https://sputnik.az/20230228/efsanevi-ansambl-berpa-olunacaqmi-452246644.html
Əfsanəvi ansambl bərpa olunacaqmı?
Əfsanəvi ansambl bərpa olunacaqmı?
Sputnik Azərbaycan
Adil Kərimli "Qorqud" ansamblının fəaliyyəti ilə bağlı məsələnin tezliklə nazirlik səviyyəsində müzakirə olunacağına və problemin həlli istiqamətində iş... 28.02.2023, Sputnik Azərbaycan
2023-02-28T22:25+0400
2023-02-28T22:25+0400
2023-02-28T22:25+0400
musiqi
mədəniyyət
amea
mədəniyyət nazirliyi
mədəniyyət naziri
https://cdnn1.img.sputnik.az/img/42251/02/422510229_0:76:2462:1461_1920x0_80_0_0_7a215624c34faf31e9a2658a7e469f28.jpg
BAKI, 28 fevral — Sputnik. "Qorqud" ansamblının fəaliyyətinin bərpası məsələsinə Mədəniyyət Nazirliyi səviyyəsində baxılacaq. Bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı Əməkdar artist Nuriyyə Hüseynova 40 ildən artıqdır fəaliyyət göstərən ansamblın fəaliyyətinə bu ilin əvvəllərində xitam verildiyini qeyd edib. Əməkdar artist nazirlik səviyyəsində bu məsələyə baxılmasını xahiş edib. Mədəniyyət nazirinin birinci müavini və hazırda nazir vəzifələrini icra edən Adil Kərimli öz növbəsində ansamblın fəaliyyəti ilə bağlı məsələnin tezliklə nazirlik səviyyəsində müzakirə olunacağına və problemin həlli istiqamətində iş görüləcəyinə söz verib. Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən, Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün institutun Elmi şurasının qərarı ilə "Qorqud" ansamblının da fəaliyyətinə xitam verilib. "Qorqud" ansamblı nə vaxt yaradılıb? AMEA Folklor İnstitutunun "Qorqud" ansamblı qədim musiqi alətlərinin, unudulmaqda olan xalq mahnılarının, meydan tamaşalarının rekonstruksiyası və xalqa təqdim edilməsi istiqamətində fəaliyyət göstərir. Ansambl 1976-2014-cü illərdə "İrs" folklor ansamblı adı altında fəaliyyət göstərmişdir. Ansamblın yaradıcıları Rəşid Nəsiboğlu və Sidqi Mustafayev olub. Yarandığı gündən efirə çıxan "İrs" ansamblı daim qədimlik soraqlarını çox böyük sayğı, sevgi ilə tamaşaçılara, dinləyicilərə çatdırıb. Mələkxanım Əyyubova, Ağakərim Hafiz, Əvəzxan Xankişiyev kimi ifaçılar bu ansamblda fəaliyyət göstəriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42251/02/422510229_248:0:2436:1641_1920x0_80_0_0_da4cd92e04b296f0b32f2adfb5cb5ab5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
musiqi, amea, mədəniyyət nazirliyi, mədəniyyət naziri
musiqi, amea, mədəniyyət nazirliyi, mədəniyyət naziri
Əfsanəvi ansambl bərpa olunacaqmı?
Adil Kərimli "Qorqud" ansamblının fəaliyyəti ilə bağlı məsələnin tezliklə nazirlik səviyyəsində müzakirə olunacağına və problemin həlli istiqamətində iş görüləcəyinə söz verib
BAKI, 28 fevral — Sputnik. "Qorqud" ansamblının fəaliyyətinin bərpası məsələsinə Mədəniyyət Nazirliyi səviyyəsində baxılacaq.
Bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı Əməkdar artist Nuriyyə Hüseynova 40 ildən artıqdır fəaliyyət göstərən ansamblın fəaliyyətinə bu ilin əvvəllərində xitam verildiyini qeyd edib. Əməkdar artist nazirlik səviyyəsində bu məsələyə baxılmasını xahiş edib.
Mədəniyyət nazirinin birinci müavini və hazırda nazir vəzifələrini icra edən Adil Kərimli öz növbəsində ansamblın fəaliyyəti ilə bağlı məsələnin tezliklə nazirlik səviyyəsində müzakirə olunacağına və problemin həlli istiqamətində iş görüləcəyinə söz verib.
Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən, Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün institutun Elmi şurasının qərarı ilə "Qorqud" ansamblının da fəaliyyətinə xitam verilib.
"Qorqud" ansamblı nə vaxt yaradılıb?
AMEA Folklor İnstitutunun "Qorqud" ansamblı qədim musiqi alətlərinin, unudulmaqda olan xalq mahnılarının, meydan tamaşalarının rekonstruksiyası və xalqa təqdim edilməsi istiqamətində fəaliyyət göstərir. Ansambl 1976-2014-cü illərdə "İrs" folklor ansamblı adı altında fəaliyyət göstərmişdir. Ansamblın yaradıcıları Rəşid Nəsiboğlu və Sidqi Mustafayev olub. Yarandığı gündən efirə çıxan "İrs" ansamblı daim qədimlik soraqlarını çox böyük sayğı, sevgi ilə tamaşaçılara, dinləyicilərə çatdırıb. Mələkxanım Əyyubova, Ağakərim Hafiz, Əvəzxan Xankişiyev kimi ifaçılar bu ansamblda fəaliyyət göstəriblər.