https://sputnik.az/20230228/azerbaycanda-elektrik-enerjisinin-qiymetleri-serbest-olacaq-tarifi-bazar-diqte-edecek-452202622.html
Azərbaycanda elektrik enerjisinin qiymətləri sərbəst olacaq: Tarifi bazar diqtə edəcək
Azərbaycanda elektrik enerjisinin qiymətləri sərbəst olacaq: Tarifi bazar diqtə edəcək
Sputnik Azərbaycan
"Elektroenergetika haqqında" yeni hazırlanmış qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb. Sənəddə sektorun liberallaşması və mərhələli şəkildə bu prosesin... 28.02.2023, Sputnik Azərbaycan
2023-02-28T10:00+0400
2023-02-28T10:00+0400
2023-02-28T10:00+0400
elektrik
iqtisadiyyat
"azərenerji" asc
energetika
https://cdnn1.img.sputnik.az/img/42429/41/424294182_0:0:3081:1733_1920x0_80_0_0_ce5e8a221b82fe4a0d0b63884d4fc81d.jpg
BAKI, 28 fevral — Sputnik. Azərbaycanda "Elektroenergetika haqqında" yeni hazırlanmış qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Layihədə subyektlərin ayrılması, yəni elektrik enerjisi istehsalçısının, ötürücünün, paylayıcının və satıcının ayrı-ayrı subyektlər olması müəyyən edilib. Həmçinin bazara girişin təmin edilməsi, yəni elektroenergetika subyektlərinin elektrik enerjisi bazarında sərbəst iştirakı nəzərdə tutulur. Bəs, maraqlıdır ölkədə elektrik enerjisinin qiymətləri sərbəst müəyyən ediləcək? Elektrik enerjisinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək? Bu sahədə özəl şirkətlər yaradılacaq? Məsələni şərh edən enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə enerji bazarı 100 faiz dövlətin nəzarətindədir: "Özəl iştirakçılar qismində isə yeganə 2 faktoru qeyd etmək olar. Birincisi, hasilatın pay bölgüsü sazişi çərçivəsində özəl şirkətlərin Azərbaycanın enerji bazarına daxil olmasıdır. İkincisi isə neft məhsullarının pərakəndə satışının özəl şirkətlər tərəfindən həyata keçirilməsidir. İstər qazın istər elektrik enerjisinin istehsalı, nəqli, paylanması, satışı dövlətin əlindədir. "Elektroenergetika haqqında" yeni qanun layihəsi isə yaxın 5 ildə Azərbaycanın elektrik enerjisi bazarının liberallaşmasını nəzərdə tutur. Bu isə mərhələ-mərhələ həyata keçiriləcək". Yavaş-yavaş elektrik enerjisini hasil edən özəl şirkətlər yaranacaq Ekspert qeyd edib ki, hazırda Azərbaycanda elektrik enerjisinin istehsalı ancaq dövlətə məxsusdur və elektrik enerjisi başqa mənbələrdən faktiki olaraq gəlmir:"Ona görə də Azərbaycanda yavaş-yavaş elektrik enerjisini hasil edən özəl şirkətlər meydana gələcək. "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin təbii inhisarında olan elektrik enerjisinin nəqli onlardan alınıb yeni yaradılacaq şirkətə və ya şirkətlərə veriləcək. Başqa sözlə elektrik enerjisinin nəqlini yeni yaradılacaq şirkət və ya şirkətlər həyata keçirəcəklər. Bundan sonra isə müxtəlif istehsalçılardan elektrik enerjisini alan və satan şirkətlər yaranacaq. Necə ki, Avropada, ABŞ-da insanlar bir paylayıcı şirkətdən asılı deyil, Azərbaycanda da həmin sistemin tətbiqi planlaşdırılır". 5 ildən sonra elektrik enerjisi qiymətləri bazar prinsipləri əsasında müəyyən ediləcək "Nəticədə 2028-ci ildən sonra ölkədə elektrik enerjisi qiymətləri tələb-təklif əsasında formalaşmalı və bazarda tətbiq edilməlidir. Qanun layihəsinə görə 5 ildən sonra elektrik enerjisi qiymətləri bazar prinsipləri əsasında sərbəst müəyyən ediləcək", - deyə o əlavə edib. Ekspertin sözlərinə görə, "Azərişıq" ASC də bazardakı iştirakçılardan birinə çevriləcək. Onun payı çox ola bilər, lakin artıq təbii inhisarçı olmayacaq. Məsələn, Türkiyədə təbii qaz və elektrik enerjisi bazarında qiymətlər sərbəst müəyyən edilir və bu bazarda hamısı özəl şirkətlərdir. Azərbaycanda da bu bazarda qiymətlərin sərbəst olmasına ehtiyac var. "Ümumiyyətlə, yanacağın Azərbaycan