https://sputnik.az/20230227/nazir-8-marta-gore-mekteblerde-pulu-kimin-yigdigini-aciqladi-452198915.html
Nazir 8 Marta görə məktəblərdə pulu kimin yığdığını açıqladı
Nazir 8 Marta görə məktəblərdə pulu kimin yığdığını açıqladı
Sputnik Azərbaycan
Emin Əmrullayev bildirib ki, valideynlər müəllimlərə bahalı hədiyyə alıb, rüşvət verməkdən imtina etməlidirlər. 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T20:49+0400
2023-02-27T20:49+0400
2023-02-27T20:49+0400
emin əmrullayev
cəmiyyət
elm və təhsil nazirliyi
müəllim
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031005_0:0:3073:1728_1920x0_80_0_0_ea3dcc59475def2d53ab09d96a8c042c.jpg
BAKI, 27 fevral — Sputnik. "Məktəblərdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə pul yığılması ilə bağlı Elm və Təhsil Nazirliyinə hər hansı şikayət olarsa, bu faktlar araşdırılacaq. Amma məktəblərdə pul yığımı ilə bağlı valideyn tərəfindən şikayət olmalıdır ki, bunun qarşısını ala bilək". Bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib. E.Əmrullayev qeyd edib ki, 8 Mart öncəsi müəllimlərə hədiyyə alınması ilə bağlı hallar iki yerə bölünür: "Birinci, məcburetmə və külli miqdarda hədiyyə yığılmasıdır. Müəllimlərə çox bahalı hədiyyə alınması və külli miqdarda pul yığılması müəllimə, məktəb idarəçiliyinə uyğun deyil. Çox təəssüf ki, bəzi hallarda bunun təşəbbüskarı valideynlər olur. Bu ənənə daha çox davranış problemidir. Bunu mədəni transformasiya yolu ilə dəyişməliyik". Nazir bildirib ki, valideynlər müəllimlərə bahalı hədiyyə alıb, rüşvət verməkdən imtina etməlidirlər. Onun sözlərinə görə, buna görə valideynlər utanmamalıdırlar. "Müəllimləri 8 Martda təbrik etmək olar. Biz də öz müəllimlərimizi təbrik etmişik. Amma müəllimlərə bunun üçün yüksək məbləğdə pul yığıb vermək, bahalı hədiyyə almağa ehtiyac yoxdur. Müəllimləri maddi dəyəri böyük olmayan, lakin mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, onlar da sevinər. Bu, kiçik bir açıqca ola bilər", - deyə nazir bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031005_129:0:2860:2048_1920x0_80_0_0_30a776afaf37043a92f155a26183d337.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
emin əmrullayev, elm və təhsil nazirliyi, müəllim
emin əmrullayev, elm və təhsil nazirliyi, müəllim
Nazir 8 Marta görə məktəblərdə pulu kimin yığdığını açıqladı
Emin Əmrullayev bildirib ki, valideynlər müəllimlərə bahalı hədiyyə alıb, rüşvət verməkdən imtina etməlidirlər.
BAKI, 27 fevral — Sputnik. "Məktəblərdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə pul yığılması ilə bağlı Elm və Təhsil Nazirliyinə hər hansı şikayət olarsa, bu faktlar araşdırılacaq. Amma məktəblərdə pul yığımı ilə bağlı valideyn tərəfindən şikayət olmalıdır ki, bunun qarşısını ala bilək".
Bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
E.Əmrullayev qeyd edib ki, 8 Mart öncəsi müəllimlərə hədiyyə alınması ilə bağlı hallar iki yerə bölünür: "Birinci, məcburetmə və külli miqdarda hədiyyə yığılmasıdır. Müəllimlərə çox bahalı hədiyyə alınması və külli miqdarda pul yığılması müəllimə, məktəb idarəçiliyinə uyğun deyil. Çox təəssüf ki, bəzi hallarda bunun təşəbbüskarı valideynlər olur. Bu ənənə daha çox davranış problemidir. Bunu mədəni transformasiya yolu ilə dəyişməliyik".
Nazir bildirib ki, valideynlər müəllimlərə bahalı hədiyyə alıb, rüşvət verməkdən imtina etməlidirlər. Onun sözlərinə görə, buna görə valideynlər utanmamalıdırlar.
"Müəllimləri 8 Martda təbrik etmək olar. Biz də öz müəllimlərimizi təbrik etmişik. Amma müəllimlərə bunun üçün yüksək məbləğdə pul yığıb vermək, bahalı hədiyyə almağa ehtiyac yoxdur. Müəllimləri maddi dəyəri böyük olmayan, lakin mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, onlar da sevinər. Bu, kiçik bir açıqca ola bilər", - deyə nazir bildirib.