https://sputnik.az/20230227/ngilteredeki-restoranlar-pizzani-pomidorsuz-hazirlamali-olacaqlar---bahaliqdir-452156442.html
İngiltərədəki restoranlar pizzanı pomidorsuz hazırlamalı olacaqlar - Bahalıqdır
İngiltərədəki restoranlar pizzanı pomidorsuz hazırlamalı olacaqlar - Bahalıqdır
Sputnik Azərbaycan
İngiltərənin bir sıra supermarketlərində bəzi meyvə və tərəvəz növlərinin müştərilərə satışına müəyyən məhdudiyyətlər tətbiq edilib. 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T08:33+0400
2023-02-27T08:33+0400
2023-02-27T10:16+0400
dünya xəbərləri
pizza
ingiltərə
pomidor
https://cdnn1.img.sputnik.az/img/41047/27/410472752_0:100:1921:1180_1920x0_80_0_0_78237062f3bc96223d72fff2f82807b3.jpg
BAKI, 27 fevral - Sputnik. İngiltərədəki italyan restoranları, məhsulların və artan qiymətlərin fonunda bişirdikləri yeməklərdə pomidorlardan imtina etmək məcburiyyətində qalıblar. Bu barədə nüfuzlu Guardian qəzetindəki yazıda deyilir.İngiltərənin italyan aşpazları federasiyasının (FIC UK) məlumatına görə, son bir ildə pomidorun qiymətləri dörd dəfə artıb: hər qutuya görə 5-dən 20 funta qədər.Bunun fonunda "Issberg" salatının dəyəri də kəskin artaraq 7-dən 22 funta çatıb.Federasiya sədri Enzo Olivianın sözlərinə görə, artan qiymətlər və Brexit üzündən bir sıra İtalyan restoranları bağlana bilər."Tunelin sonunda işıq görmürəm", - deyə o bildirib və hökuməti pomidor üçün qiymətlərin yuxartı həddini müəyyən etməyə çağırıb.Bundan əvvəl Daily Telegraph xəbər verib ki, İngiltərə sakinləri təchizatçı ölkələrdə məhsuldarlığın aşağı olması üzündən pomidor çatışmazlığı ilə qarşılaşıblar. Qış mövsümündə İngiltərə Hollandiya, İspaniya və Mərakeşdən pomidor tədarük edir. Brexitdən sonra alıcılar xüsusilə Mərakeşdən idxala ümid edirdilər.Bu il Mərakeşdəki məhsul daşqın və aşağı temperatur üzündən az olub. Bundan əlavə Mərakeşdə daha sərt ixrac məhdudiyyətlərinin tətbiqi və Ukraynadakı münaqişənin genişlənməsindən sonra gübrə qiymətlərinin artması da təsirsiz ötüşməyib.Britaniyanın bir sıra supermarketləri bir neçə növ meyvə və tərəvəzlərin müştərilərə satışına məhdudiyyətlər tətbiq edib. Məsələn, Asda şəbəkəsi pomidor, bibər, xiyar, qablaşdırılmış kahı, brokoli, rəngli kələm və moruq satışını məhdudlaşdırıb. İngiltərənin Morrisons şəbəkəsində isə pomidor, xiyar, kahı və bibərdən yalnız iki ədəd satın almaq mümkün olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41047/27/410472752_106:0:1813:1280_1920x0_80_0_0_cc97dddcbfd080cf0756642278d1ccd7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pizza, ingiltərə, pomidor
pizza, ingiltərə, pomidor
İngiltərədəki restoranlar pizzanı pomidorsuz hazırlamalı olacaqlar - Bahalıqdır
08:33 27.02.2023 (Yenilənib: 10:16 27.02.2023) İngiltərənin bir sıra supermarketlərində bəzi meyvə və tərəvəz növlərinin müştərilərə satışına müəyyən məhdudiyyətlər tətbiq edilib.
BAKI, 27 fevral - Sputnik. İngiltərədəki italyan restoranları, məhsulların və artan qiymətlərin fonunda bişirdikləri yeməklərdə pomidorlardan imtina etmək məcburiyyətində qalıblar. Bu barədə nüfuzlu Guardian qəzetindəki yazıda deyilir.
"Pomidorsuz pasta və ağ pizza yeməyə hazır olun. Britaniya boyunca İtalyan restoranları pomidorun istifadəsini məhdudlaşdırmaq, qiymətləri artırmaq və bəzi hallarda "makaron al pomodoru" menyudan çıxarmaq məcburiyyətində qalırlar", - deyə nəşr yazır.
İngiltərənin italyan aşpazları federasiyasının (FIC UK) məlumatına görə, son bir ildə pomidorun qiymətləri dörd dəfə artıb: hər qutuya görə 5-dən 20 funta qədər.
Bunun fonunda "Issberg" salatının dəyəri də kəskin artaraq 7-dən 22 funta çatıb.
Federasiya sədri Enzo Olivianın sözlərinə görə, artan qiymətlər və Brexit üzündən bir sıra İtalyan restoranları bağlana bilər.
"Tunelin sonunda işıq görmürəm", - deyə o bildirib və hökuməti pomidor üçün qiymətlərin yuxartı həddini müəyyən etməyə çağırıb.
Bundan əvvəl Daily Telegraph xəbər verib ki, İngiltərə sakinləri təchizatçı ölkələrdə məhsuldarlığın aşağı olması üzündən pomidor çatışmazlığı ilə qarşılaşıblar. Qış mövsümündə İngiltərə Hollandiya, İspaniya və Mərakeşdən pomidor tədarük edir. Brexitdən sonra alıcılar xüsusilə Mərakeşdən idxala ümid edirdilər.
Bu il Mərakeşdəki məhsul daşqın və aşağı temperatur üzündən az olub. Bundan əlavə Mərakeşdə daha sərt ixrac məhdudiyyətlərinin tətbiqi və Ukraynadakı münaqişənin genişlənməsindən sonra gübrə qiymətlərinin artması da təsirsiz ötüşməyib.
Britaniyanın bir sıra supermarketləri bir neçə növ meyvə və tərəvəzlərin müştərilərə satışına məhdudiyyətlər tətbiq edib.
Məsələn, Asda şəbəkəsi pomidor, bibər, xiyar, qablaşdırılmış kahı, brokoli, rəngli kələm və moruq satışını məhdudlaşdırıb. İngiltərənin Morrisons şəbəkəsində isə pomidor, xiyar, kahı və bibərdən yalnız iki ədəd satın almaq mümkün olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.