bazarında dövlət tərəfindən tənzimlənməsinin də əleyhinəyəm. Bazar elementləri özünü burada göstərsəydi, ölkəyə idxal olunan yanacaq üzərində inhisar olmasaydı, əminliklə deyərdim ki, Azərbaycanda bu gün Aİ-95 markalı benzin 2,00 manata, Aİ-98 markalı benzin 2,30 manata olmazdı", - deyə ekspert bildirib. Hələlik işığın qiyməti Tarif Şurası tərəfindən tənzimlənəcək Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "Elektroenergetika haqqında" qanun layihəsində sektorun liberallaşması və mərhələli şəkildə bu prosesin həyata keçirilməsi nəzərdə tutulur: "Burada həm də istehsalın və satışın ayrılması əsas hədəflərdəndir. Qanun layihəsində də tariflərin tənzimlənməsi əsas istiqamət olaraq nəzərdə tutulub. Yəni mövcud qanunvericiliyə əsasən kommunal xidmətlərin qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Hələlik elektrik enerjisi daxil olmaqla bütün kommunal xidmətlər üzrə bu mexanizm qorunub saxlanılacaq, o cümlədən işığın da qiyməti Tarif Şurası tərəfindən tənzimlənəcək". İnkişaf etmiş ölkələrdə enerji sektorunda özəl investisiyanın payı 80 faizdir O bildirib ki, yeni qanun layihəsində bu prosesin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur: "Hədəf ondan ibarətdir ki, sektorun tam liberallaşması həyata keçirilsin. Çünki bu gün inkişaf etmiş ölkələrdə enerji sektorunda özəl investisiyanın payı 80 faiz, bəzi hallarda hətta 100 faizə qədər dəyişir. Amma Azərbaycanda bu rəqəm cəmi 2 faizdir. Ona görə də məqsəd həm də özəl investisiyanı cəlb etmək və özəl sektor tərəfindən enerji istehsalına nail olmaqdır. Bu, zaman istəyən bir prosesdir. Ona görə hələlik işığın və digər kommunal xidmətlərin qiymətinin bazar tərəfindən müəyyən edilməsi nəzərdə tutulmur. Yenə də qiymətlərin tənzimlənməsi Tarif Şurasının səlahiyyətindədir". Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Elektroenergetika haqqında" qanun layihəsini Milli Məclisdə təqdim edərkən bildirib ki, qanun layihəsi Azərbaycan Prezidentinin 2017-ci il 4 aprel tarixli "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" Fərmanının 4.2-ci bəndinin icrası məqsədi ilə hazırlanıb. Qanunun qəbulu məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək Komitə sədri deyib ki, qanun elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyəcək, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək. Qanunun qəbulu ölkəmizdə rəqabət mühitində və antiinhisar siyasətində rəqabətli və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək. Layihə hazırlanarkən beynəlxalq təcrübə nəzərə alınıb Diqqətə çatdırılıb ki, layihə hazırlanarkən beynəlxalq təcrübə, bazar iqtisadiyyatının mövcud inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri nəzərə alınıb. Layihədə subyektlərin ayrılması, yəni elektrik enerjisi istehsalçısının, ötürücünün, paylayıcının və satıcının ayrı-ayrı subyektlər olması müəyyən edilir. Bu subyektlər arasında yaranan münasibətlərin müqavilə əsasında həyata keçirilməsi bazar iqtisadiyyatının mahiyyətinə uyğun olmaqla, layihənin tələblərindən biri kimi göstərilir. Habelə, bazara girişin təmin edilməsi, yəni elektroenergetika subyektlərinin elektrik enerjisi bazarında sərbəst iştirakı nəzərdə tutulur. Layihədə topdan və pərakəndə satış bazarlarının subyektləri müəyyən edilib və malın alqı-satqısı, xidmətlərin göstərilməsi proseduru da öz əksini tapıb. İstehlakçı istənilən təchizatçı ilə müqavilə bağlaya bilər Bildirilib ki, layihədə əsas məsələlərdən biri də tənzimləyici orqanın yaradılmasıdır. Tənzimləyici orqan elektroenergetika sektorunda qiymətləri, tarifləri müəyyənləşdirən, elektrik enerjisi bazarını tənzimləyən orqan kimi çıxış edəcək. Digər məsələ, sərbəst istehlakçıların elektrik enerji təchizatçısını