https://sputnik.az/20230227/qeydiyyatsiz-yasayanlarin-avtomatik-cerimelenmesine-baslanilib-452190905.html
Qeydiyyatsız yaşayanların avtomatik cərimələnməsinə başlanılıb
Qeydiyyatsız yaşayanların avtomatik cərimələnməsinə başlanılıb
Sputnik Azərbaycan
Elşad Hacıyev bildirib ki, şəxs öz mənzilində yaşasa da, əgər başqa ünvanda qeydiyyatdadırsa, bu barədə yerli polis orqanlarına məlumat verməlidir. 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T16:30+0400
2023-02-27T16:30+0400
2023-02-27T16:30+0400
qeydiyyat
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/41651/10/416511091_0:127:2961:1793_1920x0_80_0_0_2001ad6b25013c28413ee9dca0555125.jpg
BAKI, 27 fevral — Sputnik. Daxili İşlər Nazirliyi tərəfindən qeydiyyatda olduğu yer üzrə yaşamayan vətəndaşlar avtomatik olaraq cərimələnir. Respublikanın bölgələrində qeydiyyatda olan bəzi Bakı və Abşeron sakinlərinə artıq 30 manat məbləğində cərimə ilə bağlı bildirişlər gəlib. Sözügedən şəxslərdən biri @SputnikAz ilə əlaqə saxlayıb. S.Tağıyev bildirib ki, ötən şənbə günü ona cərimə barədə xəbər verən ismarıc gəlib. Tağıyev, Masazırda şəxsi mənzilində yaşadığını, lakin Gəncə qeydiyyatında olduğuna dair aydınlıq gətirib. İndi isə o, cəriməyə etiraz etmək niyyətindədir. "Şəxs öz mənzilində yaşasa da, əgər başqa ünvanda qeydiyyatdadırsa, bu barədə yerli polis orqanlarına məlumat verməlidir", - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev sorğumuza cavab olaraq bildirib. Qeyd edək ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun tələbinə görə, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərazi üzrə polis orqanına məlumat verməklə olduğu yer üzrə qeydiyyata düşməlidir. Vətəndaş cərimələndikdən sonra qeydiyyatsız yaşamağa davam edirsə, bu təkrar məsuliyyət yaradır. Vətəndaşdan olduğu yer üzrə qeydiyyata düşməsi üçün müvəqqəti yaşadığı evin çıxarışı tələb olunmur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41651/10/416511091_159:0:2890:2048_1920x0_80_0_0_a8f4073ed8096593f6070ce905cf0941.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qeydiyyat
Qeydiyyatsız yaşayanların avtomatik cərimələnməsinə başlanılıb
Elşad Hacıyev bildirib ki, şəxs öz mənzilində yaşasa da, əgər başqa ünvanda qeydiyyatdadırsa, bu barədə yerli polis orqanlarına məlumat verməlidir.
BAKI, 27 fevral — Sputnik. Daxili İşlər Nazirliyi tərəfindən qeydiyyatda olduğu yer üzrə yaşamayan vətəndaşlar avtomatik olaraq cərimələnir. Respublikanın bölgələrində qeydiyyatda olan bəzi Bakı və Abşeron sakinlərinə artıq 30 manat məbləğində cərimə ilə bağlı bildirişlər gəlib. Sözügedən şəxslərdən biri @SputnikAz ilə əlaqə saxlayıb. S.Tağıyev bildirib ki, ötən şənbə günü ona cərimə barədə xəbər verən ismarıc gəlib.
Tağıyev, Masazırda şəxsi mənzilində yaşadığını, lakin Gəncə qeydiyyatında olduğuna dair aydınlıq gətirib. İndi isə o, cəriməyə etiraz etmək niyyətindədir.
"Şəxs öz mənzilində yaşasa da, əgər başqa ünvanda qeydiyyatdadırsa, bu barədə yerli polis orqanlarına məlumat verməlidir", - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev sorğumuza cavab olaraq bildirib.
Qeyd edək ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun tələbinə görə, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərazi üzrə polis orqanına məlumat verməklə olduğu yer üzrə qeydiyyata düşməlidir. Vətəndaş cərimələndikdən sonra qeydiyyatsız yaşamağa davam edirsə, bu təkrar məsuliyyət yaradır. Vətəndaşdan olduğu yer üzrə qeydiyyata düşməsi üçün müvəqqəti yaşadığı evin çıxarışı tələb olunmur.