https://sputnik.az/20230228/martin-ilk-gunune-olan-hava-proqnozu-aciqlanib-452235999.html
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
Sputnik Azərbaycan
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. 28.02.2023, Sputnik Azərbaycan
2023-02-28T15:59+0400
2023-02-28T15:59+0400
2023-02-28T16:00+0400
hava
hadisə
hava proqnozu
mart
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0a/448432328_0:161:3071:1888_1920x0_80_0_0_73536dd394179bd998d92f7c3fc9ec81.jpg
BAKI, 28 fevral — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0a/448432328_170:0:2901:2048_1920x0_80_0_0_7b702bcf38065afab130c928783a3feb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava, hava proqnozu, mart
hava, hava proqnozu, mart
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
15:59 28.02.2023 (Yenilənib: 16:00 28.02.2023) Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir.
BAKI, 28 fevral — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.