seçmək hüququnu əldə etməsidir. Layihəyə əsasən, istehlakçı həmin ərazidə fəaliyyət göstərən və sərfəli qiymət və xidmət təklif edən istənilən təchizatçı ilə müqavilə bağlaya bilər. Sənəddə, habelə elektrik enerjisinin istehsalı və təchizatı sahəsində rəqabət mühitinin formalaşmasına imkan verən müddəalar nəzərdə tutulub. Qeyd edilir ki, elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarında dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət mühitinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədi ilə elektrik enerjisi bazarında elementlərin tətbiqi prosesi 3 mərhələdə həyata keçirilir. Qanun ölkənin rəqabət indeksinin yüksəlməsinə töhfə verəcək Komitə sədri deyib ki, qanunun qəbulu biznes subyektlərinin bazara girişinin və bazarda inkişafın qarşısını alan maneələrin aradan qaldırılmasına, təbii inhisar sahələrinin mərhələli şəkildə rəqabətli bazara keçidinin formalaşmasına, rəqabət mühitinin təsir dairəsinin genişləndirilməsinə, ölkənin rəqabət indeksinin yüksəlməsinə töhfə verəcək. Elektrik enerjisi bazarı elementlərinin tətbiqi 3 mərhələdən ibarət olacaq Qeyd edək ki, qanun layihəsinə əsasən elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin üç mərhələdən ibarət olmaqla, aşağıdakı müddətlərdə həyata keçirilməsi nəzərdə tutulur: -Birinci mərhələ bu qanunun qüvvəyə mindiyi gündən 2025-ci il iyunun 30-dək davam edəcək; -İkinci mərhələ 2025-ci il iyulun 1-dən 2028-ci il iyunun 30-dək davam edəcək; -Üçüncü mərhələ 2028-ci il iyulun 1-dən başlayacaq. Hər bir mərhələdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət müvafiq qurum tərəfindən həyata keçiriləcək. Yeni qanun qüvvəyə mindiyi gündən "Elektroenergetika haqqında" 1998-ci il 3 aprel tarixli qanun ləğv ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42429/41/424294182_0:0:2731:2048_1920x0_80_0_0_64e765c663305e832fa3a131bb0eb1ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
elektrik, "azərenerji" asc, energetika
elektrik, "azərenerji" asc, energetika
Azərbaycanda elektrik enerjisinin qiymətləri sərbəst olacaq: Tarifi bazar diqtə edəcək
"Elektroenergetika haqqında" yeni hazırlanmış qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb. Sənəddə sektorun liberallaşması və mərhələli şəkildə bu prosesin həyata keçirilməsi nəzərdə tutulur. Ekspertlər yenilikləri Sputnik Azərbaycan-a şərh ediblər.
BAKI, 28 fevral — Sputnik. Azərbaycanda "Elektroenergetika haqqında" yeni hazırlanmış qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.
Layihədə subyektlərin ayrılması, yəni elektrik enerjisi istehsalçısının, ötürücünün, paylayıcının və satıcının ayrı-ayrı subyektlər olması müəyyən edilib. Həmçinin bazara girişin təmin edilməsi, yəni elektroenergetika subyektlərinin elektrik enerjisi bazarında sərbəst iştirakı nəzərdə tutulur.
Bəs, maraqlıdır ölkədə elektrik enerjisinin qiymətləri sərbəst müəyyən ediləcək? Elektrik enerjisinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək? Bu sahədə özəl şirkətlər yaradılacaq?
Məsələni şərh edən enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə enerji bazarı 100 faiz dövlətin nəzarətindədir:
"Özəl iştirakçılar qismində isə yeganə 2 faktoru qeyd etmək olar. Birincisi, hasilatın pay bölgüsü sazişi çərçivəsində özəl şirkətlərin Azərbaycanın enerji bazarına daxil olmasıdır. İkincisi isə neft məhsullarının pərakəndə satışının özəl şirkətlər tərəfindən həyata keçirilməsidir. İstər qazın istər elektrik enerjisinin istehsalı, nəqli, paylanması, satışı dövlətin əlindədir. "Elektroenergetika haqqında" yeni qanun layihəsi isə yaxın 5 ildə Azərbaycanın elektrik enerjisi bazarının liberallaşmasını nəzərdə tutur. Bu isə mərhələ-mərhələ həyata keçiriləcək".
