CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sədərək" ticarət mərkəzində "yanğının söndürülməsi" əməliyyatı yerinə yetirilib

© Sputnik / Irade JELIL"Sədərək" TM
Sədərək TM - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin "yanğının söndürülməsi" zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
BAKI, 27 fevral — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhərinin Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində "Ticarət müəssisələrində baş verən yanğın hadisələrinin söndürülməsinin və insanların təxliyyəsinin düzgün təşkili" mövzusunda yanğın-taktiki təlim keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təlimin əsas məqsədi ticarət mərkəzlərində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı ticarət mərkəzində şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə mərkəzin işçilərinin "təhlükəli ərazidən" təxliyə edilməsi, "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi" əməliyyatını yerinə yetiriblər.
Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin "yanğının söndürülməsi" zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Təlimə ümumilikdə 12 ədəd texnika və 97 nəfər şəxsi heyət cəlb olunub.
Qeyd edək ki, bu ilin yanvarın 8-də "Sədərək" Ticarət Mərkəzində yanğın "Şirniyyat" bölməsinin 15-16-cı sıralarında baş vermişdi. İlkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Xəbər lenti
0