Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İrandan idxal olunan min tondan artıq portağalda virus aşkarlanıb

© AFP 2024 / LIONEL BONAVENTUREportağal
portağal - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
Yanvar ayından başlanan sınaq protokolları nəticəsində idxal olunmuş 1098 ton portağal məhsulunda 54 halda karantin tətbiq edilən zərərli orqanizm - sitrus tristeza virusu ("citrus tristeza virus") aşkarlanıb.
BAKI, 27 fevral — Sputnik. Nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal edilən portağal məhsulu partiyalarına fitosanitar baxış keçirilib, məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.
AQTA-nın yaydığı məlumata görə, sınaq protokolları nəticəsində idxal olunmuş 1098 ton portağal məhsulunda (2023-cü ilin 1 yanvar - 23 fevral tarixləri) 54 halda karantin tətbiq edilən zərərli orqanizm - sitrus tristeza virusu ("citrus tristeza virus") aşkarlanıb.
Bu barədə İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi bildirilib.
Lakin bu vaxtadək həmin məlumatlar təqdim edilməyib, portağal məhsulunun idxalında aşkarlanan uyğunsuzluqlar isə daha da intensivləşib. Bununla bağlı olaraq, AQTA bu istiqamətdə nəzarət tədbirlərini daha da gücləndirib və aidiyyəti üzrə tədbirlər həyata keçirilməkdədir.
Xəbər lenti
0