Yavaş-yavaş elektrik enerjisini hasil edən özəl şirkətlər yaranacaq
Ekspert qeyd edib ki, hazırda Azərbaycanda elektrik enerjisinin istehsalı ancaq dövlətə məxsusdur və elektrik enerjisi başqa mənbələrdən faktiki olaraq gəlmir:
"Ona görə də Azərbaycanda yavaş-yavaş elektrik enerjisini hasil edən özəl şirkətlər meydana gələcək. "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin təbii inhisarında olan elektrik enerjisinin nəqli onlardan alınıb yeni yaradılacaq şirkətə və ya şirkətlərə veriləcək. Başqa sözlə elektrik enerjisinin nəqlini yeni yaradılacaq şirkət və ya şirkətlər həyata keçirəcəklər. Bundan sonra isə müxtəlif istehsalçılardan elektrik enerjisini alan və satan şirkətlər yaranacaq. Necə ki, Avropada, ABŞ-da insanlar bir paylayıcı şirkətdən asılı deyil, Azərbaycanda da həmin sistemin tətbiqi planlaşdırılır".
5 ildən sonra elektrik enerjisi qiymətləri bazar prinsipləri əsasında müəyyən ediləcək
"Nəticədə 2028-ci ildən sonra ölkədə elektrik enerjisi qiymətləri tələb-təklif əsasında formalaşmalı və bazarda tətbiq edilməlidir. Qanun layihəsinə görə 5 ildən sonra elektrik enerjisi qiymətləri bazar prinsipləri əsasında sərbəst müəyyən ediləcək", - deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, "Azərişıq" ASC də bazardakı iştirakçılardan birinə çevriləcək. Onun payı çox ola bilər, lakin artıq təbii inhisarçı olmayacaq. Məsələn, Türkiyədə təbii qaz və elektrik enerjisi bazarında qiymətlər sərbəst müəyyən edilir və bu bazarda hamısı özəl şirkətlərdir. Azərbaycanda da bu bazarda qiymətlərin sərbəst olmasına ehtiyac var.
"Ümumiyyətlə, yanacağın Azərbaycan bazarında dövlət tərəfindən tənzimlənməsinin də əleyhinəyəm. Bazar elementləri özünü burada göstərsəydi, ölkəyə idxal olunan yanacaq üzərində inhisar olmasaydı, əminliklə deyərdim ki, Azərbaycanda bu gün Aİ-95 markalı benzin 2,00 manata, Aİ-98 markalı benzin 2,30 manata olmazdı", - deyə ekspert bildirib.
Hələlik işığın qiyməti Tarif Şurası tərəfindən tənzimlənəcək
Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "Elektroenergetika haqqında" qanun layihəsində sektorun liberallaşması və mərhələli şəkildə bu prosesin həyata keçirilməsi nəzərdə tutulur:
"Burada həm də istehsalın və satışın ayrılması əsas hədəflərdəndir. Qanun layihəsində də tariflərin tənzimlənməsi əsas istiqamət olaraq nəzərdə tutulub. Yəni mövcud qanunvericiliyə əsasən kommunal xidmətlərin qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Hələlik elektrik enerjisi daxil olmaqla bütün kommunal xidmətlər üzrə bu mexanizm qorunub saxlanılacaq, o cümlədən işığın da qiyməti Tarif Şurası tərəfindən tənzimlənəcək".
İnkişaf etmiş ölkələrdə enerji sektorunda özəl investisiyanın payı 80 faizdir
O bildirib ki, yeni qanun layihəsində bu prosesin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur:
"Hədəf ondan ibarətdir ki, sektorun tam liberallaşması həyata keçirilsin. Çünki bu gün inkişaf etmiş ölkələrdə enerji sektorunda özəl investisiyanın payı 80 faiz, bəzi hallarda hətta 100 faizə qədər dəyişir. Amma Azərbaycanda bu rəqəm cəmi 2 faizdir. Ona görə də məqsəd həm də özəl investisiyanı cəlb etmək və özəl sektor tərəfindən enerji istehsalına nail olmaqdır. Bu, zaman istəyən bir prosesdir. Ona görə hələlik işığın və digər kommunal xidmətlərin qiymətinin bazar tərəfindən müəyyən edilməsi nəzərdə tutulmur. Yenə də qiymətlərin tənzimlənməsi Tarif Şurasının səlahiyyətindədir".
