https://sputnik.az/20230227/nigar-camalin-avtomobiline-hucum-eden-sexs-kimdir-vdeo-452172599.html
Nigar Camalın avtomobilinə hücum edən şəxs kimdir? VİDEO
Nigar Camalın avtomobilinə hücum edən şəxs kimdir? VİDEO
Sputnik Azərbaycan
İfaçının paylaşdığı görüntülərdə naməlum şəxsin maşından düşərək ona tərəf gəldiyi və avtomobilinin sol güzgüsünə zərbə endirdiyi məlum olub 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T13:08+0400
2023-02-27T13:08+0400
2023-02-27T13:08+0400
nigar camal
hadisə
https://cdnn1.img.sputnik.az/img/41077/84/410778427_0:0:1080:608_1920x0_80_0_0_83e8572ddd018e4377ba71176543d715.jpg
BAKI, 27 fevral — Sputnik. Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, avtomobilə hücum edən həmin şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Qeyd edək ki, ötən gün müğənni Nigar Camalın avtomobilinə hücum edilib. Bu barədə sənətçi sosial media hesabında məlumat verib. İfaçının paylaşdığı görüntülərdə naməlum şəxsin maşından düşərək ona tərəf gəldiyi və Nigarın avtomobilinin sol güzgüsünə zərbə endirdiyi anlar yer alıb:"99-RJ-449 KİA markalı avtomobilin sürücüsü mənim yoluma girmək istəyirdi. Tıxac idi, həm də böyük bir avtobus artıq yola girmişdi. Mən sol tərəfdən tam ortada idim, o isə maşını həmin yola müxtəlif "tryuk"larla salmaq istəyirdi. Xəbərdarlıq etdim ki, siz neyləyirsiniz? Mən avtomobili avtobusa vura bilərəm. O da başladı bilə-bilə müxtəlif "tryuk"lar etməyə. Mən də vəziyyətdən çıxmağa və yolumu davam etməyə çalışırdım. Gördüm ki, arxamca düşüb, yolumu kəsməyə çalışır. Aradan çıxa bilmirdim, ona görə də çəkməyə başladım. Düşündüm ki, əl çəkəcək. Birdən yolumu bağladı və mənə hücum elədi. Yuxarıda görüntüləri də təqdim etmişəm. Mən başa düşmürəm bəzi kişi sürücülər qadınlara qarşı niyə belə aqressivdir?! Mən sağlamlığı yerində insanam, ancaq mənim yerimdə panik atakı olan, epilepsiyadan və digər psixoloji xəstəliklərdən əziyyət çəkən bir xanım ola bilər - yaxud daha həssas biri. Onsuz ölkəmizdə qadına qarşı şiddət yayğındır. İndi isə bunu açıq-aşkar küçənin ortasında edirlər. Bu maşında Nigar Camal yox, haqqını tələb edə bilməyən, tez təsirə düşən biri də ola bilərdi. Bəlkə də daha pis hadisə yaşana bilərdi".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41077/84/410778427_0:0:1080:810_1920x0_80_0_0_f73286a6630340dc140515a5393f72fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nigar camal
Nigar Camalın avtomobilinə hücum edən şəxs kimdir? VİDEO
İfaçının paylaşdığı görüntülərdə naməlum şəxsin maşından düşərək ona tərəf gəldiyi və avtomobilinin sol güzgüsünə zərbə endirdiyi məlum olub
BAKI, 27 fevral — Sputnik. Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, avtomobilə hücum edən həmin şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, ötən gün müğənni Nigar Camalın avtomobilinə hücum edilib. Bu barədə sənətçi sosial media hesabında məlumat verib. İfaçının paylaşdığı görüntülərdə naməlum şəxsin maşından düşərək ona tərəf gəldiyi və Nigarın avtomobilinin sol güzgüsünə zərbə endirdiyi anlar yer alıb:
"99-RJ-449 KİA markalı avtomobilin sürücüsü mənim yoluma girmək istəyirdi. Tıxac idi, həm də böyük bir avtobus artıq yola girmişdi. Mən sol tərəfdən tam ortada idim, o isə maşını həmin yola müxtəlif "tryuk"larla salmaq istəyirdi. Xəbərdarlıq etdim ki, siz neyləyirsiniz? Mən avtomobili avtobusa vura bilərəm. O da başladı bilə-bilə müxtəlif "tryuk"lar etməyə. Mən də vəziyyətdən çıxmağa və yolumu davam etməyə çalışırdım. Gördüm ki, arxamca düşüb, yolumu kəsməyə çalışır. Aradan çıxa bilmirdim, ona görə də çəkməyə başladım. Düşündüm ki, əl çəkəcək.
Birdən yolumu bağladı və mənə hücum elədi. Yuxarıda görüntüləri də təqdim etmişəm. Mən başa düşmürəm bəzi kişi sürücülər qadınlara qarşı niyə belə aqressivdir?! Mən sağlamlığı yerində insanam, ancaq mənim yerimdə panik atakı olan, epilepsiyadan və digər psixoloji xəstəliklərdən əziyyət çəkən bir xanım ola bilər - yaxud daha həssas biri. Onsuz ölkəmizdə qadına qarşı şiddət yayğındır. İndi isə bunu açıq-aşkar küçənin ortasında edirlər. Bu maşında Nigar Camal yox, haqqını tələb edə bilməyən, tez təsirə düşən biri də ola bilərdi. Bəlkə də daha pis hadisə yaşana bilərdi".