Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Şagirdlərin davranış qaydaları bütün məktəblərdə tətbiq ediləcək

© AR Ministry of EducationMəktəbdə dərs prosesi
Məktəbdə dərs prosesi - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
Nazir Emin Əmrullayev bildirib ki, əgər qaydalar özünü doğrultmasa, pilot layihənin müddəti uzadıla bilər.
BAKI, 27 fevral — Sputnik. 2023-2024-cü tədris ilindən şagird davranış qaydalarının bütün məktəblərdə tətbiqi gözlənilir. Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.
O bildirib ki, hazırda bu, 300 məktəbdə pilot layihə kimi tətbiq olunur: "Tədris ilinin sonunda toplanan məlumatlar və tədqiqatlar əsasında son düzəlişlər edərək tətbiq etməyi planlaşdırırıq. Əgər qaydalar özünü doğrultmasa, pilot layihənin müddəti uzadıla bilər".
Qeyd edək ki, "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın ilkin olaraq seçilmiş 300-dən çox ümumi təhsil müəssisəsində tətbiqinə başlanılıb. Ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edən həmin müəssisələrdə davranış qaydalarının pilot tətbiqi cari tədris ilinin sonunadək davam edəcək.
Məlumat üçün onu da əlavə edək ki, ötən ilin oktyabr ayından başlayaraq "Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları" layihəsinin ictimaiyyət nümayəndələri ilə geniş müzakirəsi təşkil edilib.
Layihə sənədi Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, Daxili İşlər Nazirliyi, UNICEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları və təhsil ictimaiyyəti nümayəndələrinin, o cümlədən ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar, həmçinin valideynlərlə görüşlərdə keçirilən müzakirələr nəticəsində daha da təkmilləşdirilib.
Xatırladaq ki, məktəblərdə pilot tətbiqi üçün nəzərdə tutulmuş qaydalara görə, şagirdlər hər bir fənn üzrə dərslərin 96 faizdən çoxunda iştirak etməlidirlər. Buraxılmış dərs saatları üçün valideyn tərəfindən məktəbə yazılı izahat və tibbi arayış təqdim olunmalıdır. Şagirdlər dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal ilə dərsə gələ bilməzlər. Həmçinin şagirdlər məktəbə ağıllı saat, digər elektron cihazlar, mobil telefon gətirə, dərs zamanı istifadə edə bilməzlər.
Qaydalarda birmənalı qarşılanmayan məqamlar da yer alıb. Belə ki, şagirdlər tədris binasının koridorlarında qaçmamalı, dəhliz və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməlidirlər. Məktəb daxilində yüksək səslə danışmamalıdırlar.
Xəbər lenti
0