https://sputnik.az/20230228/azerbaycan-xn-cetin-dovrde-munasibetlerimiz-strateji-terefdasliq-seviyyesine-catib-452246219.html
Azərbaycan XİN: "Çətin dövrdə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb"
Azərbaycan XİN: "Çətin dövrdə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb"
Sputnik Azərbaycan
Azərbaycanın xarici işlər naziri bildirib ki, Rusiya-Azərbaycan münasibətlərinin dinamikası, strateji tərəfdaşlıq dialoqunun fəallığı və yüksək səviyyəsi... 28.02.2023, Sputnik Azərbaycan
2023-02-28T17:49+0400
2023-02-28T17:49+0400
2023-02-28T17:50+0400
azərbaycan xin
azərbaycan xəbərləri
ceyhun bayramov
azərbaycan
rusiya
strateji əlaqələr
https://cdnn1.img.sputnik.az/img/42063/77/420637793_0:0:2000:1125_1920x0_80_0_0_8331ebcd7c20b4cd126cb17b406c00cf.jpg
BAKI, 28 fevral — Sputnik. Kifayət qədər çətin bir tarixi dövrdə Azərbaycan ilə Rusiya arasında dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü plenar iclasında deyib. Onun sözlərinə görə, Rusiya-Azərbaycan Ekspert Şurası qısa müddət ərzində iki ölkənin ekspertləri arasında daimi əməkdaşlıq formatına çevrilib. "Burada iki komponentə diqqət yetirməyə dəyər. Bir tərəfdən, bu, daimi fikir mübadiləsidir. İki ölkənin ekspert icmalarının yaxşı ideyalarla tanış olmaq, o cümlədən əhval-ruhiyyəni başa düşmək və qiymətləndirmək üçün yaxşı platformadır. Eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinin dinamikası, strateji tərəfdaşlıq dialoqunun fəallığı və yüksək səviyyəsi ekspert qiymətləndirmələrində istifadə oluna biləcək zəngin mənbədir", - deyə Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, çətin tarixi dövrdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ikitərəfli əməkdaşlığın uzun illər ardıcıl qurulmasının nəticəsidir. "Prezident İlham Əliyevin xarici siyasət strategiyasının özəlliyi dəyişən geosiyasi vəziyyəti deyil, ölkənin öz milli maraqlarına əsaslanan suveren siyasət yeritməkdə prinsipial mövqeyini rəhbər tutan strateji tərəfdaşlarla münasibətlərin qurulmasıdır", - Ceyhun Bayramov bildirib. O, həmçinin qeyd edib ki, Azərbaycanın suveren siyasəti onu beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası üçün dəyərli tərəfdaşa çevirir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42063/77/420637793_125:0:1898:1330_1920x0_80_0_0_e5602988b1bd40c33b569692b7a4378f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan xin, ceyhun bayramov, azərbaycan, rusiya, strateji əlaqələr
azərbaycan xin, ceyhun bayramov, azərbaycan, rusiya, strateji əlaqələr
Azərbaycan XİN: "Çətin dövrdə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb"
17:49 28.02.2023 (Yenilənib: 17:50 28.02.2023) Azərbaycanın xarici işlər naziri bildirib ki, Rusiya-Azərbaycan münasibətlərinin dinamikası, strateji tərəfdaşlıq dialoqunun fəallığı və yüksək səviyyəsi ekspert qiymətləndirmələrində istifadə oluna biləcək zəngin mənbədir.
BAKI, 28 fevral — Sputnik. Kifayət qədər çətin bir tarixi dövrdə Azərbaycan ilə Rusiya arasında dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü plenar iclasında deyib.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan Ekspert Şurası qısa müddət ərzində iki ölkənin ekspertləri arasında daimi əməkdaşlıq formatına çevrilib.
"Burada iki komponentə diqqət yetirməyə dəyər. Bir tərəfdən, bu, daimi fikir mübadiləsidir. İki ölkənin ekspert icmalarının yaxşı ideyalarla tanış olmaq, o cümlədən əhval-ruhiyyəni başa düşmək və qiymətləndirmək üçün yaxşı platformadır. Eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinin dinamikası, strateji tərəfdaşlıq dialoqunun fəallığı və yüksək səviyyəsi ekspert qiymətləndirmələrində istifadə oluna biləcək zəngin mənbədir", - deyə Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, çətin tarixi dövrdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ikitərəfli əməkdaşlığın uzun illər ardıcıl qurulmasının nəticəsidir.
"Prezident İlham Əliyevin xarici siyasət strategiyasının özəlliyi dəyişən geosiyasi vəziyyəti deyil, ölkənin öz milli maraqlarına əsaslanan suveren siyasət yeritməkdə prinsipial mövqeyini rəhbər tutan strateji tərəfdaşlarla münasibətlərin qurulmasıdır", - Ceyhun Bayramov bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanın suveren siyasəti onu beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası üçün dəyərli tərəfdaşa çevirir.