https://sputnik.az/20230228/brahimov-rf-ve-azerbaycan-geleceye-baxan-ve-kecmisi-xatirlayan-olkelerdir-452237046.html
İbrahimov: RF və Azərbaycan gələcəyə baxan və keçmişi xatırlayan ölkələrdir
İbrahimov: RF və Azərbaycan gələcəyə baxan və keçmişi xatırlayan ölkələrdir
Sputnik Azərbaycan
Ekspert hesab edir ki, bugünkü hadisə onu göstərir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər bundan sonra da müsbət istiqamətdə dəyişəcək. 28.02.2023, Sputnik Azərbaycan
2023-02-28T15:04+0400
2023-02-28T15:04+0400
2023-02-28T15:04+0400
siyasət
rusiya
azərbaycan
ekspert
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/15/449871698_0:160:3072:1888_1920x0_80_0_0_4648d8a5fe3da9030274dae765ddc9e4.jpg
BAKI, 28 fevral - Sputnik. Bugünkü tədbir ötən ilin fevralında imzalanmış müttəfiqlik bəyannaməsinin ildönümünə təsadüf edir, burada həqiqətən də müzakirə olunacaq bir şey var, çünki Azərbaycan və Rusiya gələcəyə baxan, bu günü yaşayan və keçmişi xatırlayan ölkələrdir Sputnik Azərbaycan Bunu Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində politoloq, İran, Türkiyə və postsovet ölkələri üzrə mütəxəssis Fərhad İbrahimov deyib."Azərbaycanla Rusiya arasında bugünkü münasibətləri həqiqətən də müttəfiqlik münasibətləri kimi qiymətləndirmək olar. Son 30 ildə onlar strateji tərəfdaşlıq xarakteri daşısa da, əslində bu, artıq müttəfiqdir, çünki biz həmişə bütün məsələlər üzrə ortaq dil tapmışıq.Müəyyən mübahisəli məqamlar yaransa da, bu, beynəlxalq münasibətlərdə olur, amma ən əsası odur ki, ölkələrimiz həmişə kompromis əldə ediblər, çünki biz regionda eyni məqsədləri güdürük - bu, ekstremizmə, radikalizmə qarşı mübarizə, iqtisadi əlaqələr qurmaq, bunlar bizim güclü mədəni-humanitar aspektlərimizdir və biz onları çox fəal şəkildə inkişaf etdiririk”, - ekspert bildirib.Onun sözlərinə görə, bütün bunlar iki ölkə arasında münasibətlərin daha da yüksək səviyyəyə çatması üçün lazımdır: "Bugünkü hadisə göstərir ki, bu potensial hələ tam istifadə olunmayıb, bizi daha da yaxınlaşdıran bir sıra nüanslar və amillər var və bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da müsbət istiqamətdə dəyişəcəyini deməyə əsas verir".Politoloq qeyd edib ki, ilk növbədə, bunlar iqtisadi əməkdaşlıq, logistika məsələləri, Azərbaycanın Rusiya ilə Asiya supergücləri arasında əsas, birləşdirici rol oynadığı yeni nəqliyyat dəhlizlərinin tikintisi ilə bağlı məsələlərdir.
https://sputnik.az/20230228/bayramov-azerbaycanla-rusiya-arasinda-munasibetler-strateji-terefdasliq-seviyyesine-catib-452234307.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/15/449871698_171:0:2902:2048_1920x0_80_0_0_92de4c9b0fa8b47f8293f019be128d04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, azərbaycan, ekspert
rusiya, azərbaycan, ekspert
İbrahimov: RF və Azərbaycan gələcəyə baxan və keçmişi xatırlayan ölkələrdir
Ekspert hesab edir ki, bugünkü hadisə onu göstərir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər bundan sonra da müsbət istiqamətdə dəyişəcək.
BAKI, 28 fevral - Sputnik. Bugünkü tədbir ötən ilin fevralında imzalanmış müttəfiqlik bəyannaməsinin ildönümünə təsadüf edir, burada həqiqətən də müzakirə olunacaq bir şey var, çünki Azərbaycan və Rusiya gələcəyə baxan, bu günü yaşayan və keçmişi xatırlayan ölkələrdir Sputnik Azərbaycan Bunu Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində politoloq, İran, Türkiyə və postsovet ölkələri üzrə mütəxəssis Fərhad İbrahimov deyib.
"Azərbaycanla Rusiya arasında bugünkü münasibətləri həqiqətən də müttəfiqlik münasibətləri kimi qiymətləndirmək olar. Son 30 ildə onlar strateji tərəfdaşlıq xarakteri daşısa da, əslində bu, artıq müttəfiqdir, çünki biz həmişə bütün məsələlər üzrə ortaq dil tapmışıq.
Müəyyən mübahisəli məqamlar yaransa da, bu, beynəlxalq münasibətlərdə olur, amma ən əsası odur ki, ölkələrimiz həmişə kompromis əldə ediblər, çünki biz regionda eyni məqsədləri güdürük - bu, ekstremizmə, radikalizmə qarşı mübarizə, iqtisadi əlaqələr qurmaq, bunlar bizim güclü mədəni-humanitar aspektlərimizdir və biz onları çox fəal şəkildə inkişaf etdiririk”, - ekspert bildirib.
Onun sözlərinə görə, bütün bunlar iki ölkə arasında münasibətlərin daha da yüksək səviyyəyə çatması üçün lazımdır: "Bugünkü hadisə göstərir ki, bu potensial hələ tam istifadə olunmayıb, bizi daha da yaxınlaşdıran bir sıra nüanslar və amillər var və bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da müsbət istiqamətdə dəyişəcəyini deməyə əsas verir".
Politoloq qeyd edib ki, ilk növbədə, bunlar iqtisadi əməkdaşlıq, logistika məsələləri, Azərbaycanın Rusiya ilə Asiya supergücləri arasında əsas, birləşdirici rol oynadığı yeni nəqliyyat dəhlizlərinin tikintisi ilə bağlı məsələlərdir.