https://sputnik.az/20230228/brussel-baki-ve-revanla-munasibetlerinden-sui-istifade-edir---lavrov-452240779.html
Brüssel Bakı və İrəvanla münasibətlərindən sui-istifadə edir - Lavrov
Brüssel Bakı və İrəvanla münasibətlərindən sui-istifadə edir - Lavrov
Sputnik Azərbaycan
Rusiya xarici işlər naziri bildirib ki, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərdən açıq şəkildə sui-istifadə edir. 28.02.2023, Sputnik Azərbaycan
2023-02-28T16:44+0400
2023-02-28T16:44+0400
2023-02-28T16:44+0400
brüssel
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440876263_0:18:1000:581_1920x0_80_0_0_c41c87143cd4baec9f651a78f4fe5bcf.jpg
BAKI, 28 fevral — Sputnik. Brüssel Bakı və İrəvanla münasibətlərindən, o cümlədən Ermənistan ərazisindəki missiyadan sui-istifadə edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra deyib: "Biz görürük ki, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərdən açıq şəkildə sui-istifadə edir, o cümlədən Ermənistan ərazisindəki missiyasının legitimliyi baxımından ciddi şübhələr yaradır". Nazirin sözlərinə görə, bu missiyanın mandatı, funksiyası və müddəti ilə bağlı çoxlu suallar doğurur. Bundan əvvəl Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar jurnalistlərə bildirmişdi ki, Aİ-nin xarici işlər nazirləri Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləmək niyyətindədirlər, onun vəzifəsinə regionda sabitliyin yaradılması daxildir. Onun tərkibinə Avropa İttifaqının ən azı yüz nümayəndəsinin daxil olacağı gözlənilir. 2022-ci ilin oktyabrında Lüksemburqda keçirilən görüşdə Aİ xarici işlər nazirləri 40 müşahidəçinin Ermənistana, Azərbaycanla sərhədə göndərilməsini təsdiqləyiblər. Oktyabrın sonunda missiya Ermənistan ərazisinə yerləşdirilib. Onun mandatı iki ay idi və dekabrın 19-da başa çatıb. Laçın yolu Lavrov xatırladıb ki, Laçın yolunun fəaliyyəti Rusiya, Ermənistan və Azərbaycanın 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olmalıdır. "Bu, müstəsna olaraq mülki humanitar yüklərin və mülki şəxslərin hərəkət azadlığının təmin edilməsi zərurəti deməkdir. Biz təmaslarımızda, ilk növbədə, Rusiya sülhməramlı kontingenti vasitəsilə buna çalışırıq", - rusiyalı nazir əlavə edib.
https://sputnik.az/20230228/bayramov-ermenistan-terefi-sulh-muqavilesi-ile-bagli-isde-qeyri-konstruktiv-movqe-tutub-452241366.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440876263_56:0:945:667_1920x0_80_0_0_28f0ae24439bf7896673e88de5aac7a4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
brüssel, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
brüssel, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Brüssel Bakı və İrəvanla münasibətlərindən sui-istifadə edir - Lavrov
Rusiya xarici işlər naziri bildirib ki, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərdən açıq şəkildə sui-istifadə edir.
BAKI, 28 fevral — Sputnik. Brüssel Bakı və İrəvanla münasibətlərindən, o cümlədən Ermənistan ərazisindəki missiyadan sui-istifadə edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra deyib: "Biz görürük ki, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərdən açıq şəkildə sui-istifadə edir, o cümlədən Ermənistan ərazisindəki missiyasının legitimliyi baxımından ciddi şübhələr yaradır".
Nazirin sözlərinə görə, bu missiyanın mandatı, funksiyası və müddəti ilə bağlı çoxlu suallar doğurur.
Bundan əvvəl Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar jurnalistlərə bildirmişdi ki, Aİ-nin xarici işlər nazirləri Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləmək niyyətindədirlər, onun vəzifəsinə regionda sabitliyin yaradılması daxildir. Onun tərkibinə Avropa İttifaqının ən azı yüz nümayəndəsinin daxil olacağı gözlənilir.
2022-ci ilin oktyabrında Lüksemburqda keçirilən görüşdə Aİ xarici işlər nazirləri 40 müşahidəçinin Ermənistana, Azərbaycanla sərhədə göndərilməsini təsdiqləyiblər. Oktyabrın sonunda missiya Ermənistan ərazisinə yerləşdirilib. Onun mandatı iki ay idi və dekabrın 19-da başa çatıb.
Lavrov xatırladıb ki, Laçın yolunun fəaliyyəti Rusiya, Ermənistan və Azərbaycanın 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olmalıdır.
"Bu, müstəsna olaraq mülki humanitar yüklərin və mülki şəxslərin hərəkət azadlığının təmin edilməsi zərurəti deməkdir. Biz təmaslarımızda, ilk növbədə, Rusiya sülhməramlı kontingenti vasitəsilə buna çalışırıq", - rusiyalı nazir əlavə edib.