SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Müttəfiqlik Bəyannaməsi Rusiya-Azərbaycan münasibətlərinin ruh və xarakterini əks etdirir

© Official website of President of Azerbaijan RepublicPrezidenti İlham Əliyev və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş
Prezidenti İlham Əliyev və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
İlham Əliyev hesab edir ki, bu Bəyannamə mahiyyət etibarilə münasibətlərin ruhunu və xarakterini, əlaqələrin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir.
BAKI, 27 fevral - Sputnik. "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə münasibətlərimizin ruhunu və xarakterini əks etdirir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
"Sizin (Sergey Lavrovun-red.) səfəriniz ötən il fevralın 22-də Moskvada imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında çox əlamətdar və mühüm addım olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib", - dövlət başçısı deyib.
“Bu Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir”, - Prezident əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşü başlayıb - Sputnik Azərbaycan, 1920, 27.02.2023
RUSİYA
Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib
Xəbər lenti
0