Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zirehli texnika heyətlərinin döyüş vərdişləri təkmilləşdirilir - VİDEO

© AR Ministry of DefenceZirehli texnika heyətlərinin döyüş vərdişləri təkmilləşdirilir
Zirehli texnika heyətlərinin döyüş vərdişləri təkmilləşdirilir - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
Əsas diqqət sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərinin, eləcə də tuşlayıcı operatorların zirehli texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.
BAKI, 27 fevral — Sputnik. 2023-cü ilin döyüş hazırlığı planına müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə təlim və məşğələlər davam etdirilir.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, plana əsasən piyadaların döyüş maşınları (PDM) ekipajları ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.
Keçirilən çalışmalarda əsas diqqət sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərinin, eləcə də tuşlayıcı operatorların zirehli texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.
Zirehli texnika ekipajları qarşıya qoyulan bütün tapşırıqları uğurla icra ediblər.
Xəbər lenti
0