CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunmasına başlanılıb

© Photo : REPORTmina
mina - Sputnik Azərbaycan, 1920, 28.02.2023
Abunə olmaq
ANAMA sədri bildirib ki, seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər.
BAKI, 28 fevral — Sputnik. "Azərbaycanda qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə start verilib".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda bununla bağlı seçim aparılır.
"Qadınların minaaxtarma əməliyyatlarına cəlb olunması üçün müəyyən müddət lazımdır. Seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər. Treninqlərdən sonra imtahanları verə bilən qadınlar minaaxtarma işlərinə cəlb olunacaqlar", - ANAMA sədri söyləyib.
O, həmçinin qeyd edib ki, minatəmizləmə əməliyyatlarına minaaxtaran maşınlar və xüsusi təlim görmüş itlər də cəlb edilir. Onun sözlərinə görə, Azərbaycanda indiyədək minaaxtarma əməliyyatlarına 50-dən çox minaaxtaran maşınlar cəlb olunub: "Minaaxtarma əməliyyatları zamanı zirehli texnikalar-buldozerlərdən, eskalatorlardan da istifadə olunur. Onlar da axtarış işlərinin sürətli və daha effektiv olmasına kömək edir".
Xəbər lenti
0