https://sputnik.az/20230227/turkiyede-yene-guclu-zelzele-olub-dagintilar-altinda-qalanlar-var-452180103.html
Türkiyədə yenə güclü zəlzələ olub, dağıntılar altında qalanlar var
Türkiyədə yenə güclü zəlzələ olub, dağıntılar altında qalanlar var
Sputnik Azərbaycan
Malatyanın Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündəki zəlzələdən sonra dağıntılar altından 32 nəfər xilas edilib. Hazırda 2 binada axtarış-xilasetmə... 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T17:20+0400
2023-02-27T17:20+0400
2023-02-27T18:32+0400
türkiyə
dünya xəbərləri
malatya
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697676_0:160:3072:1888_1920x0_80_0_0_1f8cc0668227e6fd09b25a2d454c6ba3.jpg
BAKI, 27 fevral — Sputnik. Bu gün Türkiyənin Malatya şəhərində baş verən 5,6 bal gücündə zəlzələdən sonra dağıntılar altından xilas edilən şəxslərin sayı açıqlanıb.Bu barədə AFAD sədri Yunus Sezer məlumat verib.“Malatyanın Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündəki zəlzələdən sonra dağıntılar altından 32 nəfər xilas edilib. Hazırda 2 binada axtarış-xilasetmə işləri davam etdirilir”, – o vurğulayıb.Zəlzələ nəticəsində 110 nəfərin yaralandığı, 29 binanın dağıldığı bildirilir.***Türkiyənin Malatya əyalətinin Yeşilyurt rayonunda 5,6 maqnitudada zəlzələnin baş verməsi nəticəsində binalar aşıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Türkiyə KİV-nin verdiyi xəbərə görə, hadisə yerində axtarış-xilasetmə briqadası işləyir. Məlumata görə, zəlzələnin episentri 6,9 km dərinlikdə yerləşib. Bildirilib ki, yeraltı təkanlar Kahramanmaraş, Adıyaman, Elazığ və başqa yaxın rayonlarda hiss edilib. Türkiyənin Kahramanmaraş bölgəsində isə bir iş yerinin damı çöküb. Nəticədə bir nəfər ölüb. Üç nəfərin də yaralandığı qeyd olunub. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 374 nəfər ölüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697676_171:0:2902:2048_1920x0_80_0_0_494cc5db9578a6aed7b61da00142b47a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, malatya, zəlzələ
türkiyə, malatya, zəlzələ
Türkiyədə yenə güclü zəlzələ olub, dağıntılar altında qalanlar var
17:20 27.02.2023 (Yenilənib: 18:32 27.02.2023) Malatyanın Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündəki zəlzələdən sonra dağıntılar altından 32 nəfər xilas edilib. Hazırda 2 binada axtarış-xilasetmə işləri davam etdirilir.
BAKI, 27 fevral — Sputnik. Bu gün Türkiyənin Malatya şəhərində baş verən 5,6 bal gücündə zəlzələdən sonra dağıntılar altından xilas edilən şəxslərin sayı açıqlanıb.
Bu barədə AFAD sədri Yunus Sezer məlumat verib.
“Malatyanın Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündəki zəlzələdən sonra dağıntılar altından 32 nəfər xilas edilib. Hazırda 2 binada axtarış-xilasetmə işləri davam etdirilir”, – o vurğulayıb.
Zəlzələ nəticəsində 110 nəfərin yaralandığı, 29 binanın dağıldığı bildirilir.
Türkiyənin Malatya əyalətinin Yeşilyurt rayonunda 5,6 maqnitudada zəlzələnin baş verməsi nəticəsində binalar aşıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Türkiyə KİV-nin verdiyi xəbərə görə, hadisə yerində axtarış-xilasetmə briqadası işləyir.
Məlumata görə, zəlzələnin episentri 6,9 km dərinlikdə yerləşib.
Bildirilib ki, yeraltı təkanlar Kahramanmaraş, Adıyaman, Elazığ və başqa yaxın rayonlarda hiss edilib.
Türkiyənin Kahramanmaraş bölgəsində isə bir iş yerinin damı çöküb. Nəticədə bir nəfər ölüb. Üç nəfərin də yaralandığı qeyd olunub.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 374 nəfər ölüb.