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Elektroenergetika haqqında" qanun layihəsini Milli Məclisdə təqdim edərkən bildirib ki, qanun layihəsi Azərbaycan Prezidentinin 2017-ci il 4 aprel tarixli "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" Fərmanının 4.2-ci bəndinin icrası məqsədi ilə hazırlanıb.
Qanunun qəbulu məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək
Komitə sədri deyib ki, qanun elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyəcək, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək. Qanunun qəbulu ölkəmizdə rəqabət mühitində və antiinhisar siyasətində rəqabətli və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək.
Layihə hazırlanarkən beynəlxalq təcrübə nəzərə alınıb
Diqqətə çatdırılıb ki, layihə hazırlanarkən beynəlxalq təcrübə, bazar iqtisadiyyatının mövcud inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri nəzərə alınıb. Layihədə subyektlərin ayrılması, yəni elektrik enerjisi istehsalçısının, ötürücünün, paylayıcının və satıcının ayrı-ayrı subyektlər olması müəyyən edilir. Bu subyektlər arasında yaranan münasibətlərin müqavilə əsasında həyata keçirilməsi bazar iqtisadiyyatının mahiyyətinə uyğun olmaqla, layihənin tələblərindən biri kimi göstərilir. Habelə, bazara girişin təmin edilməsi, yəni elektroenergetika subyektlərinin elektrik enerjisi bazarında sərbəst iştirakı nəzərdə tutulur. Layihədə topdan və pərakəndə satış bazarlarının subyektləri müəyyən edilib və malın alqı-satqısı, xidmətlərin göstərilməsi proseduru da öz əksini tapıb.
İstehlakçı istənilən təchizatçı ilə müqavilə bağlaya bilər
Bildirilib ki, layihədə əsas məsələlərdən biri də tənzimləyici orqanın yaradılmasıdır. Tənzimləyici orqan elektroenergetika sektorunda qiymətləri, tarifləri müəyyənləşdirən, elektrik enerjisi bazarını tənzimləyən orqan kimi çıxış edəcək. Digər məsələ, sərbəst istehlakçıların elektrik enerji təchizatçısını seçmək hüququnu əldə etməsidir.
Layihəyə əsasən, istehlakçı həmin ərazidə fəaliyyət göstərən və sərfəli qiymət və xidmət təklif edən istənilən təchizatçı ilə müqavilə bağlaya bilər. Sənəddə, habelə elektrik enerjisinin istehsalı və təchizatı sahəsində rəqabət mühitinin formalaşmasına imkan verən müddəalar nəzərdə tutulub. Qeyd edilir ki, elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarında dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət mühitinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədi ilə elektrik enerjisi bazarında elementlərin tətbiqi prosesi 3 mərhələdə həyata keçirilir.
Qanun ölkənin rəqabət indeksinin yüksəlməsinə töhfə verəcək
Komitə sədri deyib ki, qanunun qəbulu biznes subyektlərinin bazara girişinin və bazarda inkişafın qarşısını alan maneələrin aradan qaldırılmasına, təbii inhisar sahələrinin mərhələli şəkildə rəqabətli bazara keçidinin formalaşmasına, rəqabət mühitinin təsir dairəsinin genişləndirilməsinə, ölkənin rəqabət indeksinin yüksəlməsinə töhfə verəcək.
Elektrik enerjisi bazarı elementlərinin tətbiqi 3 mərhələdən ibarət olacaq
Qeyd edək ki, qanun layihəsinə əsasən elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin üç mərhələdən ibarət olmaqla, aşağıdakı müddətlərdə həyata keçirilməsi nəzərdə tutulur:
-Birinci mərhələ bu qanunun qüvvəyə mindiyi gündən 2025-ci il iyunun 30-dək davam edəcək;
-İkinci mərhələ 2025-ci il iyulun 1-dən 2028-ci il iyunun 30-dək davam edəcək;
-Üçüncü mərhələ 2028-ci il iyulun 1-dən başlayacaq.
Hər bir mərhələdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət müvafiq qurum tərəfindən həyata keçiriləcək.
Yeni qanun qüvvəyə mindiyi gündən "Elektroenergetika haqqında" 1998-ci il 3 aprel tarixli qanun ləğv ediləcək.