНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.02.2023
Abunə olmaq
İnvestorlar bu həftə Çin və ABŞ-dan gələn iqtisadi aktivlik ilə bağlı məlumatları gözləyirlər. "Brent" markalı neft bu ay 4%-ə yaxın dəyər itirib.
BAKI, 28 fevral — Sputnik. Dünya bazarlarında neftin qiymətləri nisbətən bahalaşıb.
"Brent" neftinin dəyəri 0,24% artaraq 82,24 dollar, "WTI" markalı neftin qiyməti 0,34% artaraq 75,94 dollar olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 0,43 dollar və ya 0,51% azalaraq 83,34 dollar təşkil edib.
Qeyd edək ki, investorlar bu həftə Çin və ABŞ-dan gələn iqtisadi aktivlik ilə bağlı məlumatları gözləyirlər. Ona görə də neft bazarında durğunluq yaşanır.
Neftin qiymətləri bu həftəyə ucuzlaşma ilə başlayıb. Qiymətlər ABŞ Mərkəzi Bankının (FED) faiz artırmağa davam edəcəyi gözləntiləri ilə aşağı düşüb. Bununla belə, Çin iqtisadiyyatındakı canlanma qiymətləri dəstəkləyə bilər. Ümumiyyətlə, neft qiymətləri bu il müxtəlif səbəblərə görə dar dəhlizdə hərəkət edir.
"Brent" markalı neft bu ay 4%-ə yaxın dəyər itirib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Xəbər lenti
0